Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

universal, üstqurum xarakterə malik olduğunu hesab edirlor. Hor bir hüquq sahəsinin 
metodlarınm tədbiqinin kombinasıyasına malik olması ideyası daha uğurlu görünür. 
Metodların belə kombinasiyası ekologiya hüququnun əsasını təşkil edir. 
Hazırda hüquq elmində inzibati hüquqi və mülki hüquqi metodlardan ibarət olan 
iki metod fərqləndirilir. Halbuki, Azərbaycanın hüquq sistemində ondan artıq hüquq 
sahəsi  mövcuddur.  Bu  isə  o  deməkdir  ki,  hüquq  sahələrinin  çoxu  həmin  sahənin 
predmetinə  tam  adekvat  olan  hüquqi  tənzimləmə  metoduna  malik  deyil.  Odur  ki, 
hüquqi  tənzimləmənin  yuxarıda  adları  çəkilən  metodlarmdan  istifadə  olunur.  Bu 
zaman inzibati hüquqi metod daha çox ümumi hüquq sahələrində işlənir ki, ekologiya 
hüququ da əsas etibarı ilə həmın sahəyə aiddir. 
Inzibati  hüquqi  tənzimləmənin  mahiyyəti  lazımi  davranışın  və  hüquqi 
göstərişlərin  icrasına  yönələn  dövlət  nəzarətinin  təmin  etmək  üçün  müvafıq 
göstərişlərin,  icazələrin,  qadağaların  müəyyən  edilməsindən  ibarətdir.  nzibati 
münasibətlərdə  tərəflərdən  biri  mütləq  səlahiyyətli  dövlət  orqanıdır,  ona  görə  də 
müvafiq  olaraq,  tərəflər  qeyri-bərabər  vəziyyətdə  olurlar.  Belə  ki,  inzibati  hüquq 
münasibətlərinin iştirakçıları arasmda hakimiyyət və tabeçilik münasibətləri yaranır. 
Ekologiya hüququnda inzibati hüquqi metod spesifik formalarda - normalaşdırmada, 
ekspertizada,  sertifıkatlaşdırmada,  lisenziyalaşdırmada  və  sairədə  öz  əksini  tapır.  O 
bir sıra fəaliyyət formalarında təzahür edir. Məsələn, ətraf təbii mühitə çirkləndirici 
maddələrin  atılmasının  yol  verilən  normalarının  müəyyən  olunması  (təbiətdən 
istifadə  edən  şəxslər  bu  normalara  əməl  etməlidirlər),  müvafiq  norma  çərçivəsində 
tullantıları  ətraf  mühitə  atmaq  üçün  hüquqi  şəxslərə  lisenziya  verilməsi,  müəyyən 
obyektlərin  inşasma  icazə  verilməsi  (dövlət  ekoloji  ekspertizasının  müsbət  rəyi 
olduqda) saxlama və ya basdırma məqsədi ilə radioaktiv tullantıların və materialların 
başqa  dövlətlərdən  idxalınm  qadağan  edilməsi,  hüquqi  məsuliyyət  tədbirlərinin 
tətbiqi və s. 
nzibati hüquqi tənzimləmə metodundan fərqli olaraq mülki hüquqi tənzimləmə 
metodu  hüquq  münasibətlərinin  tərəflərinin  bərabərliyinə  əsaslanır.  Mülki  hüquq 
münasibətlərində  bu  münasibətlərin  iştirakçıları  adətən  bir-birindən  asıh  olmayan 
bərabər  hüquqlu  subyektlər  kimi  çıxış  edirlər.  Onlar  hüquqlarını  və  vəzifələrini 
aralarında bağlanan saziş vasitəsi ilə özləri müəyyən edirlər. Lakin bu zaman həmin 
hüquq  və  vəzifələr  qanunvericiliyə  uyğun  olmalı,  qanun  çərçivəsindən  kənara 
çıxmamalıdır. 
Ekologiya hüququnda hazırda hüquqi tənzimləmənin hər iki növü tətbiq edilir. 
Yeni  iqtisadi  dövrdə  bazar  münasibətləri  şəraitində  sahibkarlıq  haqqında 
qanunvericilik  təkmilləşdiril-dikcə  mülki  hüquqi  metod  hüququn  bu  sahəsində 
getdikcə daha geniş tətbiq edilir. Ətraf mühitə dair qanunvericiliyə əsasən, bəzi təbii 
ehtiyatlardan  istifadə  hüququ  lisenziya  və  ona  uyğun  olaraq  bağlanan  müqavilə 
ə
sasında verilir  («Ətraf  mühitin  mühafızəsi haqqında»  Qanun, maddə 11,  15).  Əgər 


təbii  ehtiyat-ların  istifadəçisi həmin  müqaviləni  müvafıq  icra  hakimiyyəti  orqanı  ilə 
bağlayarsa,  yenə  belə  müqavilə  mahiyyət  etiban  ilə  mülki  hüquqi  müqavilə  hesab 
olunur. 
Təbiətdən  istifadə  və  ətraf  mühitin  mühafızəsi  üzrə  hüquqi  münasibətlərə 
müəyyən şəraitdə həm bu, həm də digər metod tətbiq edilə bilər. Məsələn, təbiətdən 
istifadə  üzrə  müqavilənin  bağlanması  mülki  hüquqi  tənzimlənmənin  nümunə-sidir. 
Lakin  təbiətdən  istifadənin  gedişində  müqavilədə  nəzərdə  tutulmuş  şərtlər 
pozulduqda,  təbiətdən  istifadə  münasibət-lərinin tənzimlənməsi  üzrə  inzibati hüquqi 
metod tətbiq edilə bilər. 
Metodun  məzmunu  ekologiya  hüququnun  predmetinin  spesifıkliyi  ilə 
şə
rtlənmişdir.  Ona  görə  də  ekologiya  hüququnun  predmetini  təşkil  edən  kompleks 
ekoloji ictimai münasibətlər onun hüquqi tənzimləmə metodlarınm kombinasiyasmda 
ifadə  olunur.  Öz  predmetindən  asıhhğa  baxmayaraq  o,  müəyyən  müstəqilliyə 
malikdir.  Belə  ki,  əgər  metodun  spesifıkliyi  aşkarlanmayacaqsa,  o  zaman  həmin 
ümumi hüququn müstəqil hüquq sahəsi kimi ayrılmasma əsas olmayacaqdır. 
Predmet və metod müəyyən vəhdət və ümumiliyə malik olmalıdır. Tənzimlənən 
ictimai  münasibətin mahiyyətindən təsir üsulunun ayrılması hüquqi tənzimlənmənin 
səmərəliliyinə  mənfi  təsir  edir.  Ekologiya  hüququnda  cəmiyyot  və  tobiot 
münasibətlərinin ahəngdarlaşmasına istiqamətlənmiş ekolojiləşdirilmə metodu aparıcı 
yer  tutur.  Hər  bir  təbii  obyektin  istifadə  olunmasınm  hüquqi  tənzimlənməsi  həmin 
sistemin  maraqlarının  qorunması  mövqeyindən  həyata  keçirildiyi  zaman,  bu  metod 
obyektlərə  görə  differensasiya  olunmuşla  ümumekoloji  yanaşmanm  uzlaşması  kimi 
tətbiq edilir. Lakin eyni zamanda, həmin obyektin xüsusiyyətləri də nəzərə ahnır. 
Ekolojiləşdirmə  metodu  ekologiya  hüququnun  predmetinin  xüsusiyyətindən 
ortaya çıxmışdır. Belə ki, ekologiyadan istifadənin hər bir növü təbiətin qanunlarınm 
tətbiq  olunması  ilə  bağhdır,  onun  müvəffəqiyyətlə  həyata  keçməsi  üçün  həmin 
qanunlara  tabe  olmaq,  yəni  təbii  mühitə  müdaxilə  ilə  əlaqədar  olan  hər  hansı  təsiri 
ekolojiləşdirmək  lazımdır.  Məsələn,  torpağm  mülkiyyətçisi,  istifadəçisi  və  icarəçisi 
öz torpaq sahəsində səpin apararaq, bununla da təbii bitkiçiliyin ekoloji proseslərinə 
təkan  verir,  sonralar  isə  o  bu  prosesə  yalnız  təsir  edə  bilər  (bitkiləri  suvarmaq, 
gübrələmək, alaq otları ilə mübarizə aparmaq və s.), lakin onlarm təbii gedişini dəyişə 
bilməz. 
Beləliklə, 
ekologiyada 
hüququ 
tənzimləmə 
metodunu 
ekologiyadan 
istifadəçilərin  idarəetmə  orqanlarının  strukturu  və  əhatə  dairəsi  hüquqi  tənzimləmə 
üçün əhəmiyyət kəsb edən ölkənin ekoloji sisteminin elementlərinin qanunvericilikdə 
təsbit  olunması  yolu  ilə  ekoloji  ictimai  münasibətlərə  hüquqi  təsir  üsulu  kimi  təyin 
etmək  olar.  Bu,  həmçinin,  ekoloji  hüquq  münasibətləri  subyektlərinin  müəyyən 
olunmasına  imperativ,  dispozitiv  və  ya  mülki-hüquqi  yanaşmanın  köməyi  ilə 
xəta-lara  görə  hüquqi  məsuliyyət  üçün  xarakterik  olan  tərəflərin  bərabərliyi,  bazar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə