Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   30   31   32   33   34   35   36   37   ...   114

səbəolur. 
5.
  Təbii sərbəstlik vəziyyətinde heyvanların mövcudluq şəraitinin prioriteti. 
Heyvanlar  aləmindən  elmi  və  təcrübəçilik  məqsədi  üçün  istifadə,  heyvanlann  təbii 
mühitdən  ayrılması  və  yaşayış  mühitinə  zərər  vurulması,  eləcə  də  heyvanlar 
aləmindən  istifadə  ilə  əlaqədardırsa,  belə  hala  yol  verilmir  («Heyvanlar  aləmi 
haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 53). 
Yuxarıda göstərilən prinsiplər ekologiya hüququnun «mikrosxemi» olmaqla, nə 
birdəfəlik, nə də həmişəlik müəyyən olunmayıb. Ölkə vətəndaşları qarşısında duran 
siyasi vəzifələrin və tarixi şəraitin dəyişməsi ilə bu prinsiplərin məcmusu dəyişə bilər 
və yaxud yeni prinsiplərlə tamamlana bilər. 
Ekologiya hüququnun mənbələri 
Ekoloji-hüquqi  normalar,  institutlar  və  ekologiya  hüququ  hüquq  sahəsi  kimi 
ekoloji-hüquqi tənzimləmənin mahiyyətidir. 
Ekologiya  hüququnun  mənbələrinin  inkişaf  etmiş  sistemi  ekoloji  hüquq 
normaları məcmusunun ayrıca hüquq sahəsi kimi fərqləndirilməsi mühüm şərtdir. Bu 
baxımdan  ekologiya  hüququnun  mənbələri  dedikdə,  cəmiyyətlə  təbiətin  qarşılıqlı 
təsiri  sahəsində  meydana  çıxan  münasibətləri  tənzimləyən  normaların  əks  olunduğu 
normativ-hüquqi aktlar başa düşülür. 
Hər  hansı  səlahiyyətli  dövlət  orqanının  konkret  iş  üzrə  və  konkret  şəxslər 
barəsində qəbul etdiyi fərdi-konkret xarakterli qərar, hüququn mənbəyi, o cümlədən 
ekologiya hüququ-nun mənbəyi sayıla bilməz. 
Ekologiya hüququnun mənbələri bir sıra xüsusiyyətlərə malikdir. Həmin sahəyə 
aid olan hüquq normalarınm digər hüquq sahələrinə də aidiyyəti ola bilər. Təbiətdən 
istifadə  və  ətraf  mühitin  mühafizəsi  sahəsinə  dair  qanunvericilik  üzrə  normalarla 
yanaşı,  həmin  normalar  konstitusion,  mülki,  cinayət  qanunvericiliyi  aktlarında, 
sahibkarlıq haqqında və digər normativ-hüquqi sənədlərdə öz əksini tapmışdır. 
Müxtəlif  səviyyələrdə  çoxsayh  normativ-hüquqi  aktlarm  qəbul  edilməsi 
ekologiya  hüququnun  mənbələrinin  müəyyən  edilməsini  çətinləşdirir  ki,  onların 
təsnifləşdirilməsi  bu  çətinlikləri  aradan  qaldırmağa  yönəlmişdir.  Təsnifat  aşağıdakı 
ə
sas-lara görə aparılu: 
1.
  Hüquqi qüwəsinə görə - qanunlar və qanun qüwəü aktlar: 
a)
  qanunlar - nümayəndəli dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən 
normativ hüquqi aktlar; 
b)
  bütün  digər  normativ  hüquqi  aktlar  qanun  qüvvəli  aktlardır.  Buraya 
Azərbaycan  Respublikası  Prezidentinin,  Nazirlər  Kabinetinin,  mərkəzi  icra 
hakimiyyəti orqanlarmm və bələdiyyələrin qəbul etdiyi aktlar aiddir. 
2.
  Tənzimləmə predmetinə görə - ümumi və xüsusi aktlar. Ümumi aktlar onunla 
səciyyələnir ki, onların tənzimləmə 
predmeti genişdir və həm ekoloji, həm də digər ictimai münasibətləri əhatə edir. 


Belə  aktlara  nümunə  kimi  Azərbaycan  Respublikasının  Konstitusiyasını  göstərmək 
olar. 
Xüsusi aktlar yalnız ətraf mühitə və ya onun element-lərinə aid olan məsələlərə 
həsr  olunmuş  aktlardır.  Məsələn,  Azərbaycan  Respublikasının  Su,  Meşə,  Torpaq 
Məcəllələri,  «Ətraf  mühitin  mühafızəsi  haqqmda»,  «Heyvanlar  aləmi  haqqında» 
Qanunlar və s. 
3.  Tənzimləmənin istiqamətinə görə - maddi və prosesual aktlar. 
Maddi  mənbələr  bu  və  ya  digər  təbii  obyektin  istifadəsi  üzrə  təşəkkül  tapan, 
ekoloji ictimai münasibətlər kimi özünün tənzimləmə predmetinə malikdir. Məsələn, 
torpaq, su obyektlərinin birbaşa istismara verilməsi, meşə saholorinin kosilmək üçün 
ayrılması və s. üzrə münasibətlər bu qəbildəndir. 
Prosesual  mənbələr,  maddi  mənbələrdən  fərqli  olaraq  təbii  ehtiyatlardan 
istfıadənin  təminatı  proseduruna  yönəlmişdir,  onun  təmin  olunması  formasıdır. 
Məsələn, Azərbaycan Respublikasmm Mülki Prosesual Məcəlləsi, Cinayət Prosesual 
Məcəlləsi və digər normativ hüquqi aktlar. 
Qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hallarda  təbiətdən  istifadə  və  ətraf  mühitin 
mühafizəsi sahəsində maddi və prosesual normalar eyni aktda yer alır. 
4.  Xarakterinə  görə  normativ  hüquqi  aktlann  mənbələ-rini  şərti  olaraq  2  yerə 
bölmək olar: kodifikasiya olunmuş vəkodifikasiya olunmamış aktlar. 
Kodifıkasiya  olunmuş  aktlar  sistemləşdirilmiş  normativ  hüquqi  aktlardır.  Bu 
normativ  materialların  sistemləşdirilməsi  norma  yaratma  prosesində  həyata  keçirilir 
və 
həmin 
materialları 
ictimai 
münasibətlərin 
tənzimlənməsi 
sisteminə 
uyğunlaşdırmaq məqsədi daşıyır. Həmin aktlar daha yüksək keyfıyyəti ilə fərqlənir və 
bu  və  ya  digər  hüquq  sahəsində  əsas  aktlar  he-sab  olunur.  Onlara  misal  olaraq  Su, 
Meşə, Torpaq Məcəllələri-ni göstərmək olar. 
Ekoloji-hüquqi aktlarm böyük əksəriyyəti kodiftkasiya olunmamışlarm sırasına 
aiddir.  Belə  ki,  onlar  təbiətdən  istfiadə  sahəsinin  ayrı-ayrı  tərəflərini  tənzimləyir. 
Normativ  aktlarm  sis-temləşdirilməsi,  adətən, praktikada,  inkorporasiya  formasında, 
yəni, normativ-hüquqi aktm öz formasını dəyişmədən predmet əlamətinə görə hansısa 
mənbədə birləşməsi ilə həyata keçirilir. 
5. Ekoloji  münasibətlərin  tənzimlənməsində  əhəmiyyətlik  dərəcəsinə  görə 
ekologiya hüququnun mənbələrini əsas vəköməkçi normativ-hüquqi aktlara ayırmaq 
olar. 
Ə
sas  normativ  hüquqi-aktlar  qüwədə  olan  qanunvericiliyin  konstruksiyasını 
təşkil  edir  və  ümumi  xarakterli  ekoloji  əməlləri  törədən  qeyri-müəyyən  şəxslərin 
hamısma tətbiq edilən ümumi xarakterli qaydalann həmin aktlarda təsbit olunma-sını 
göstərir. Məsələn, torpaq qanunvericiliyi ilə torpaqdan istifadəçiyə verilmiş, səmərəli 
istifadə etmək öhdəliyi nəzərdə tutulmuşdur. 
Köməkçi  normativ-hüquqi  aktlar,  adətən,  texniki-hüquqi  xarakterə  malikdir  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə