Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

pozuntusu növləri istisna olmaqla lazım olan hallarda tətbiq edilir. Məsələn, intizam 
məsuliyyəti  tədbirləri  zəruri  hallarda  və  ayrı-ayrı  şəxslərə  qarşı  təbiətdən  istifadə 
sahəsində  baş  vermiş  az  əhəmiyyətli  inzibati  xəta  zamanı,  təqsirkar  şifahi  töhmətlə 
məsuliyyətdən  azad  oluna  bildiyi  halda;  ekoloji  münasibətlər  sahəsində  öz 
xarakterinə  görə  ictimai  təhlükəli  olmayan  cinayətlər  baş  verdiyi  zaman  qanunda 
müəyyən  edilmiş  hallarda  təqsirkar  kollektivə  zaminə  verilməklə  cinayət 
məsuliyyətindən  azad  edilə  bildiyi  halda  tətbiq  edilir.  Bununla  yanaşı,  ağır  ekoloji 
cinayət törətmiş heç bir təqsirkar məsuliyyətdən yaxa qurtara bilməz (AR-nın Cinayət 
Məcəlləsi). 
11.
 Aşkarhq  prinsipi  —  təhrif  olunmasına  görə  təqsirkar  vəzifəli  şəxslərin 
inzibati  və  digər  məsuliyyət  daşıdığı  halları  (Ətraf  mühitin  mühafızəsi  haqqında 
AR-nın Qanunu), ətraf mühitin vəziyyəti haqqında ölkə ərazisində yaşayan hər kəsin 
düzgün  informasiya  almaq  hüququnu  nəzərdə  tutur  (AR-nm  Konstitusiyası). 
Bununla, eyni zamanda, həmin prinsip ekoloji hüquq pozuntusuna görə məsuliyyətin 
tətbiqi  zamanı  aşkarlığı  nəzərdə  tutur  ki,  bu  da  çox  mühüm  prafılaktiki  əhəmiyyətə 
malikdir. 
 
Ekologiya hüququnun ümumi hissəsinə məxsus olan prinsiplə
Ekologiya  hüququnun  Ümumi  hissəsinə  məxsus  olan  prinsiplər  tənzimlənən 
obyektin  spesifıkliyi  ilə  -  təbii  obyektlərin  məcmusundan  təşkil  olunmaqla,  ölkənin 
ekoloji  sistemi  ilə  şərtlənmişdir.  Buna  görə  də  prinsiplərin  aşağıdakı  növləri  qeyd 
olunur: 
1. Müvafıq ərazidə yaşayan xalqların maraqlarının prioriteti və ayrılıqda hər bir 
insanın hüquqlarının müdafıəsi. Bu prinsip onunla ifadə olunur ki: 
-
  torpaq və digər təbii ehtiyatlar Azərbaycan Respublikasında xalqın həyat və 
fəaliyyətinin əsası kimi istifadə olunur və qorunur; 
-
  qanunda müəyyən olunmuş hallar istisna olmaqla, respublikamızda olan təbii 
obyektlər başqa dövlətin xeyrinə zəbt olunmur; 
-
  təbii  obyektlərin  istifadəsi  və  mühafizəsi  sahəsində  idarəetmə  ümumi 
səlahiyyətli idarəetmə orqanlarmın nəzarəti altında həyata keçirilir. Belə ki, bu və ya 
digər  ehtiyaclar  üçün  torpağm  verilməsi  və  ya  müsadirə  edilməsi  yalnız  yerli 
haki-miyyət orqanlarının qərarı ilə həyata keçirilir; 
-
  dövlətin,  təbii  obyektlərin  istifadəsi  üzrə  münasibətlərə  müdaxilə  etmək,  o 
cümlədən  onlan  dövlətin  və  bələdiyyələrin  ehtiyacları  üçün  müsadirə  etmək  və 
məcburi şəkildə satın almaq haqqı var. 
Hər bir vətəndaş ətraf təbii mühitə təbii fəlakət, bədbəxt hadisə, qəza, təsərrüfat 
və  digər  fəaliyyətlə  əlaqədar  yaranmış  mənfı  təsirdən  səhhətini  mühafızə  etmək 
hüququna malikdir. 
Bu  hüquq  ətraf  təbii  mühitin  mühafızəsi,  vətəndaşlann  əmək  şəraiti,  məişəti, 


istirahəti,  tərbiyəsi  və  təhsili  üçün  yaxşı  şəraitin  yaradılması,  yaxşı  keyfiyyətli  qida 
məhsullarının  istehsalı  və  satışı,  həmçinin  əhaliyə  mümkün  olan  tibbi  köməyin 
edil-məsi ilə təmin olunur (Ətraf mühit mühafizəsi haqqmda AR-nın Qanunu). 
2.
  Təsisat  maraqlarmın  ümumdövlət  maraqları  üzərində  üstünlyünü  aradan 
qaldıran  təbiətdən  istifadə  və  ətraf  mühitin  mühafızəsinin  ümumdövlət 
tənzimlənməsinin  birincilik  prinsipi  bundan  əwəlki  prinsiplə  sıx  bağlıdır  və  onun 
təminedici  qaydasıdır.  Belə  ki,  torpağın  istifadəçilərə  verilməsi  yalnız  yerli 
hakimiyyət orqanlarının qərarı ilə həyata keçirilir. Nazirlik və baş idarələr isə ancaq 
təbiətdən  istifadə  və  ətraf  mühitin  mühafızəsinin  tənzimlənməsi  üzrə  ayrı-ayrı 
funksiyaları  həyata  keçirirlər.  Bu  mənada  Ekologiya  və  Təbii  Sərvətlər  Nazir-liyi 
təbii ehtiyatların istifadəsi və mühafızəsi üzıə nəzarət fun-ksiyasmı həyata keçirir. 
3.
  Təbii  obyektləri  onların  məqsədli  təyinatına  tam  uy-ğun  olaraq  istifadə 
etməyə  hər  bir  təbiətdən  istifadəçinin  öhdə-sinə  götürdüyü,  təbii  obyektlərin  ciddi 
məqsədli istifadəsi prinsipi. Məsələn, qanunda yol verilən hallar istisna olmaqla kənd 
təsərrüfat  təyinatlı  torpaqlann  qeyri-kənd  təsərrüfatı  məqsədləri  üçün  istifadəsi 
qadağandır. 
Təbii  obyektlərin  məqsədli  təyinatı  həm  onların  verilməsi  (satın  alınması) 
zamanı,  həm  də  müəyyən  hüquqi  statusla  pay  verilməsi  yolu  ilə  olduğu  zaman 
müəyyən edilir. 
Təbii  obyektlərin  təsərrüfat  quruluşu  layihələrində  təsbit  olunmuş  dövlət 
iradəsini  təbiətdən  istifadəçilərin  yerinə  yetirməsi  məcburidir.  Belə  ki,  müvafiq 
icazəsi olmadan müəyyən olunmuş qaydada təsdiq edilmiş yer quruluşu layihəsindən 
kənara çıxmağa görə təqsir vəzifəli şəxslər üçün cərimə nəzərdə tutulmuşdur ( XM). 
4.
  Təbii  ehtiyatların  səmərəli  istifadəsi  prinsipi,  təbii  obyektlərin  təsərrüfat 
istismarından minimal xərclərlə ən yüksək səmərə almağa cəhd etməni ifadə edən, bu 
zaman  iqtisadi  və  ekoloji  zərər  yetirməyən,  təbiətdən  istifadənin  qanunla  qüvvəyə 
yüksəldilmiş iqtisadi tərəfıni əks etdirir. 
Təbii  obyektlərin  qeyri-səmərəli  istifadəsi  hüquq  pozuntusu  hesab  edilir  və 
təqsirkarın cəzalandırılması ilə yanaşı təbiətdən istifadə hüququna xitam verilməsi ilə 
də  nəticələnə  bilər.  Məsələn,  torpağm  təsərrüfatsızcasma  istifadəsinə  görə  təqsirkar 
vəzifəli  şəxs  üçün  cərimə  nəzərdə  tutulmuşdur  ( XM).  Bu  faktın  özü  isə  sahənin 
müsadirə olunmasının mümkünlüyü üçün əsas ola bilər. 
Təbii obyektlərin səmərəli istifadəsi prinsipi bu işin iqtisadi və ekoloji tərəflərini 
nəzərdə tutur. 
Təbii obyektlərin səmərəli istifadəsi prinsipi iqtisadi tərəfdən xərclərin optimal 
qoyuluşu  zamanı  təbii  obyektlərin  istifa-dəsində  müsbət  effektə  maksimum  nail 
olunmasını nəzərdə tutur. 
Bu  prinsip  ekoloji  tərəfdən  ətraf  təbii  mühitin  mühafızəsi  və  təbiətdən 
istifadənin  gedişində  maksimum  ekoloji  təhlükə-sizliyin  təmin  olunmasını  nəzərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə