Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

edilmiş  informasiyaya  əsasən  yataqların  tipini,  formasını  və  ölçüsünü,  neftli-qazlı 
təbəqənin  qalınlığını,  kollektorun  tipini,  kollektor  özəlliyinin  dəyişməsinin 
xarakterini,  məhsuldar  təbəqəsinin  neftliliyi  və  qazlıhq  dərəcəsini,  layda  olan  qazın 
və  kondesatın  tərkibini  və  xassələrini,  habelə  yatağın  işlənməsinin  əsas 
xüsusiyyətlərini müəyyən etmək mümkün olsun. 
Beləliklə,  A  kateqoriyasma  aid  olan  ehtiyatlar  üzrə  faydalı  qazıntı  yataqlarınm 
yerləşməsi,  forması,  faydalı  qazıntının  texnoloji  xüsusiyyətləri  və  dağ-mədən 
işlərinin  aparılması  üçün  lazım  olan  şərtləri  müəyyən  edən  amillərin  quruluşu  və  s. 
özəllikləri tam müəyyən edilməlidir. 
B kateqoriyasına aid edilən ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir: 
1. Bərk faydalı qazıntılar üzrə: 
a)
  A  kateqoriyasında  olduğu  kimi,  bütün  faydalı  qazmtı  yataqları  üzrə  deyil, 
yalnız  yataqların  əsas  formalarında  faydalı  qazıntının  həcmi,  daxili  quruluşu, 
yerləşməsinin  xüsusiyyətləri,  yatağın  daxilində  qeyri-fıliz  və  kondinsiyaya  uyğun 
gəl-məyən sahələrin yerləşməsi müəyyən edilməlidir; 
b)
  yataqlann iri pozuntularının vəziyyəti və iri pozuntuların amplitudası, habelə 
kiçik amplitudalı pozuntuların inkişaf dərəcəsi xarakterizə edilməlidir; 
c)
  faydalı  qazmtının  sənaye  tipi  və  növlərinin  təbii  müxtəlifliyinin  ayrılması, 
imkan  daxilində  yatağm  sərhədləri,  habelə  mineralın  tərkibində  faydalı  və  zərərli 
komponentlorin miqdarı müəyyən edilməlidir; 
d) 
faydalı qazıntı yataqlarının yerləşdiyi sahə elə müəyyənləşdirilməlidir ki, 
onların əsas kəmiyyət və keyfıyyət gös-təricilərini tam xarakterizə etmək və yatağın 
açılmasına və işlənməsinə təsir edən amilləri aşkar etmək mümkün olsun. 
2.
  B kateqoriyasına aid olan neft və qaz ehtiyatları üzrə yataqların tipi, həcmi, 
neftli və qazlı yataqlarının səmərəli qazımlığı, kollektorun tipi, kollektor özəlliyinin 
dəyişməsinin xarakteri, layların neftlə və qazla toplanmış sıxlığı, habelə yatağın tam 
olmasa  da  işlənməsi  və  tərkibi  üçün  lazım  olan  başqa  parametrlər  müəyyən 
edilməlidir. 
Beləliklə,  B  kateqoriyasına  aid  olan  ehtiyatlar  üzrə  yatağın  əsas  və  faydah 
qazıntının texniki xüsusiyyətləri və keyfıyyəti aşkar edilməlidir. 
3.
  S,  kateqoriyasına  faydah  qazmtı  yatağının  formasını,  keyfıyyətini  və 
texnoloji  özəlliklərini  ümumi  şəkildə  müəyyən  etmək  üçün  kifayət  qədər  kəşfıyyat 
işləri apanlmış və öyrənilmiş ehtiyatlar daxil edilmelidir. 
4.
  S
2
  kateqoriyasma  geoloji  və  coğrafı  məlumatlara  əsasən  əvvəlcədən 
qiymətləndirilmiş təktək buruqlar və ya işlənmə sahəsi açılmış yataqlardakı ehtiyatlar 
aiddir.  Belə  halda  faydah  qazıntınm  keyfiyyəti  və  texnoloji  xüsusiyyəti,  habelə 
yatağın təbii şəraiti və tək-tək smaqlar və başqa oxşar yataqlara bənzətmək yolu ilə 
müəyyən edilmiş ehtiyatlar osas götürülür. 
Sənaye  tərəfindən  mənimsənilməsi  dərəcəsinə  görə  faydah  qazmtı  yataqları 


istismar edilməkdə olan, istismara hazırlanmış, geoloji axtarış işləri aparılmaqda olan 
və konservasiya edilmiş yataqlara bölünür. 
Тябии ещтийат анлайышы, онун мязмуну вя мащиййяти 
Bütün  təbii  ehtiyatların  ümumi  sayına  aid  olan,  məsələn,  istifadə  müddətinin 
qurtarması,  hüquqi  şəxsin  təbiətdən  istifadəsinin  ləğv  edilməsi,  dövlət  və  ictimai 
ehtiyatlar üçün təbii obyektlərin istifadədən götürülməsi, təbii obyektlərin mühafizəsi 
və  ya  məqsədli  istifadə  qaydalarının pozulmasım  təbiətdən istifadə hüququna  xitam 
edilməsinin bir neçə əsası kimi ayırmaq olar. 
«Ekoloji  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respublikası  Qanununa  (1999) 
görə,  ekoloji  təhlükəsizliyin  tələblərinə  riayət  edilməsi  təbii  ehtiyatlara  mülkiyyət, 
sahiblik  və  onlardan  istifadə  hüquqlarının  həyata  keçirilməsinin  məcbııri  şərtidir 
(maddə 4.3). 
Təbii ehtiyatların öyrənilməsinin predmeti, obyekti və vəzifələri 
«Təbii ehtiyat» dedikdə, istehsal olunmayan resurslar başa düşülür. Təbiətdə baş 
verən  bütün  hadisə  və  proseslər  bir-biri  ilə,  eləcə  də  insanın  həyat  və  fəaliyyəti  ilə 
ə
laqədar  olduğu  üçün  təbii  sərvətlər  statistikası  sahələrarası  (makroiqtisadi,  sosial, 
demoqrafik,  səhiyyə,  müəssisələr  statistikası  və  s.)  xarakter  daşıyır.  Təbii  chtiyatlar 
statistikasının  predmeti  bütün  təbii  ehtiyatlarrn  və  onun  komponentlərinin 
mövcudluğunu,  vəziyyətini  və  istifadəsinin  səmərəliliyini,  təbii  proseslərin  və 
antropogen  amillərin  təsiri  nəticəsində  dəyişmənin  kəmiyyət  və  keyfıyyət 
xarakteristikasını  vermək  və  bununla  əlaqədar  çəkilən  məsrəfləri  öyrənməkdən 
ibarətdir.  Təbii  ehtiyatlar  statistikası  yuxarıda  göstərilən  istiqamətlərdə  hadisələrin 
dəyişməsi meyillərini və dəyişmələrin qanunauyğunluqlarını da öyrənir. 
Təbii resurslar statistikasının obyekti təbii resursların özləridir. 
Təbii  ehtiyatlar  statistikasınm  vəzifəsi  müxtəlif  səviyyəli,  dövlət  və  yerli 
idarəçilik orqanlarmı,  təsərriifat  subyektlərini,  habelə təbii  ehtiyatlarm  mövcudluğu, 
vəziyyəti,  tərkibi və istifadəsinin səmərəliliyi  ilə  maraqlanan  bütün hüquqi və  fıziki 
şə
xsləri lazımi informasiya ilə təmin etməkdir. 
Təbii  ehtiyatların  həcminin,  vəziyyətinin,  yerləşdiyi  ərazinin  və  şəraitin 
dəyiməsi ölkənin təbii-resurs potensialına və beləliklə də sosial-iqtisadi potensiahna 


və milli sərvətinə təsir göstərir. 
Təbii  ehtiyatlar  statistikasının  topladığı  informasiyadan  təbiətdən  istifadə 
prosesində təbiəti qoruma siyasətini hazırladıqda və həyata keçirdikdə istifadə olunur. 
Təbii ehtiyatlar statistikasınm qarşısında duran vəzifələr aşağıdakılardır: 
- təbii ehtiyatları xarakterizə edən göstəricilər sistcmini hazırlamaq; 
- informasiyanın alınma, toplanma, işlənmə və təhlili üsullarını hazırlamaq; 
-
  təbiəti  və  ətraf  mühiti  qoruma  sahəsində  qanunvericiliyin  yerinə 
yetirilməsinə nəzarətə köməklik etmək; 
-
  təbii  ehtiyatların  mövcudluğunu,  vəziyyətini,  keyfıyyətini,  yerləşməsini 
səciyyələndirmək; 
-
  öyrənilmə və iqtisadi dövriyyəyə cəlb edilmə dərəcəsinə görə təbii sərvətlərin 
həcmini müəyyən etmək; 
-
  təbii  ehtiyatların  istifadəsinin  səmərəliliyini  səciyyələndirmək  və  təbii 
sərvətlərin vəziyyətinə insan fəaliyyətinin təsirini qiymətləndirmək; 
-
  təbii  ehtiyatların  insanın  fəaliyyətinə  və  onun  həyat  şəraitinə  təsirini 
qiymətləndirmək; 
-
  istehsal və məişət tullantılarının yaranması, utilləşdirilməsi, basdırılması və 
bununla əlaqədar olaraq yaranmış zərəri səciyyələndirmək; 
-ölkə  və  region  üzrə  təbii  sərvətlərin  yerləşməsini  və  təbii  resurs  potensialmı 
müəyyən etmək; 
-  iqtisadi  dövriyyəyə  cəlb  edilmiş  resursların  və  ehtiyatların  həcminin 
dinamikasını öyrənmək; 
-
  təbii resursların hasilatı və istifadəsi zamanı itkiləri qiymətləndirmək; 
-
  təbiətqoruyucu  fondların  formalaşmasını,  onların  istifadəsini  və  yaranma 
mənbələrini səciyyələndirmək; 
-
  təbiətqoruyucu 
tədbirlərin 
səmərəliliyini, 
onların 
nəticələrini 
qiymətləndirmək; 
-
  ekoloji təyinath məsrəflər və onların somoroliliyini səciyyələndirmək; 
-
  təbii  mühitdə  baş  verən  prosesləri  dinamikada  təhlil  etmək  və 
səciyyələndirmək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə