Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 saylı Fərmanı 
ilə yaradılmışdır. 
Nazirlik  Azərbaycan  Respublikası  ərazisində,  o  cümlədən  Xəzər  dənizinin 
(gölünün)  Azərbaycan  Respublikasma  mənsub  olan  bölməsində  ətraf  mühitin 
qorunması,  təbiətdən  istifadənin  təşkili,  yeraltı  sulardan,  mineral-xammal 
ehtiyatlanndan  və  yerüstü  təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi,  onların 
bərpası,  hidrometreoloji  proseslərin  müşahidəsi  və  proqnozlaşdırılması  sahəsində 
dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
O öz fəaliyyətində Azərbaycan Respublikasınm Konstitusiyasını, qanunlarını və 
onun  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin qərar və  sərəncamlarını və öz  Əsasnaməsini  rəhbər  tutaraq,  fəaliyyətini 
bilavasitə  və  özünün  yerli  orqanlan,  tabeliyində  olan  müəssisə,  təşkilat  və  digər 
qurumları vasitəsi ilə həyata keçirir. 
Nazirlik  öz  fəaliyyətini digər  mərkəzi  və yerli  icra hakimiyyəti  orqanları,  yerli 
özünüidarəetmə orqanlan, habelə ictimai təşkilatiarla əlaqəii şəkiidə qurur. 
Fəaliyyətinin  maliyyələşdirilməsi  dövlət  büdcəsi  və  qanunvericilikdə  nəzərdə 
tutulan  digər  mənbələr  hesabına  həyata  keçirən  Nazirlik  müstəqil  balansa,  operativ 
idarəçilik  hüququ  ilə  dövlət  mülkiyyətində  olan  əmlaka,  üzərində  dövlət  gerbinin 
təsviri  və  öz  adı  əks  oiunmuş  möhürə,  müvafiq  ştamplara  və  blanklara,  banklarda 
hesablara malik olub, əsas vəzifələri aşağıdakılardır: 
-
  təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edil-məsi, bərpası, mühafizəsi, 
bu  sahədə  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi  və  bioloji  müxtəlifliyin  qorunub 
saxla-nılması üzrə dövlət siyasətini həyata keçirmək; 
-
  daxili  sularm  və  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub  olan  bölməsində  suların  bioloji  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi, 
onların qorunması və artırılması sahəsində dövlət siyasətini həyata keçirmək; 
-
  Azərbaycan Respublikasmda yerin təkinin geoloji öyrənilməsi, mühafızəsi və 
mineral-xammal ehtiyatlarmdan səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini 
həyata keçirmək; 


-
  meşələrin  istifadəsi,  bərpası,  yaradılması,  mühafızəsi  və  meşə  təsərrüfatı 
fəaliyyətinin aparılması sahəsində dövlət proqramlannı müvafiq qaydada hazırlamaq 
və həyata keçirmək; 
- ekologiya, təbiətdən istifadə, geologiya və faydalı qazıntılar üzrə müvafıq milli 
fəaliyyət proqramları hazırlamaq və həyata keçirmək; 
-
  öz  səlahiyyətləri  daxilində  su  obyektlərinin  istifadəsi  və  mühafızəsi  üzrə 
dövlət proqramları hazırlamaq və həyata keçirmək; 
-
  Azərbaycan  Respublikasmda  əhalinin  sağlam  ekoloji  mühitdə  yaşamaq 
hüququnu  təmin  etmək  üçün  ətraf  mühitin  mühafızəsi  və  təbii  sərvətlərdən  istifadə 
edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirmək; 
-
  hidrometeorologiya  xidmətini  təşkil  etmək,  hidrometeoroloji  müşahidələrin 
aparılmasını, proqnozlar hazırlanmasmı və məlumatların yayılmasını təmin etmək; 
-
  təbii ehtiyatların, faydah qazmtılarm, bitki örtüyü, flora (o cümlədən meşə), 
fauna  (o  cümlədən  balıq),  su  və  enerji  mənbələrinin  istifadə  olunması  prosesində 
ekoloji  təhlükəsizliyin  gözlənilməsi,  ekoloji  baxımdan  torpağm  bərpası  və 
mühafızəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata 
keçirmək; 
-
  öz  səlahiyyətləri  daxilində  müvafıq  beynəlxalq  öhdəliklərin  həyata 
keçirilməsini təmin etmək və bu sahədə digər orqanlann fəaliyyətini əlaqələndirmək; 
-
  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nazirliyə  həvalə  edilmiş 
digər vəzifələri həyata keçirmək. 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  öz  vəzifə  və  funksiyalarmı  həyata 
keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 
-
  səlahiyyətləri  daxilində  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarından, 
bələdiyyə  orqanlarından,  fiziki  və  hüquqi  şəxslərdən  müəyyən  olunmuş  qaydada 
arayış və təlimatlar tələb etmək; 
-
  mədən vergisi ödəyicilərindən hesabat ili üçün ildə bir dəfə müəyyən edilmiş 
qaydada faydah qazmtıların hasil edilmiş həcmi haqqında hesabat balansı almaq; 
-
  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  müəssisələrdən 
və təşkilatlardan yerin təkindən istifadə haqqmda müəyyən edilmiş hesabat formaları 


üzrə məlumatlar almaq; 
-
  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hiiquqi  şəxs  statuslu  idarə  və 
təşkilatlar yaratmaq və ləğv etmək; 
-
  zəruri hallarda Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları 
ilə birgə tədbirlər həyata keçirmək; 
-
  kəşf  edilmiş  faydalı  qazıntı  yataqlarının  təsdiq  edilməsi  və  uçom  üçün 
Azərbaycan  Respublikasmın  Faydah  Qazmtı  Ehtiyatları  üzrə  Komissiyasını 
yaratmaq; 
-
  təbiəti  mühafızə,  təbii  ehtiyatlardan  səmərəli  istifadə  tədbirlərinin  yerinə 
yetirilməsi məsələləri barəsində nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət və 
qeyri-dövlət nüəssisələri, idarələri və təşkilatları tərəfındən yol verilmiş pozuntulara 
görə  tədbirlər  görülməsi  üçün  qanunvericiliyə  uyğun  olaraq  müvafıq  təşkilatlar 
qarşısmda məsələ qaldırmaq; 
-
  Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyət  və  təşkilati-hüquqi 
formasından  asılı  olmayaraq  geoloji  kəşfıyyat  işlərini  və  yer  təkinin  öyrənilməsi  və 
ondan  istifadə ilə  əlaqədar  jlər həyata  keçirən  bütün  müəssisə və  təşkilatlar,  geoloji 
proses-jr ilə əlaqədar isə həmçinin yerli icra hakimiyyəti və özünüidarə orqanlan üçün 
öz  səlahiyyətləri  hüdudlannda  icrası  məcburi  olan  əmrlər,  qərarlar,  təlimatiar  və 
göstərişlər vermək; 
- nazirlik  əməkdaşlannm  nəzarət  funksiyalarmm  icrası  ımanı  ölkə  ərazisində 
mülkiyyət  və  təşkilati-hüquqi  formasmın  asılı  olmayaraq  müəssisələrə,  təşkilatlara, 
idarələrə, eks-disiyalara, bazalara, zəmilərə, anbarlara və digər obyektlərə, o mlədən 
Azərbaycan  Respubilkası  Müdafıə  Nazirliyinin,  Azərbaycan  Respublikası  Milli 
Təhlükəsizlik  Nazirliyinin  və  Azərbaycan  Respublikası  Daxili  şlər  Nazirliyinin 
obyektlərinə maneəsiz (xidməti vəsiqələrini təqdim etməklə) daxil olmaq, öz xidməti 
vəzifələrini  yerinə  yetirmək  üçün  zəruri  olan  sənədlərlə,  o  cümlədən  təhlillərin 
nəticələri ilə pulsuz tanış olmaq; 
-
  nazirliyin  əməkdaşları  tərəfmdən  qanunvericiliklə  müəyyən  olunmuş 
qaydada öz vəzifə borclarını həyata keçirmək üçün xidməti silah gəzdirmək; 
-
  ətraf  mühitin  mühafızəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə