Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

Ekoloji-hüquqi  mexanizmin  əsas  məqsədi  ekoloji-hüquqi  normaların 
reallaşdırılmasıdır.  Həmin  mexanizmin  strukturunun  ədəbiyyatda  4  hissədən  ibarət 
olduğu göstərilir: 
1)
  hüququn  təbiətqoruyucu  normaları  -  bu  normaların  əsas  funksiyası  ekoloji 
imperativin  («imperativ»-qeyd-şərtsiz  icra,  məcburi  icra  və  s.)  bazasını 
möhkəmləndirməkdir; 
2)
  ekologiyaya uyğunlaşdırılmış hüquqi normalar və normativlər - bu hissənin 
ə
sas  funksiyası  ekoloji  imperativ  normaları  konkretləşdirib,  ətraf  mühitə  təsir  edən 
konkret tə-sərrüfat və ya digər sahənin fəaliyyəti ilə əlaqələndirmək; 
3)
  zəmanət  (qarantıya)  -  funksiyası  əsas  baza  (ilkin)  və  ekolojiyaya 
uyğunlaşdırılmış  hüquqi  normalar  və  normativlərin  yerinə  yetirilməsini  təmin 
etməkdir; 
4)
  ekoloji-hüquqi  münasibətlər  -  ekoloji-hüquqi  mexanizmin  yekunlaşdırıcı 
mərhələsi olub, ətraf mühitin qorun-ması üçün bütün fəaliyyət sahələrinə (təsərrüfat, 
inzibati və s.) tətbiq olunur. 
Təbiətqoruyucu hüquqi normalar, ekoloji hüququn ilkin bazası hesab olunur və 
bütövlükdə  ekologiya  sahəsində  əsas  qanun  sayılan  -  «Ətraf  mühitin  mühafızəsi 
haqqında» Azər-baycan Respublikası Qanununda göstərilmişdir. 
Bu qanunda aşağıdakı ekoloji-hüquqi normalar öz əksini tapmışdır: 
-
 prinsip normaları; 
-
 prioritet (öncül) normaları; 
-
 imperativ (məcburi) normalan; 
-
 zəmanət (qarantiya) normaları. 
Prinsip  normaları  təbiətqoruyucu  münasibətlərin  hüquqi  tənzimlənməsinin 
ə
sasını müəyyən edir. 
«Ətraf  mühitin  mühafızəsi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
3-cü  maddəsində  gösətrilir  ki,  ətraf  mühitin  mühafızəsi  aşağıdakı  prinsiplərə 
ə
saslanır: 
-
  sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqh həlh; 
-
  ərazilərdə  ekoloji  tarazlığın  təmin  edilməsi  və  pozulmuş  təbii  ekoloji 


sistemlərin bərpası; 
-
  təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunması  və  onların  bərpası,  təbiətdən 
istifadənin  və  ətraf  mühitin  mühafızəsinin  iqtisadi  stimullaşdırılmasımn  tətbiq 
edilməsi; 
-
  ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi; 
-
  dövlət  nəzarəti,  ətraf  mühitin  mühafızəsi  haqqında  qanunvericiliyin 
pozulmasına görə məsuliyyət; 
-
  ətraf  mühitə  zərər  vurulmasının  qarşısının  alınması  ve  vurulan  zərərin 
qiymətləndirilməsi; 
-
  ətraf mühitin mühafızəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; 
-  ətraf  mühitin  mühafızəsi  sahəsində  beynəlxalq  əməkdaşlıq.  Sadalanan  bu 
prinsiplər qanunun bütün maddələrində öz əksini tapmışdır. 
Prioritet  normaları  ətraf  mühitin  mühafizəsi  sahəsində  bir  təbii  obyektin 
qorunmasmm  digərində  üstünlüyündə  öz  əksini  tapmışdır.  Əgər  təbiəti  mühafızə 
haqqmda  əsas  qanunda  ətraf  mühitin  qorunmasının  ümumi  hüquqi  normaları  öz 
ə
ksini  tapmışdırsa,  təbii  obyektlər  üzrə  olan  qanunvericilik  aktlarında  («Meşə 
Məcəlləsi», «Torpaq Məcəlləsi», «Su Məcəlləsi» və s.) isə bu hüquqi normalar sahəvi 
xarakter  daşıyır.  Məsələn,  «Torpaq  Məcəlləsi»  öncül  təbii  obyekt  kimi  torpağı  əsas 
götürür. Bu məcəllədə kənd təsərrüfatı təyinatlı torpaqlar prioritet kimi qəbul olunur, 
onlardan səmərəli istifadə olunması və qorunması üçün lazım olan hüquqi normalar 
göstərilir.  Əsas  qanunun  isə  ekoloji  hüquqi  prioriteti,  insan  yaşayışının  və 
sağlamlığının  qorunması,  onun  sağlam  ətraf  mühitdə  yaşamaq  hüququnun 
təminatıdır. 
mperativ  normaları  ətraf  mühitə  və  insan  sağlamlığına  təsir  edən  bütün 
mənbələrə qarşı yönəlmiş ekoloji tədbirlərdir. «Ətraf mühitin mühafızəsi haqqında» 
Azərbaycan Respublikası Qanununda imperativ normalar 14-15-ci (təbiətdən istifadə 
ilə əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növləri və təbii ehtiyatlardan istifadə 
müqavilələrinin  bağlanması)  və  35-48-ci  maddələrdə  (təbii  ehtiyatlardan  istifadə 
zamanı;  layihələşdirməyə;  müəssisələrin,  qurğularuı  və  istehsal  obyektlərinin 
yer-ləşdirilməsinə;  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  tikintisinə  və 


yenidən  qurulmasına;  müəssisələr,  qurğular  və  başqa  obyektlər  istismara  verildikdə 
və  istismar  müddətində;  sənaye,  energetika,  nəqliyyat  və  rabitə  obyektlərinin,  kənd 
təsərrüfatı  təyinatlı  və  meliorasiya  obyektlərinin  istismarına;  şəhərsalma  və  başqa 
yaşayış məntəqələrinin tikintisinə; radioaktiv maddələrlə iş zamanı; hərbi və müdafıə 
obyektlərinə və sairə olan ekoloji tələblər), habelə «Ekoloji Təhlükəsizlik haqqında» 
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində (ekoloji təhlükəsizliyin təmin 
edilməsi  məqsədi  ilə  təsərrüfat  və  digər  fəaliyyətə  dair  məhdudiyyətlər)  nəzərdə 
tutulmuşdur. 
Zəmanət  (qarantiya)  normaları  imperativ  ekoloji  normaların  icrasuıın  təminatı 
sistemini  müəyyən  edir.  Bu  zəmanət  iqtisadi,  təşkilati,  sanitar-gigiyenik, 
ekoloji-nəzarət,  hüquqi,  mədəni-maarifləndirici  və  s.  təsir  vasitələri  ilə  həyata 
keçirilir. 
Ə
traf mühitin mühafızəsinin ekoloji-hüquqi mexanizmi-nin səmərəliliyi görülən 
işin  keyfıyyəti  ilə  ölçülür.  Ekoloji-hüquqi  mexanizm  səmərəlilik  nöqteyi-nəzərdən, 
şə
rti olaraq 3 mərhələyə ayrılır: sabitlik, dinamiklik və nəticəlik. 
Səmərəliliyin  sabitlik  mərhələsi  təbiətqoruyucu  norma-ların  sosial-iqtisadi 
cəhətdən  əsaslı  olmasmdan  və  hərtərəfliyindən  asılıdır.  Normanın  hərtərəfliliyi 
(əhatəli  olması)  ictimai  münasibətləri  tənzimləmək  üçün  kifayət  qədər  hüquqi 
sənəd-lərin olması deməkdir. Əgər qanunda boşluq (probel) olarsa, onda normalar da 
yarımçıq  olacaqdır.  Bu  boşluq  isə  ya  cə-miyyətin  sürətli  inkişafı  ilə  hüquqi 
normaların  vaxtında  uzlaşmaması,  ya  da  qanunvericiliyin  təkmilləşdirilməməsi  ilə 
ə
la-qədardır. Çox təəssüf ki, bizim respublikada ikinci hal daha qabarıq nəzərə çarpır. 
kinci  mərhələ  dinamik  mərhələdir.  Əgər  hüquqi  norma-nın  ideyası  ilə  onun 
həyata  keçirilməsi  reallığı  arasmda  birbaşa  əlaqə  qursaq,  onda  ekoloji-hüquqi 
normanın  icrası  üçün  iqtisadi  təminat  tələbləri  ortaya  çıxır.  Bu  iqtisadi  tələblər  iki 
qrupa ay-rılır: maliyyə mənbəyi və material-texniki baza. 
Dinamik  mərhələnin  səmərəliliyinin  digər  mühüm  səbəbi  ekoloji  hüquq 
mədəniyyətinin səviyyəsidir. 
Ekoloji  hüquq  mədəniyyəti  -  bu  sahədə  olan  qanunları  bilmək,  onlara  hörmət 
etmək  və  onları  düzgün  həyata  keçirmək  deməkdir.  Adətən,  baş  verən  ekoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə