Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

cinayətlərin  əksəriyyəti  qanunları  bilməməkdən  irəli  gəlir.  Çünki  mövcud  dövlət 
orqanları bu sahəyə barmaqarası baxırlar. 
Ekoloji-hüquqi  mexanizmin  səmərəli  olmasının  üçüncü  mərhələsi  nəticəlilik 
(lazım  olan nəticələrin  əldə oluna bilməsi)  mərhələsidir.  Bu  mərhələdə  mexanizmin 
tam fəaliyyəti təhlil edilir. Bütün işin son nəticəsi isə konkret təsərrüfat mə-sələsinin 
həll  edilməsi  üçün  yönəldilmiş  hüquqi  münasibətlər  hesab  olunur.  Əgər  hüquqi 
normanm  nəzərdə  tutulmuş  ideyası  tam  həyata  keçirilmişsə,  nəticə  müsbət  (məqsəd 
ə
ldə  olunmuşdur),  yarımçıq  və  ya  heç  icra  olunmamışsa,  mənfi  (məqsəd  yerinə 
yetirilməmişdir) hesab olunur. 
Ekoloji-hüquqi  normaların  icra  olunması  meyarları  ətraf  mühitin  keyfıyyət 
normativləri ilə əlaqədardır. Bu, zərərli maddələrin miqdarının ətraf mühitə və insan 
sağlamhğına  gös-tərdiyi  təsirin  göstəriciləridir.  Kimyəvi,  fıziki,  bioloji  təsir 
va-sitələrinin icazə verilən normaları, habelə istifadə oluna billəcək təbii ehtiyatlarm 
çıxarılmasma, istifadəsinə, istehlak olun-masına qoyulan limit belə göstəricilərdəndir. 
Ə
traf  mühitin  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  istifadə  olunan  üsul  dövlət 
ekoloji ekspertizasının aparılmasıdır. 
«Ətraf  mühitin  mühafizəsi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
50-ci maddəsinə görə, ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən 
mənfı  təsirinin  və  onlarla  bağlı  nəticələrin  aşkar  edilməsi,  qarşısının  alınması  və 
proqnozlaşdırılması  məqsədilə  ətraf  mühitin  keyfiyyət  nor-mativlərinə  və  ekoloji 
tələblərinə uyğunluğunun müəyyən edilməsidir. 
Azərbaycan  Respublikasında  ekoloji  ekspertizanı  müvafıq  icra  hakimiyyəti 
orqanı və ictimai təşkilatlar həyata keçirir. 
Azərbaycan  Respublikası  Prezidentinin  «Ətraf  mühitin  mühafızəsi  haqqında» 
Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə  4  avqust  1999-cu  il 
Fərmanının 2-ci bəndinə görə  müvafiq icra  hakimiyyəti  orqanı dedikdə  Azərbaycan 
Respublikasmm Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. 
Ə
traf mühitin keyfiyyət normaları 
«Ətraf  mühitin  mühafızəsi  haqqmda»  Qanunun  VI  fəs-lində  ətraf  mühitin 
ekoloji  cəhətdən  tarazlığının  məqsədi  kimi  ekoloji  təhlükəsizliyin  və  əhalinin 


sağlamlığının  pozulmasına  zəmanət  verən,  təbii  ehtiyatların  səmərəli  istifadəsini  və 
bərpasını, ətraf mühitin çirklenməsinin qarşısının alınmasını tomin edən, ətraf mühitə 
yol  verilə  bilən  elmi  əsaslandırılmış  təsir  normalarının  müəyyən  edilməsi 
göstərilmişdir (maddə 30). 
Ə
traf  mühitde  ekoloji  tarazlığın  pozulma  dərəcəsinin  nizamlanmasına,  ətraf 
mühitin  keyfiyyət  göstəricilərinin  insan  sağlamlığına,  təbii  ehtiyatlarm  səmərəli 
istifadəsinə,  mühafızəsinə  və  bərpasına  zərərli  təsirin  müəyyən  edilməsi,  ətraf 
mühi-tə  zərərli  təsirin  yol  verilə  bilən  son  həddi  səviyyəsinin  müəyyən  edilməsinin 
aid olduğu həmin Qanunda təsbit edilmişdir. 
Təbiət  və  cemiyyət  arasında  enerji  və  maddələr  mübadiləsi  prosesini  daim  və 
dəyişmədən  təmin  edən  ekoloji  sistemlərin  vəziyyəti  təbii  etraf  mühitin  keyfiyyəti 
hesab olunur. 
Mühitin  keyfıyyəti  təbiətin  özünü  tənzimləmə  və  zərərli  maddələrdən 
özünütənzimləmə  yolu  ilə  təmin  olunur.  Təbiətdəki  bütün  dövranlar  (su,  enerji, 
maddələr mübadiləsi), «maddələrin itməməsi» qanununa uyğun olaraq baş verir, daha 
doğrusu,  bir  prosesin  son  məhsulu  digər  prosesin  başlanğıc  məhsulu  hesab  olunur 
(tullantı əmələ gəlmir). 
Təbii proseslərdən fərqli olaraq insanın yaratdığı istehsal prosesləri hələ ki, tam 
mükəmməl deyildir, yəni tullantısız ötüşmür. Axıra qalan hər hansı bir məhsul qalığı 
çox  halda  digər  istehsal  prosesi  üçün  xammal  sayılmır.  Aztullantılı  və  tullantısız 
texnologiyalar  hələlik  geniş  vüsət  ala  bilmir.  Odur  ki,  insanın  təsərrüfat  fəaliyyəti 
nəticəsində  ətraf  mühitə  dəyən  ziyanın  tənzimlənməsi  üçün  xüsusi  mexanizm  tələb 
olunur. 
nsanın  ətraf  mühitə  göstərə  biləcəyi  optimal  təsirinə  verilən  fəaliyyət 
məhdudiyyətləri ətraf mühitin keyfıyyət normalannı müəyyən edir. Ətraf mühitə təsir 
tədbirlərinə norma deyilir. 
Ə
traf mühitin keyfiyyət normalarından ümumi şəkildə aşağıdakılar tələb olunur: 
-
  əhalinin ekoloji cəhətdən təhlükəsizliyi; 
-
  genofondun  qorunması  (bu  zaman  bütün  canlı  aləmin,  o  cümlədən  insanın 
genofondunun qorunması nəzərdə tutulur); 


-
  təsərrüfat  fəaliyyətinin  sabit  inkişafinm  təmin  edilməsi  üçün  təbii  şəraiti 
qorumaq və ondan səmərəli istifadə etmək. 
Qeyd  olunan  tələblərin  son  məqsədi,  ictimai  inkişafin  əsası  olan  iqtisadi  və 
ekoloji maraqların elmi cəhətdən əsaslandırılmış vəhdətini yaratmaqdır.  qtisadiyyat 
və ekologiya arasında əldə edilmiş məcburi uzlaşma həddi icazə verilən (yol verilən) 
normativlər adlanır. 
Keyfıyyət normativləri əsasən üç göstəricidon toşkil olunmuşdur: 
1)
  tibbi - insan həyatına, onun genofonduna təsir edən göstəricilər; 
2)
  texnoloji  -  iqtisadiyyatm  insana  və  onun  yaşadığı  mühitə  təsir  edəcək 
müəyyən  olunmuş  məhdudiyyətlərin  yeri-nə  yetirilməsinin  təminat  bacarığı  hesab 
olunan göstəricilər; 
3) 
elmi-texniki 

istehsal 
vasitələrin 
təsir 
məhdudiyyətləri- 
nin bütün parametrlər üzrə gözlənilməsinə nəzarət imkanları. 
Ə
traf mühitə təsir dedikdə, insanın iqtisadi, mədəni istirahət maraqlarını həyata 
keçirmək  üçün  göstərdiyi  fəaliyyəti  nəticəsində  təbii  mühitdə  baş  verən  fiziki, 
kimyəvi və bioloji dəyişkənliklər başa düşülür. Təbii mühitə edilən ən böyük mənfi 
təsir onun çirklənməsidir. 
nsanın  antropogen  fəaliyyəti  nəticəsində  onun  həyatına  və  sağlamlığına,  bitki 
və  heyvanat  aləminin  vəziyyətinə,  təbii  ekosistemlərə  təhlükə  törədə  biləcək 
səviyyədə  təbii  mühitdə  baş  verən  fıziki,  kimyəvi  və  bioloji  dəyişikliklər  ətraf 
mühitin çirklənməsi adlanır. 
Ə
traf  mühitdə  yol  verilə  biləcək  çirklənmə  normalarının  müəyyənləşdirilməsi 
həmişə  mübahisələrə  səbəb  olmuşdur.  Bir  qrup  alimlər  belə  hesab  edirlər  ki,  bazar 
iqtisadiyyatına  ke-çid  dövründə  sənayenin  və  kənd  təsərrüfatının  hərtərəfli  iqti-sadi 
inkişafına  heç  bir  maneçilik  törədilməməli,  digərləri  isə  ekoloji  göstəricilərin 
beynəlxalq  səviyyəyə  uyğun  olmasını  tələb  etdikləri  halda,  mövcud  qanunvericilik 
orta mövqedə da-yanır. Yəni həm iqtisadiyyatı inkişaf etdirməyi, həm də ətraf mühiti 
qorumağı tələb edir. 
Keyfıyyət  normativləri  texniki  və  ya  texniki-iqtisadi  nor-malar  olduğundan 
hüquqi  normalara  da  aid  edilmir.  Odur  ki,  öz-özlüyündə  bu  normativlərin  hüquqi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə