Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

subyekt kimi iştirak edir, xalqın adından çıxış edir və onun maraqlaruıı təmsil edir. 
4.
 Ekoloji  ictimai  münasibətlərin  birbaşa  məqsədindən  («istismar» 
məqsədindən)  başqa  həmişə  xüsusi  məqsədləri  də  olur  və  onlar  əmlakın  təsərrüfat 
istismarı məqsədindən fərqlənir. Həmin məqsədlər aşağıdakılardır: 
a)
 təbiət obyektlərindən istifadə zamanı həmin obyektl-rin mühafızəsi. Ekoloji 
mənada  «mühafizəni  təmin  etmək»  anlayışı  təbii  obyektlərdə  dönməz  mənfı 
dəyişikliklərə  yol  verilməməsini  nəzərdə  tutur.  Məsələn,  balıqlaruı  yalnız  müəyyən 
miqdarda  tutulmasına  icazə  verilməsi  və  ya  ümumiyyətlə  icazə  verilməməsi  balıq 
ehtiyatlarının tükənməsinin qarşısmı almaq məqsədini güdür; 
b)
 təbiət  obyektlərindən  istifadə  edərkən  onların  yaxşılaşdırılması.  Bu,  həmin 
obyektlərin  faydah  təbii  funksiyalarınuı  fəallaşdırılması  və  zərərli  funksiyalarının 
neytrallaşdırılmasmda  ifado  olunur.  Məsələn,  əkin  torpaqlarının  təsərrüfat  istisman 
zamanı  torpaq  istifadəçiləri  torpağm  məhsuldarhğım  artırmağa  və  eroziya 
proseslərinin qarşısını almağa borcludurlar. 
c)
 pozulmuş təbiət obyektlərinin bərpası. Məsələn, meşəsalma və meşə bərpası 
işləri  kompensasiya  olunmahdır,  yaxud  sulardan  balığın  tutulması  balığm 
çoxaldılması ilə yanaşı aparılmalıdır və s. 
Təbiət obyektlərinin mühafızəsi, yaxşılaşdınlması və bərpası ilə yanaşı, onlardan 
istifadə iki əsas istiqamətdə aparılır: 
1)
  bilvasitə istismar olıman təbiət obyektlərindən səmərəli istifadə; 
2)
  istismar  olunan  təbiət  obyektlərinin  faydalı  xüsusiyyətlərindən  səmərəli 
istifadə. 
Beləliklə,  ekoloji  ictimai  münasibətlər  dedikdə,  tarixi  proseslərlə  şərtlənən, 
təbiət  obyektlərinin  (təbii  ekoloji  sistemlərin),  habelə  insanın həyatına,  fəaliyyətinə, 
sağlamlığına 
təsir 
göstərən 
digər 
maddi 
obyektlərin 
mühafızəsinə, 
yaxşılaşdınlmasına,  bərpasma  yönələn,  yaxud  indiki  və  gələcək  nəsillərin  maraqları 
naminə  ətraf  mühitin  maksimum  mühafızəsi  məqsədi  ilə  bu  amillərin  qarşıhqh 
təsirinə yönələn istehsalat münasibətləri başa düşülür. 
Ekologiya  hüququnun  predmeti  dedikdə,  tarixi  proseslərlə  şərtlənən,  ekoloji 
hüquq  normalarının  əhatə  dairəsində  formalaşan,  vətəndaşlar  arasında  istehsalat 
münasibətləri  başa  düşülür,  həmin  münasibətlərdə  təbiət  obyektlərinin  (ekoloji 
sis-temlərin) mühafızəsi, yaxşılaşdırılması, bərpası, səmərəli istifadəsi ilə bağh indiki 
və gələcək nəsillərin maraqları naminə ətraf mühitin mühafızəsi məqsədi ilə dövlətin 
iştirakı məcbu-ridir. 
Beləliklə, cəmiyyətin və təbiətin qarşıhqlı təsiri sahəsində insanlann maraqlarını 
və  tələbatlarını  nəzərə  almaqla,  aşağıdakı  münasibətlər  ekologiya  hüququnun 
predmetini formalaşdırır: 
-
  təbiət obyektləri və ehtiyatlan ilə bağh mülkiyyət münasibətlərinin; 
-
  təbiətdən (təbii ehtiyatlardan) istifadə üzrə münasibətlərin; 


-
  ətraf mühitin mühafızəsi üzrə münasibətlərin; 
-
  fiziki  və  hüquqi  şəxslərin  ekoloji  hüquqlannın  və  qanuni  maraqlarının 
müdafiəsi  üzrə  münasibətlərin  təhlili.  Məsələn,  ətraf  mühitin  müxtəlif  fıziki 
təsirlərdən  mühafizəsi  sahəsində  ekoloji  hüquqla  tənzimlənən  münasibətlər  olduqca 
müxtəlif  və  çoxşaxəlidir.  Buraya  ətraf  mühitin  mühafızəsinin  aşağıdakı  sahələri 
aiddir: 
-
  dağ-mədən  sənayesinin  istismarından;  istehsalat  obyektlərinin  doğurduğu 
səs-küydən; 
-  tikinti  prosesində  və  nəqliyyat  vasitələrinin,  məsələn,  metronun  istismarı 
prosesində  yaranan  vibrasiyalardan;  elektrotexnikadan  istifadə  zamanı  yaranan 
elektromaqnit sahələrindən; 
- fıziki və radioaktiv təsirlərdən; 
-
  kənd  təsərrüfatı  texnikasmdan  istifadə  prosesində  torpağa  həddən  artıq 
ağırhğın düşməsindən; 
-
  tullantı  sularının  su  hövzələrinə  axıdılmasından  və  s;  Nəhayət  ekologiya 
hüququ  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  elementlərdən  -  onun  sistemini  əmələ 
gətirən  normalar,  institutlar  və  yarımsahələrin  məcmusundan  təşkil  olunaraq, 
hüququn bir çox digər sahələri kimi Ümumi və Xüsusi hissələrdən ibarətdir. 
Ümumi hissə ekoloji münasibətlərin hüquqi tənzimlənməsinin ən önəmli ümumi 
ə
sasını  təşkil  edən,  onun  vəzifələrini,  prinsiplərini  və  obyektlərini  müəyyən  edən, 
dövlətin  ekoloji  funksiyasının  hüquqi  əsaslarını  həyata  keçirən,  ətraf  təbii  mühitin 
mühafizəsi  və  təbiətdən  istifadənin  səmərəli  iqtisadi  mexanizminin  təsiri,  təbiətdən 
istifadə  hüququ  və  təbii  ehtiyatlara  mülkiyyət  hüququ,  ekoloji  hüquq  pozuntularına 
görə məsuliyyəti və s. birləşdirən hüquqi normalar və institutlardır. 
Xususi  hissənin  tərkibinə  təbii  ehtiyatlarm  ayrı-ayrı  komponentlərinin  hüquqi 
rejimini  qaydaya  salan  ekologiya  hüququnun  institutları  və  yarımsahələrini  əmələ 
gətirən hüquqi normalar daxildir. 
 
Ekologiya hüququnun hüquqi tənzimləmə metodları 
Ə
dəbiyyatda hüquqi tənzimləmə ictimai münasibətlərə dövlət tərəfındən hüquqi 
təsir  üsulu  kimi  göstərilir.  Ekoloji  hüquqi  tənzimlənmə  metodu  dedikdə,  hüquq 
münasibətləri iştirakçılannın davranışına hüquq normaları ilə müəyyən edilən spesifık 
təsir  üsulu  başa  düşülür  ki,  həmin  üsul  təbii  ehtiyatların  mülkiyyətçisinin  hüquqi 
səlahiyyətlərinin  həyata  keçirilməsinə,  təbiətdən  səmərəli  istifadənin  təmin 
olunmasına,  ətraf  mühitin  mühafizəsinə,  fıziki  və  hüquqi  şəxslərin  ekoloji 
fəaliyyətlərinin qanuni maraqlannm müdafiəsinə yönəlir. 
Lakin  dünya  hüquq  elmində  hüquqi  tənzimləmə  metodu  ən  mübahisəli 
mövzulardan  biridir.  Bəzi  alimlər  hər  bir  sahəyə  yalnız  bir  hüquqi  tənzimləmə 
metodunun  əsas  olduğunu,  digər-ləri  -  bir  neçəsinin,  üçüncüləri  isə  metodun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə