Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

ölçü  vahidləri  ilə  ifadə  olunurlar.  Belə  vəziyyət  onlann  bilavasitə  cəmlənməsinə 
imkan  verməsə  də  onlann  dinamikasını  qurarkən  inflyasiyanın  təsiri  aradan 
qal-dırılır. 
Dəyər ifadəsi ilə ölçülərin tətbiqi milli sərvətin bu hissəsini ümumiləşdirməyə və 
ümumi  yekun  göstəricisini  əldə  etməyə  imkan  verir.  Lakin  dəyər  ölçülərinin  tətbiqi 
dinamikasını qurarkən təbii ehtiyatların qiymətləndirilməsi qiymətlərin dəyişməsi və 
müqayisəli qiymətlərlə yenidən qiymətləndirilməsi kimi məsələlərin həllini tələb edir. 
Təbii  ehtiyatlann  keyfıyyəti  hər  bir  komponent  növü  üçün  özünəməxsus 
göstəricilərlə ifadə  olunur.  Məsələn,  təbii ehtiyat  komponentinin  çirklənmə  dərəcəsi 
öyrənilərkən  çirklənən  qarışıqları  icazə  verilən  həddi  ( VH)  göstəricisindən  və  bərk 
tullantıların  həcmi  və  basdınlması  normalarınm  icazə  verilən  həddi,  habelə  suda, 
torpaqda  və  havada  zərərli  maddələrin  qahğmın  normativlərindən  istifadə  olunur. 
Ə
traf  mühiti  səciyyələndirərkən, bir qayda  olaraq, onu  çirkləndirən  mənbələrin sayı 
və  yayılma  dərəcəsi  (hər  min  nəfərə,  hər  kilometrə  düşən  avtomobillərin  sayı, 
atmosferə atılan tullantıların həcmi və s.) göstəricilərlə istifadə olunur. 
Milli sərvətin tərkibində təbii ehtiyatlar natural ifadədə uçota alınır. Lakin bazar 
münasibətlərinin  inkişafı  təbii  ehtiyatları  dəyər  ifadəsilə  də  uçota  almağı  tələb  edir. 
Son  vaxtlaradək  təbii  ehtiyatlar  dövlət  mülkiyyətində  olduğundan  onların  bazar 
qiymətləri yox idi. 
Qərb  ölkələrinin  iqtisadiyyatmda  təbii  ehtiyatlar  qiymətləndirilərkən  kəşfıyyat 
və  hasilat  dəyəri,  iqtisadiyyatda  qüvvədə  olan  topdansatış  qiymətlərindən  və 
konsepsus  (dövlət  faydalı  qazıntı  yataqlarını  istismar  üçün  fərdi  şəxslərə  və 
təşki-latlara verdiyi halda) göstəricilərindən istifadə olunur. Belə qiymətlərin hər üçü 
aşağı salınmış qiymətlər hesab edildiyindən təbii ehtiyatların real qiymətləndirilməsi 
üsuUarının işlənib hazırlanması tələb olunur. Bu problemi həll etmək məqsədilə təklif 
edilən  -  «Məsrəflər  üsulu»-nda  təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi  həcmi 
təbii  ehtiyatların  mənimsənilməsinə  çəkilən  məsrəflərlə  əlaqələndirilir.  Məsrəflər 
prinsipi  təbii  ehtiyatlar  üçün  haqq  ödənişlərinin  əsasını  təşkil  edir.  Belə  haqların 
ödənişi səviyyəsi faydalı qazmtıların kəşfıyyatmın, meşə təsərrüfatının aparılması və 
başqa hallarla müəyyən edilir. Lakin təbiətdən ödənişli istifadə təcrübəsi və aparılan 
eksperimentlər  göstərir  ki,  məsələyə  belə  yanaşma  tərzi  səmərəsizdir.  Çünki  təklif 
edilən  metod  ehtiyatların  səmərəli  istifadəsinə  və  itkilərin  azaldılmasına  gətirib 
çıxarmır. 
Təbii  ehtiyatların  ayrı-ayrı  növlərini  öyrənərkən  onların  hər  birinin 
özünəməxsusluğunu əks etdirən qruplaşdırılmadan istifadə olunur. Məsələn, mineral 
ehtiyatların  (faydalı  qazmtıların)  ümumi  həcmində  geoloji,  kəşf  edilmiş,  iqtisadi 
dövriyyəyə cəlb edilmiş və s. ehtiyatları ayırırlar. 
rəlidə  deyildiyi  kimi,  başqa  təbii  sərvətlərdən  fərqli  olaraq  faydah  qazıntılar 
yenidən  bərpa  olunmur  və  onlara  tələbat  gün-gündən  artır.  Bu  da  yerin  təkindəki 


ehtiyatlardan qənaətlə istifadə edilməsini tələb edir. 
Yerin  təkinin  qorunmasına  dair  dövlətin  qəbul  etdiyi  qərara  əsasən,  yerin 
təkində  aşkar  edilmiş  və  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  bütün  ehtiyatlar 
uçota ahnmahdır. Faydalı qazıntıların uçotunun əsas vəzifəsi hər ilin əvvəlinə müəs-
sisələrdə, iqtisadiyyat sahələrində və ölkə üzrə bütövlükdə mineral-xammal bazasının 
vəziyyətinə dair, dağ-mədən sənayesini təmin etmək üçün faydalı qazıntı yataqlarının 
kəşf edilmə dərəcəsi və onların mənimsənilməyə hazırlıq dərəcəsi haqqında dəqiq və 
hərtərəfli məlumat verməkdir. 
Faydalı  qazıntılar  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfmdən  təsdiq 
edilmiş təsnifata uyğun olaraq iqtisadiyyatdakı mahiyyətinə görə iki qrupa - balans və 
balansarxası  qruplara  bölünür.  Bu  qrupların  hər  birinin  uçotu  ayrıca  aparılır. 
sti-fadəsi  iqtisadi  baxımdan  məqsədəuyğun  olan  və  yerin  təkində  olan  ehtiyatları 
hesablamaq  üçün  müəyyən  edilmiş  meyarlara  uyğun  gələn  bütün  ehtiyatlar  balans 
ehtiyatları, müasir texniki imkanlara görə istifadəsi məqsədəuyğun olmayan (yatağın 
ki-çik  olması,  tərkibində  faydah  qazmtınm  azlığı,  istifadənin  mürəkkəb  şərtləri, 
mürəkkəb emal prosesi tələb edən vo s.) ehtiyatlar balansarxası ehtiyatlardır. 
Yataqlarm  kəşfiyyatı,  xammalm  keyfıyyətinin  öyrənilməsi  və  yataqların 
işlənilməsinin  dağ-mədən  texniki  şəraitlərinə  görə  yataqlar  A,  B,  S,  və  S
2
 
kateqoriyalarına bölünür. 
A kateqoriyasına daxil olan ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir; 
1. Bərk faydalı qazmtılar üzrə; 
a)
  faydalı  qazıntı  yatağmın  həcmi,  ölçüsü,  yataqda  faydalı  qazmtmın  yatımı, 
forması və şəraitinin müəyyən edilməsi; 
b)
  faydalı qazmtıların  yataqlarınm  morfologiyası,  daxili  quruluşunun xarakteri 
və dəyişməsinin qanunauyğunluğu öyrənilməsi; 
c)
  faydalı  qazmtı  suxurlarının  yerləşdiyi  yerlərin  tərkibində  külçəsiz  və 
kondisiyaya uyğun gəlməyən sahələrin konturları müəyyən edilməli; 
d)
  yatağm  dağıntısı  ilə  əlaqədar  müxtəlif  pozuntular  olduğu  şəraitdə  onların 
vəziyyəti və yerdəyişməsinin amplitudası müəyyən edilməli; 
e)
  təbii müxtəlifliyi müəyyən edilməli; 
f)
  faydah  qazmtıların  sənaye  tipi  və  növü  ayrılmalı,  konturları  müəyyən 
edilməli; 
g)  mineralların  və  onların  tərkibində  olan  zərərli  komponentlərin  tərkibi  və 
keyfıyyəti öyrənilməli. 
Bu kateqoriyaya (A) aid olan ehtiyatların texniki xassələri elə öyrənilməlidir ki, 
faydalı qazıntı süxurlarının və onun əsas komponentlərinin kompleks halında sənaye 
emalının  texniki  sxemini  layihələndirmək  üçün  müfəssəl  məlumat  əldə  etmək 
mümkün olsun. 
2. A kateqoriyasına aid olan neft və qaz elə müfəssəlliklə öyrənilməlidir ki, əldə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə