Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

münasibətlərinin  formalaşdığı  dövrdə  ekoloji  müqavilə  münasibətlərinin  tətbiqində 
ekologiyadan istifadə qaydalarının dəqiq nizama sahnması ilə təyin edilir. 
 
Ekologiya hüququnun prinsipləri 
Hər bir hüquq sahəsi müəyyən prinsiplər üzərində qurulur və fəaliyyot göstərir. 
Həmin  prinsiplər  hüququn  mahiyyətini  və  sosial  təyinatmı,  habelə  başlıca 
xüsusiyyətlərini  ifadə  edir.  Başqa  hüquq  sahələrində  olduğu  kimi,  ekologiya 
hüqu-qunda  da  ekoloji  hüquq  münasibətlərinin  bütün  iştirakçıları  -  qanunvericilik, 
icra və məhkəmə hakimiyyəti, müəssisələr, ictimai birliklər və vətəndaşlar bu hüquq 
prinsiplərini rəhbər tutmalıdırlar. Prinsiplərə əməl olunması dövlətin hüquqi və sosial 
xarakterinin,  habelə  təbiətdən  səmərəli  istifadənin  və  ətraf  mühitin  mühafızəsinin 
təmin  edilməsi  üzrə,  insanların  ekoloji  hüquqlarınm  və  qanuni  maraqlarınm 
müdafıəsi üzrə fəaliyyətin səmərəliliyinin meyarı rolunu oynaya bilər. 
Ekologiya  hüququnun  prinsipləri  həm  ümumi  hüquqi  prinsiplərə,  həm  də  bu 
sahəyə xas olan - sahəvi prinsiplərə əsaslanır. Sosial ədalət və sosial azadhq prinsipi, 
hüquq  bəra-bərliyi  (qanun  qarşısında  bərabərlik)  prinsipi,  hüquq  və  vəzifələrin 
vəhdəti  prinsipi,  təqsirə  görə  məsuliyyət  prinsipi,  qanunçuluq  prinsipi  və  digər 
prinsiplər bütövlükdə hüququn mahiyyətini müəyyən edən prinsiplərdir. 
Sahəvi prinsiplər xüsusi normalarda ifadə oluna bilər və 
i  ya  hüquq  normalarının  analizi  zamanı  meydana  çıxa  bilər.  Məsələn,  ətraf 
mühitin  mühafızəsinin  əsas  prinsipləri  Ətraf  mühitin  mühafızəsi  haqqmda  Qanunun 
3-cü maddəsində təsbit edilib. Həmin prinsiplər, eyni zamanda ekologiya hüququnun 
prinsipləridir. 
«Prinsip» sözü (latın sözü olan «prinsipum» - başlanğıc, əsas) iki əsas mənaya 
malikdir  -  obyektiv  (hər  hansı  bir  təlimin,  nəzəriyyənin  başlanğıc  vəziyyəti)  və 
subyektiv (insamn daxili inamı, onun realhğa münasibətini müəyyən edən inamı). 
Bir  hüquq  sahəsi  kimi  ekologiya  hüququnvm  prinsipləri  həmin  sahənin 
özünəməxsus «mikrosxemini» təcəssüm etdirməklə, həm obyektiv, həm də subyektiv 
mənada  cəmiyyətin  və  təbiətin  optimal  qarşılıqh  təsirinin  tələblərinə  maksimum 
uyğun gəlməlidir. 
Buna  görə  də  ekologiya  hüququnun  bütün  prinsiplərinə  aşağıdakı  əlamətlər 
xasdır: 
1)
  Obyektiv şərtlilik. Əgər o, təbiətə, tarixə və cəmiyyətə uyğun gələrsə, yalnız 
o zaman düzgün olduğunu qəbul etmək olar; 
2)
  Tarixi şərtlilik. Dövlətin quruluşu və siyasətinin dəyişməsi ilə ilk növbədə 
hüquqi tənzimləmənin prinsipləri də dəyişir. Belə ki, əgər 1978-ci il Azərbaycan SSR 
Konstitusiyasına  görə  torpaq  və  təbii  obyektlər  yalnız  dövlət  mülkiyyətində  idisə, 
Azərbaycan  Respublikasımn  1995-ci  il  (12  noyabr)  Konstitusiyasına  görə  onlar 
vətəndaşlarm  xüsusi  mülkiyyətində  də  ola  bilər,  yəni  təbii  obyektlərin  müstəsna 


olaraq yalnız dövlət inhisannda olması prinsipi doyişmişdir; 
3)
  Sistcmlik. Ekologiya hüququnun bütün prinsiplərini ümumhüquq, ümumi və 
xüsusi prinsip hissələri kimi təsnifləşdirmək olar. 
Ekologiya  hüququnun  ümumhüquqi  (konstitusiya)  prinsipləri  əsasən 
respublikamızın  Konstitusiyasında  təsbit  edilmişdir  və  bu  səbəbdən  də  ən  yüksək 
hüquqi qüvvəyə malik olan göstərişləri təmsil edir. Onlara aşağıdakılar aiddir: 
1.  Xalq  hakimiyyəti  prinsipi  ekoloji  münasibətlərdə  birbaşa  qüvvədədir,  yəni 
dövlət hakimiyyəti  və  yerli  özünüidarə orqanları vasitəsi ilə öz  məqsədlərini  həyata 
keçirmək üçün Azərbaycan xalqının imkanlarını ifadə edir. 
Konstitusiyaya görə ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır. 
Xalqın  seçdiyi  hakimiyyət  orqanları  yerlərdə  hər  hansı  obyektin  tikintisi  altına 
torpaq  sahəsini  ayıran  və  götürən  zaman  əhalini  torpağın  qarşıdakı  verilməsi  və 
vətəndaşların  yerli  referendumlar,  toplantılar,  yığıncaqlar,  demokratiyanın  digər 
birbaşa  formaları  vasitəsi  ilə  fıkirlərinin  ortaya  çıxarılması  haqqında 
məlumatlandırmalıdırlar. 
ctimai  ekoloji  nəzarət  ekoloji  nəzarətin  bir  forması  olub,  dövlət  və  istehsalat 
ekoloji nəzarəti ilə yanaşı fəaliyyət göstərir. 
2.
  Huınanizm  prinsipi  onunla  ifadə  olunur  ki,  ölkədə  və  beynəlxalq 
münasibətlər  sahəsində  təbiətdən  istifadə  münasibətləri  hər  şeydən  əvvəl  adamların 
nəinki  indiki,  həm  də  gələcək  nəsillərinin  maraqlarını  nəzərə  almaqla  qurulur.  Bu 
səbəbdən adı çəkilən prinsipin iki tərəfı var: 
a)
  insanların  sağlamlığına  zərər  vura  biləcək  təbii  obyektlərin  istifadə 
qaydasmm  yolverilməzliyi.  Belə  ki,  müəssisələrə  maqnit  sahəsinin,  çirkələnmənin, 
səs  səviyyəsinin,  atmosferə  buraxılan  zərərli  maddələrin,  mümkün  yol  verilən 
qatılığının  normativlərinin  artınlmasına  icazə  verilmir  (Ətraf  mühitin  mühafızəsi 
haqqmda AR-nın Qanunu). 
b)
  hər  bir  ekoloji  hüquq  münasibəti  subyektinin  borcudur  ki,  öz  fəaliyyətini 
həmin  davranışm  ekoloji  təhlükəsizliyinə  ekoloji  münasibətdə  daha  yaxşı  uyğun 
gəlməni  təmin  edən  üsulla  həyata  keçirsin.  Belə  ki,  həyata  keçirilməsi  ətraf  təbii 
mühitə  zərərli  təsir  göstərə  bilən  təsərrüfat  fəaliyyəti  ilə  bağlı  qərarın  qəbul 
edilməsindən  qabaq  dövlət  ekoloji  ekspertizası  keçirilməlidir  (Ətraf  mühitin 
mühafızəsi haqqmda AR-nın Qanunu). 
Bu  prinsipə  əsasən,  qanımvericilikdə  bitkilər  və  heyvanlar  aləminə  ziyan 
vurulmasının qarşısını almağa yönəldilən tədbirlər nəzərdə tutulur. 
3.
  Sosial  ədalət  prinsipi.  Bu  prinsipə  görə  hamının  məhkəmə  və  qanun 
qarşısında  bərabərhüquqlu  olması,  sağlam  ətraf  mühitdə  yaşamaq  hüququ,  hər  bir 
Azərbaycan  vətəndaşının  hüquq  və  azadhqlarının  pozulması  zamanı  onların 
məhkə-mə müdafiəsi ölkəmizin Konstitusiyasında təsbit olunmuşdur. 
Həmin  prinsip  ekoloji  hüquq  münasibətlərinin  hər  bir  subyektinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə