Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

tənzimlənən  münasibətə  bu  və  ya  digər  normativ  hüquqi  aktın  düzgün  tətbiq 
olunmasına  imkan  verir.  Onların  olmaması  əsas  normativ  hüquqi  aktların  tətbiq 
olun-masını  da  çətinləşdirir  və  hüquqi  tətbiqetmə  praktikasında  böyük  çətinliklər 
doğurur. 
Köməkçi  normativ  hüquqi  aktlara  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin,  Ali  Məhkəmənin  çıxartdığı  qərarlan,  Dövlət  Metrologiya, 
Standartlaşdırma və Patent Agentliyinin qəbul etdiyi standartları aid etmək olar. 
Beləliklə, ekologiya hüququnun mənbələri dedikdə təbiətdən istifadə sahəsində, 
tərkibində qanunverici dövlət idarəsi olan, səlahiyyətli dövlət orqanlarmın  müəyyən 
olunmuş formada və prosedura qaydasında qəbul etdiyi normativ hüquqi aktları başa 
düşmək lazımdır. 
Ekologiya  hüququnun  mənbələri  sistemini  aşağıdakı  normativ-hüquqi  aktlar 
formalaşdırır: 
-
  Azərbaycan Respublikasmm Konstitusiyası; 
-
  Azərbaycan  Respublikasının  qoşulduğu beynəlxalq  müqavilələr,  beynəlxalq 
hüququn hamılıqla qəbul olunmuş prinsipləri və normalan; 
- Azərbaycan Respublikasınm qanunlan; Azərbaycan Respublikası Prezidentinin 
fərmanlar və sərəncamları; 
-
  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  qərarları  və 
sərəncamları; 
-
  mərkəzi icra hakimiyyəti orqanlanmn normativ hüquqi aktları; 
-
  bələdiyyə orqanlarının normativ hüquqi aktları; 
-
  lokal normativ hüquqi aktlar. 
 
Ekologiya hüququ müstəqil hüquq sahəsidir 
Hər hansı hüquq sahəsinin müstəqilliyi, onun özünəməxsus hüquqi tənzimləmə 
vasitələri,  üsulları,  daha  dəqiq  desək,  həmin  hüquq  sahəsinin  müstəqilliyini  sübut 
edən  ictimai  münas'ibətlərin  tənzimləmə  qaydaları,  prinsipləri  və  bu  sahənin 
cəmiyyət tərəfındən dərk edilməsi ilə müəyyən olunur. Həmin sahənin araşdırılması 
və  ətraflı  öyrənilməsi  bizə  əsas  verir  ki,  onun  tamamilə  müstəqil  bir  hüquq  sahəsi 
olduğu iddiasını qəbul edək. 
Ekologiya  hüququnun  predmetinə  cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqələrini 
tənzimləyən  ekoloji-ictimai  münasibətlər  daxildir  ki,  onlar  da  2  qrupa  bölünür: 
kompleks və sahələr üzrə. 
Kompleks  ekoloji  münasibətlər  isə  təbii  ərazi  komplekslərini,  obyektləri,  təbii 
qoruq  fondları,  müalicə-sağlamhq,  rek-reasiya  (istirahət),  sanitar  sağlamhq  zonaları 
və s. sahələrin istifadəsini və mühafızəsini əhatə edir. 
Sahələr  üzrə  ekoloji-ictimai  münasibətlər  torpaq,  su,  me-şə,  yeraltı  sərvətlər, 
heyvanlar aləmi və atmosfer havasmm istifadəsi və qorunmasmı əhatə edir. 


Hər  iki  münasibətin  cəmi  isə  ətraf  mühitin  mühafizəsi  və  təbii  ehtiyatların 
səmərəli  istifadəsi  üzrə  münasibətlərin  məcmusu  kimi  konkret  şəkildə  ekologiya 
hüququnun predmetini formalaşdırır. 
Ekologiya hüququnun digər hüquq saholoıi kimi 3 tə-zahür forması vardır: 
1)
  hüquqi konsepsiya; 
2)
  hüquqi normalar; 
3)
  hüquqi münasibətlər. 
Hüquqi  konsepsiyanın  əsasını,  təbiət  və  cəmiyyətin  qarşılıqh  əlaqələrini 
formalaşdıran  ideyalar  təşkil  edir.  Bu  cür  əlaqələrin  tənzimiənməsi  üçün  mütləq 
hüquqi  normalar  tələb  olu-nur.  Həmin  hüquqi  normalar  ekoloji  qanunvericilikdə 
təsbit  olunmaqla,  bütünlükdə  təbiot  və  cəmiyyətin  qarşılıqlı  əlaqələrinin 
tənzimlənməsi üçün hüquqi baza - qanunvericilik bazası formalaşdırılır. 
Bəzən  ekoloji-hüquqi  normalar  cəmiyyətdə  dəyişən  ictimai  münasibətləri 
vaxtında  və  düzgün  əks  etdirə  bilmir.  Məhz  bu  zaman,  digər  hüquq  sahələrində 
olduğu kimi, hüquqi münasibətlər forması özünü vacib hüquqi element kimi göstərir. 
Ə
gər  bu  münasibətlər  vaxtında  reallaşmasa,  onda  heç  bir  məqsədə  vaxtında  nail 
olmaq mümkün deyildir. 
Beləliklə, ekologiya hüququ da başqa hüquq sahələrində olduğu kimi, yuxarıda 
adlan çəkilən bu üç formanın birgə fəaliyyəti nəticəsində təzahür edə bilər. 
Təbii  ehtiyatlardan  istifadə  və  ətraf  mühitin  mühafızəsi  ilə  əlaqədar  insanlar 
arasındakı münasibətləri tənzimləyən qaydalara ekoloji hüquq normalar deyilir. 
Ekoloji hüquq normaları özlüyündə şərti olaraq 3 qrupa bölünür: 
a)
  sahələr üzrə (torpaq, Yerin təki, su və s. qorunması); 
b)
  kompleks (təbii komplekslərin istismarı və mühafizəsi); 
c)
  ekolojiləşdirilmiş  normalar  (inzibati,  cinayət,  aqrar,  təsərrüfat  və  s.  kimi 
hüquq sahələrinin normaları). 
Bu normalar məzmununa görə aşağıdakı kimi olurlar: prinsip normalan, prioritet 
normalar və qaydalar. 
Prinsip  normasına  misal  olaraq,  «Ətraf  mühitin  mühafızəsi  haqqında» 
Azərbaycan Respublikası Qanununun preambulasını göstərmək olar: «Bu qanun etraf 
mühitin  mühafızəsinin  hüquqi,  iqtisadi  və  sosial  əsaslarını  müəyyən  edir.  Qanunun 
məqsədi  ətraf  mühitin  ekoloji  tarazhğının  mühafızəsi  sahəsin-də  ekoloji 
təhlükəsizliyin  təmin  edilməsindən,  təbii  ekoloji  sistemlərə  təsərrüfat  və  başqa 
fəaliyyətin  zərərli  təsirinin  qarşısının  alınmasından,  bioloji  müxtəlifliyin  qorunub 
saxlanılma-smdan və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir». 
Prioritet normalar sahəvi xarakterə malik olduğu üçün 3 səviyyədə qruplaşdırıhr: 
sahələr üzrə, sahələrarası və ümumi ekoloji səviyyə üzrə. 
Qaydalar  imperativ  (amirlik)  xarakterə  malik  olub,  ekoloji  münasibətlərin 
konkret sahələrinə şamil olunur. Məzmununa görə bu qaydalar aşağıdakı kimi olurlar: 


xəbərdaredici, 
qadağanedici, 
bərpaedici 
(əvəzi 
ödənilən), 
cəzaverici, 
mükafat-landırıcı, hüquqverici, icazəverici, məcburedici. 
Ekologiya  hüququ  müstəqil  hüquq  sahəsi  olmaqla  yanaşı,  onun  başqa  hüquq 
sahələri  ilə  də  çox  sıx  əlaqəsi  vardır.  Bu  hüquq  sahələrinə  aşağıdakılan  misal 
göstərmək olar: 
- dövlət hüququ; 
-
 konstitusiya hüququ; 
-
 roma hüququ; 
-
 inzibati hüquq; 
-
 mülki hüquq; 
-
 cinayət hüququ; 
-
 aqrar hüquq; 
-
 sahibkarlıq hüququ; 
-
 beynəlxalq hüquq və s. 
Sadalanan hüquq sahələrinin hər birinin predmeti və metodu ekologiya hüququn 
predmeti  və  metodu  ilə  müəyyən  oxşarhğa  malikdir.  Belə  ki,  dövlət  hüquq 
nəzəriyyəsinin  bir  çox  nəzəri  məsələlərindən  yararlanan  ekologiya  hüququ 
Konstitu-siya  normaları,  icra  orqanlanmn  fəaliyyət  prinsipləri  ilə  daha  çox 
ə
laqədardır.  Roma  hüququna  görə  insanların  təbii  hüquqlarmdan  hesab  olunan 
ekologiya hüququ, təbii ehtiyatlar üzərində mülkiyyət hüququ, mülkiyyətin müxtəlif 
növləri  baxımından  və  dəymiş  ziyanm  ödənilməsi  baxımından  mülki  hüquqla, 
mənfəət götürmək məqsədi ilə təbii ehtiyatlardan istifadə etməklə sahibkarhq hüququ 
ilə daha da yaxınlaşır. 
darəetmə, nəzarət, inzibati cəzalandırma, inzibati məsuliyyət - inzibati hüquqa 
aid  olsa  da,  ətraf  mühitin  mühafı-zəsində  əsas  ekoloji-hüquqi  mexanizm  hesab 
olunur. 
Təbii  ehtiyatlardan  səmərəsiz  istifadə  və  ətraf  mühitə  dəymiş  ziyan  cinayət 
hüququnun normaları ilə tənzimlənir. 
Atmosfer  havası,  yerin  ozon  qatı,  qütb  əraziləri,  dünya  okeanı,  neytral  sular, 
kosmos  kimi  təbii  ehtiyatlar  heç  bir  dövlətə  mənsub  olmayıb,  bəşəriyyətin  təbii 
sərvəti  hesab  olundugu  üçün  beynəlxalq  ekologiya  hüququnun  predmetinə  daxil 
edilmişdir. Bu sahədəki beynəbcalq əlaqələr və əməkdaşlıq isə beynəlxalq təşkilatlar 
vasitəsi ilə beynəlxalq hüquq normaları əsasmda həyata keçirilir. 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə