Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

Təbii  ehtiyatlar,  onların  potensiah  və  reallaşdınlması  imkanları  müxtəlif 
ə
lamətlər üzrə təsnifatlaşdırıhr və qruplaşdırıhr. Təbii resurslar statistikasında tətbiq 
edilən əsas qruplaşdırmalar aşağıdakılardır: 
1.
  təzələnən və təzələnə bilməyənlər; 
2.
  istehsal  olunanlar  (insan  tərəfındən)  və  istehsal  olunmayanlar  (təbiətin 
hədiyyəsi); 
3.
  tərkib ünsürləri (su, meşə, mineral və s.) üzrə; 
4.
  təyinatına (iqtisadi, sağlamlaşdırıcı, sanitar-gigiyenik və s.) görə; 
5.
  regionlar üzrə; 
6.
  kəşf edilmə dərəcəsinə və potensialına görə; 
7.
  mülkiyyət formasma görə və s. 
Təbii ehtiyatlar statistikası üçün ən mühüm qruplaşdırmalardan biri bütün təbii 
ehtiyatlarm təzələnə bilən və təzələnə bilməyən qruplara ayrılmasıdır. Təzələnə bilən 
təbii resurslar bərpa oluna və təkrar istehsal oluna bilərlər. Buraya su, meşə, atmosfer 
havası,  heyvanlar  və  bitkilər  aləmi  daxildir.  Onların  təkrar  istehsah  imkanları  bu 
prosesin  və  onun  nəticəsinin  statistika  tərəfındən  səciyyələndirilməsinə  ehtiyac 
yaranır. Bundan əlavə, resursların müəyyən hissəsinin təkrar istehsah imkanlan təbii 
ehtiyatları  təbiətin  töhfələrinə  (təbii-istehsal  olunmayan)  və  insan  tərəfmdən 
yaradılan (süni) ünsürlərə (is-tehsal aktivlərinə), ehtiyatlara bölməyə imkan verir. 
Təzələnməyən  təbii  ehtiyatlar  təkrar  istehsal  edilmir.  Təkrar  olunmayan 
ehtiyatlarm  (torpaq,  mineral  resurslar)  mövcudluğu  onların  istifadəsinin 
səmərəliliyinin  öyrənilməsi  (qiymətləndirilməsi)  statistikanm  funksiyasma  daxildir. 
Nəzərə almaq lazımdır ki, ehtiyatlann təzələnənlərə və təzələnməyən-lərə bölünməsi 
bir  qədər  şərtidir,  məhsuldar  qüvvələrin  və  texnikanın  inkişafı  nəticəsində  belə 
bölgünün  tərkibi və  nisbətləri  dəyişə bilər.  Məsələn, vulkan püskürməsi  nəticəsində 
də-nizdə  yeni  adaların  yaranması  və  yaxud  da  dənizdəki  adaların  və  sahil 
torpaqlarının dəniz dalğalan nəticəsində yuyulması torpaq ehtiyatlarm təzələnməməsi 
məsələsini mübahisəli edir. 
Təbii ehtiyatlann statistikasının göstəriciləri sisteminə aşağıdakılar aiddir: 
1.  Təbii  ehtiyatların  bütün  növlərinin,  o  cümlədən,  hava  atmosferi,  su,  torpaq, 


meşə, faydah qazıntılar, qoruqlar, bitki və heyvanlar aləminin mövcudluğu, istifadəsi, 
çirklənməsi və qorunması haqqındakı məlumatlar; 
8.
  Təbii-resurs  potensialı  və  onun  tərkib  hissələrinin  vəziyyətini  əks  etdirən 
məlumatlar; 
9.
  Təbii  ətraf  mühitin  komponentlərinin  keyfıyyəti  və  onun  dəyişməsi 
məlumatları; 
10.
 Müxtəlif  fəaliyyət  növlərinin  təbii  ehtiyatların  vəziyyətinə  təsir  dərəcəsini 
ə
ks etdirən məlumatlar; 
11.
 Ətraf mühitə mənfı antropogen təsiri neytrallaşdrrmaq üçün həyata keçirilən 
tədbirlərin səmərəliliyi göstəriciləri; 
12.
 Sənaye  və  məişət  tullantılarının  yaranması,  tutulması,  utilləşdirilməsi  və 
basdırılmasını səciyyələndirən məlumatlar; 
13.
 Təbii ehtiyatların qorunması və təbiətdən istifadənin səmərəliliyini artırmaq 
məqsədilə avanslaşdırılmış və cari məsrəflərin səmərəlilik melumatları; 
Təbii  ehtiyatlar  statistikası  gösətricilərinin  xeyli  hissəsi  natural  və  şərti-natural 
ölçü  vahidləri  ilə  ifadə  olunurlar.  Belə  vəziyyət  onlann  bilavasitə  cəmlənməsinə 
imkan  verməsə  də  onlann  dinamikasını  qurarkən  inflyasiyanın  təsiri  aradan 
qal-dırılır. 
Dəyər ifadəsi ilə ölçülərin tətbiqi milli sərvətin bu hissəsini ümumiləşdirməyə və 
ümumi  yekun  göstəricisini  əldə  etməyə  imkan  verir.  Lakin  dəyər  ölçülərinin  tətbiqi 
dinamikasını qurarkən təbii ehtiyatların qiymətləndirilməsi qiymətlərin dəyişməsi və 
müqayisəli qiymətlərlə yenidən qiymətləndirilməsi kimi məsələlərin həllini tələb edir. 
Təbii  ehtiyatlann  keyfıyyəti  hər  bir  komponent  növü  üçün  özünəməxsus 
göstəricilərlə ifadə  olunur.  Məsələn,  təbii ehtiyat  komponentinin  çirklənmə  dərəcəsi 
öyrənilərkən  çirklənən  qarışıqları  icazə  verilən  həddi  ( VH)  göstəricisindən  və  bərk 
tullantıların  həcmi  və  basdınlması  normalarınm  icazə  verilən  həddi,  habelə  suda, 
torpaqda  və  havada  zərərli  maddələrin  qahğmın  normativlərindən  istifadə  olunur. 
Ə
traf mühiti səciyyələndirərkən, bir qayda olaraq, onu çirkləndirən monbələrin sayı 
və  yayılma  dərəcəsi  (hər  min  nəfərə,  hər  kilometrə  düşən  avtomobillərin  sayı, 
atmosferə atılan tullantıların həcmi və s.) göstəricilərlə istifadə olunur. 


Milli sərvətin tərkibində təbii ehtiyatlar natural ifadədə uçota alınır. Lakin bazar 
münasibətlərinin  inkişafı  təbii  ehtiyatları  dəyər  ifadəsilə  də  uçota  almağı  tələb  edir. 
Son  vaxtlaradək  təbii  ehtiyatlar  dövlət  mülkiyyətində  olduğundan  onların  bazar 
qiymətləri yox idi. 
Qərb  ölkələrinin  iqtisadiyyatmda  təbii  ehtiyatlar  qiymətləndirilərkən  kəşfıyyat 
və  hasilat  dəyəri,  iqtisadiyyatda  qüvvədə  olan  topdansatış  qiymətlərindən  və 
konsepsus  (dövlət  faydalı  qazıntı  yataqlarını  istismar  üçün  fərdi  şəxslərə  və 
təşki-latlara verdiyi halda) göstəricilərindən istifadə olunur. Belə qiymətlərin hər üçü 
aşağı salınmış qiymətlər hesab edildiyindən təbii ehtiyatların real qiymətləndirilməsi 
üsuUarının işlənib hazırlanması tələb olunur. Bu problemi həll etmək məqsədilə təklif 
edilən  -  «Məsrəflər  üsulu»-nda  təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilmosi  həcmi 
təbii  ehtiyatların  mənimsənilməsinə  çəkilən  məsrəflərlə  əlaqələndirilir.  Məsrəflər 
prinsipi  təbii  ehtiyatlar  üçün  haqq  ödənişlərinin  əsasını  təşkil  edir.  Belə  haqların 
ödənişi səviyyəsi faydalı qazmtıların kəşfıyyatmın, meşə təsərrüfatının aparılması və 
başqa hallarla müəyyən edilir. Lakin təbiətdən ödənişli istifadə təcrübəsi və aparılan 
eksperi-mentlər  göstərir  ki,  məsələyə  belə  yanaşma  tərzi  səmərəsizdir.  Çünki  təklif 
edilən  metod  ehtiyatların  səmərəli  istifadəsinə  və  itkilərin  azaldılmasına  gətirib 
çıxarmır. 
Təbii  ehtiyatların  ayrı-ayrı  növlərini  öyrənərkən  onların  hər  birinin 
özünəməxsusluğunu əks etdirən qruplaşdırılmadan istifadə olunur. Məsələn, mineral 
ehtiyatların  (faydalı  qazmtıların)  ümumi  həcmində  geoloji,  kəşf  edilmiş,  iqtisadi 
dövriyyə-yə cəlb edilmiş və s. ehtiyatları ayırırlar. 
rəlidə  deyildiyi  kimi,  başqa  təbii  sərvətlərdən  fərqli  olaraq  faydah  qazıntılar 
yenidən  bərpa  olunmur  və  onlara  tələbat  gün-gündən  artır.  Bu  da  yerin  təkindəki 
ehtiyatlardan qənaətlə istifadə edilməsini tələb edir. 
Yerin  təkinin  qorunmasına  dair  dövlətin  qəbul  etdiyi  qərara  əsasən,  yerin 
təkində  aşkar  edilmiş  və  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  bütün  ehtiyatlar 
uçota ahnmahdır. Faydalı qazıntıların uçotunun əsas vəzifəsi hər ilin əvvəlinə müəs-
sisələrdə,  iqtisadiyyat  sahələrində  və  ölkə  üzrə  bütövlükdə  mi-neral-xammal 
bazasının  vəziyyətinə  dair,  dağ-mədən  sənayesini  təmin  etmək  üçün  faydalı  qazıntı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə