Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

yataqlarının  kəşf  edilmə  dərəcəsi  və  onların  mənimsənilməyə  hazırlıq  dərəcəsi 
haqqında dəqiq və hərtərəfli məlumat verməkdir. 
Faydalı  qazıntılar  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfmdən  təsdiq 
edilmiş təsnifata uyğun olaraq iqtisadiyyatdakı mahiyyətinə görə iki qrupa - balans və 
balansarxası  qruplara  bölünür.  Bu  qrupların  hər  birinin  uçotu  ayrıca  aparılır. 
sti-fadəsi  iqtisadi  baxımdan  məqsədəuyğun  olan  və  yerin  təkində  olan  ehtiyatları 
hesablamaq  üçün  müəyyən  edilmiş  meyarlara  uyğun  gələn  bütün  ehtiyatlar  balans 
ehtiyatları, müasir texniki imkanlara görə istifadəsi məqsədəuyğun olmayan (yatağın 
kiçik  olması,  tərkibində  faydah  qazmtınm  azlığı,  istifadənin  mürəkkəb  şərtləri, 
mürəkkəb emal prosesi tələb edən vo s.) ehtiyatlar balansarxası ehtiyatlardır. 
Yataqlarm  kəşfiyyatı,  xammalm  keyfıyyətinin  öyrənilməsi  və  yataqların 
işlənilməsinin  dağ-mədən  texniki  şəraitlərinə  görə  yataqlar  A,  B,  S,  və  S
2
 
kateqoriyalarına bölünür. 
A kateqoriyasına daxil olan ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir; 
1. Bərk faydalı qazmtılar üzrə; 
g)
  faydalı  qazıntı  yatağmın  həcmi,  ölçüsü,  yataqda  faydalı  qazmtmın  yatımı, 
forması və şəraitinin müəyyən edilməsi; 
h)
  faydalı qazmtıların  yataqlarınm  morfologiyası,  daxili  quruluşunun xarakteri 
və dəyişməsinin qanunauyğunluğu öyrənilməsi; 
i)
  faydalı  qazmtı  suxurlarının  yerləşdiyi  yerlərin  tərkibində  külçəsiz  və 
kondisiyaya uyğun gəlməyən sahələrin konturları müəyyən edilməli; 
j)
  yatağm  dağıntısı  ilə  əlaqədar  müxtəlif  pozuntular  olduğu  şəraitdə  onların 
vəziyyəti və yerdəyişməsinin amplitudası müəyyən edilməli; 
k)
  təbii müxtəlifliyi müəyyən edilməli; 
l)
  faydah  qazmtıların  sənaye  tipi  və  növü  ayrılmalı,  konturları  müəyyən 
edilməli; 
g)  mineralların  və  onların  tərkibində  olan  zərərli  kom-ponentlərin  tərkibi  və 
keyfıyyəti öyrənilməli. 
Bu kateqoriyaya (A) aid olan ehtiyatların texniki xassələri elə öyrənilməlidir ki, 
faydalı qazıntı süxurlarının və onun əsas komponentlərinin kompleks halında sənaye 


emalının  texniki  sxemini  layihələndirmək  üçün  müfəssəl  məlumat  əldə  etmək 
mümkün olsun. 
2. A kateqoriyasına aid olan neft və qaz elə müfəssəlliklə öyrənilməlidir ki, əldə 
edilmiş  informasiyaya  əsasən  ya-taqların  tipini,  formasını  və  ölçüsünü,  neftli-qazlı 
təbəqənin  qalınlığını,  kollektorun  tipini,  kollektor  özəlliyinin  dəyişməsi-nin 
xarakterini,  məhsuldar  təbəqəsinin  neftliliyi  və  qazlıhq  dərəcəsini,  layda  olan  qazın 
və  kondesatın  tərkibini  və  xassələrini,  habelə  yatağın  işlənməsinin  əsas 
xüsusiyyətlərini müəyyən etmək mümkün olsun. 
Beləliklə,  A  kateqoriyasma  aid  olan  ehtiyatlar  üzrə  faydalı  qazıntı  yataqlarınm 
yerləşməsi,  forması,  faydalı  qazıntının  texnoloji  xüsusiyyətləri  və  dağ-mədən 
işlərinin  aparılması  üçün  lazım  olan  şərtləri  müəyyən  edən  amillərin  quruluşu  və  s. 
özəllikləri tam müəyyən edilməlidir. 
B kateqoriyasına aid edilən ehtiyatlar aşağıdakı tələbləri ödəməlidir: 
1. Bərk faydalı qazıntılar üzrə: 
d)
  A  kateqoriyasında  olduğu  kimi,  bütün  faydalı  qazmtı  yataqları  üzrə  deyil, 
yalnız  yataqların  əsas  formalarında  faydalı  qazıntının  həcmi,  daxili  quruluşu, 
yerləşməsinin  xüsusiyyətləri,  yatağın  daxilində  qeyri-fıliz  və  kondinsiyaya  uyğun 
gəl-məyən sahələrin yerləşməsi müəyyən edilməlidir; 
e)
  yataqlann iri pozuntularının vəziyyəti və iri pozuntu-ların amplitudası, habelə 
kiçik amplitudalı pozuntuların inkişaf dərəcəsi xarakterizə edilməlidir; 
f)
  faydalı  qazmtının  sənaye  tipi  və  növlərinin  təbii  müxtəlifliyinin  ayrılması, 
imkan  daxilində  yatağm  sərhədləri,  habelə  mineralın  tərkibində  faydalı  və  zərərli 
komponentlorin miqdarı müəyyən edilməlidir; 
d) 
faydalı qazıntı yataqlarının yerləşdiyi sahə elə müəyyənləşdirilməlidir ki, 
onların əsas kəmiyyət və keyfıyyət gös-təricilərini tam xarakterizə etmək və yatağın 
açılmasına və iş-lənməsinə təsir edən amilləri aşkar etmək mümkün olsun. 
3.
  B kateqoriyasına aid olan neft və qaz ehtiyatları üzrə yataqların tipi, həcmi, 
neftli və qazlı yataqlarının səmərəli qazımlığı, kollektorun tipi, kollektor özəlliyinin 
dəyişməsinin xarakteri, layların neftlə və qazla toplanmış sıxlığı, habelə yatağın tam 
olmasa  da  işlənməsi  və  tərkibi  üçün  lazım  olan  başqa  parametrlər  müəyyən 


edilməlidir. 
Beləliklə,  B  kateqoriyasına  aid  olan  ehtiyatlar  üzrə  yatağın  əsas  və  faydah 
qazıntının texniki xüsusiyyətləri və keyfıyyəti aşkar edilməlidir. 
5.
  S,  kateqoriyasına  faydah  qazmtı  yatağının  formasını,  keyfıyyətini  və 
texnoloji  özəlliklərini  ümumi  şəkildə  müəyyən  etmək  üçün  kifayət  qədər  kəşfıyyat 
işləri apanlmış və öyrənilmiş ehtiyatlar daxil edilmelidir. 
6.
  S
2
  kateqoriyasma  geoloji  və  coğrafı  məlumatlara  əsa-sən  əvvəlcədən 
qiymətləndirilmiş  tək-tək  buruqlar  və  ya  iş-lənmə  sahəsi  açılmış  yataqlardakı 
ehtiyatlar  aiddir.  Belə  halda  faydah  qazıntınm  keyfiyyəti  və  texnoloji  xüsusiyyəti, 
habelə  yatağın  təbii  şəraiti  və  tək-tək  smaqlar  və  başqa  oxşar  yataqlara  bənzətmək 
yolu ilə müəyyən edilmiş ehtiyatlar osas götürülür. 
Sənaye  tərəfindən  mənimsənilməsi  dərəcəsinə  görə  faydah  qazmtı  yataqları 
istismar edilməkdə olan, istismara hazırlanmış, geoloji axtarış işləri aparılmaqda olan 
və konservasiya edilmiş yataqlara bölünür. 
Təbii ehtiyatlara mülkiyyət hüququ 
Təbii ehtiyatlara mülkiyyət hüququ Azərbaycan Respublikasınm Konstitusiyası, 
Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları ilə tənzimlənir. Göstərilən hüquq 
təbii  ehtiyat-lann  mənsubiyyətini  möhkəmlədən  hüquqi  normaların  məcmusu  olub, 
onların əldə edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarhq, istifadə və idarəetmə 
qaydalarmı həyata keçirir. 
Hazırda  Azərbaycan  Respublikasında  hüquqi  cəhətdən  mülkiyyətin  dövlət, 
bələdiyyə, xüsusi və digər formaları qəbul edilmişdir. Göstərilən formaların təsnifatı 
mülkiyyət hüququ-nun subyektlərinə görə aparılır. 
Azərbaycan Respublikasınm dövlət mülkiyyəti Azərbaycan xalqına məxsusdur. 
Azərbaycan  Respublikasının  ərazisi  hüdudlarında  yerləşən  torpaq,  yerin  təki,  daxili 
sular  və  zonaların,  bitkilər  və  heyvanlar  aləmi,  hava  hövzəsi  Azərbaycan 
Res-publikasının müstəsna mülkiyyətidir. 
Azərbaycan  Respublikası  Konstitusiyasmın  14-cü  mad-dəsində  göstərilir  ki, 
təbii  ehtiyatlar  hər  hansı  fıziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə 
xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə