Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

ekoloji-hüquqi 
statusunun 
məhdudlaşdırılmasmm 
aradan 
qaldırılmasmı, 
ekologiyadan istifadədə bərabərhüquqlu vəziyyət imkanını təmin edir. 
4.
  Qanunilik  prinsipi.  Bu  prinsip  ekoloji  hüquq  münasibətlərinin 
subyektlərinin bütün normativ göstərişləri dəqiq və qeyd-şərtsiz yerinə yetirməsi ilə 
ifadə olunaraq, özündə üç tərkib elementini birləşdirir: 
a) 
ekoloji  hüquq  münasibətlərinin  subyektləri  olan  bü-tün  vətəndaş  və 
təşkilatlaruı  hamısına  bütün  normativ  göstərişlərin  şamil  olunmasmı  nəzərdə  tutan 
ümumilik  prinsipini.  Xüsusən  də,  Azərbaycan  Respublikası  ərazisindəyaşayan  hər 
kəs təbii sərvətlərə qayğı ilə yanaşmağa, təbiəti və ətraf mühiti qorumağa borcludur 
(AR-nın Konsti-tusiyası, maddə 78). 
b)
  qanunda nəzərdə tutulanlar istisna olmaqla hər hansı vəziyyətin bəhanəsi ilə 
normativ  göstərişlərin  yerinə  yetirilməsindən  geriçəkilmələrin  yolverilməzliyini 
nəzərdə tutan şərtsizlik prinsipi. Xüsusən də, ekoloji hüquq pozuntusu törətmiş şəxs 
qanunla  müəyyən  olunmuş  məsuliyyətdən  yalnız  son  dərəcə  zəruri  hallarda  azad 
edilir. 
c)
  ölkəmizin  hər  hansı  hissəsində  ekoloji  hüquq  münasibətlərinin  bütün 
subyektləri  tərəfındən  bütün  normativ  göstərişlərin  eyni  cür  tətbiqini  nəzərdə  tutan 
vahidlik  prinsipi.  Bu  səbəbdən  qanunilik  özündə  yerli  ənənə  və  xüsusiyyətlərin 
nişanələrini  daşımamahdır,  o  naxçıvanlı,  gəncəli,  şirvanlı  ola  bilməz,  o  vahid 
olmalıdır - azərbaycanlı olmalıdır. 
5.
  Beynəlxalq və milli tərəflərə malik olan beynəlmiləlçilik prinsipi. 
Beynəlxalq  tərəfdən  beynəlmiləlçilik  prinsipi  ekoloji  hüquq  münasibətlərində 
ə
traf  mühitin  mühafızəsi  sahəsində  bey-nəlxalq  əməkdaşlığı  nəzərdə  tutur  (Ətraf 
mühitin mühafızəsi haqqında AR-nın Qanunu). 
Benyəlmiləlçilik  prinsipi  beynəlxalq  hüquq  normalarınm  milliliyə  nisbətən 
üstünlüyünü  nəzərdə  tutur.  Belə  ki,  əgər  ət-raf  mühitin  mühafizəsi  sahəsində 
Azərbaycan  Respublikasının  digər  dövlətlə  (və  ya  dövlətlərlə)  bağladığı  beynəlxalq 
müqavilədə  milli  qanunvericilikdə  nəzərdə  tutulandan  başqa  qaydalar  müəyyən 
edilmişdirsə,  onda  beynəlxalq  müqavilənin  qaydaları  tətbiq  edilir  (Ətraf  mühitin 
mühafızəsi haqqında Qanun). 
6.
  Bütün  təsərrüfatçılıq  formalarının  və  təbii  obyektlərə  münasibətdə  bütün 
mülkiyyət formalarının bərabərhüquqluğu prinsipi. O, aşağıdakı normativ qanunlarla 
təmin edilir: 
a)
  təbii  obyektlərin  təsərrüfat  istismarı  gedişində  meydana  çıxan  inhisarçı 
meyillərin  kəsilməsi.  Belə  ki,  dövlət  antiinhisar  komitəsinin  orqanlan  təbiətdən 
istifadəçi müəssisələrin fəaliyyətinə, onların məcburi parçalanması və ləğvinə qədər 
qanunla müəyyən olunmuş müdaxiləsini həyata keçirmək hüququna malikdir; 
b)
  təbiətdən  istifadəçi  müəssisələrin  təsərrüfat  fəaliyyətinə  qanunsuz 
müdaxilədən  müdafıə  edilməsi.  Məsələn,  müəssisələr  onların  hüquqlarını  pozmuş, 


qanunsuz qərarın qəbul olunmasında günahkar olan vəzifəli şəxslərdən və idarəetmə 
orqanlarından  maddi  zərərin  tam  məbləğində  cərimə  ala  bilər,  həmçinin  qanunsuz 
qərarın məhkəmə ləğvinə nail ola bilər. 
7.
  Təbiətdən  istifadəçilərin  öz  hüquq  və  öhdəliklərinin  lazımi  icrasının 
stimullaşdırılması  prinsipi.  Xüsusən  də,  qanunla  ətraf  təbii mühitin  mühafizəsinin 
iqtisadi  mexanizmi  nəzərdə  tutulmuş  (Ətraf  mühitin  mühafizəsi  haqqında  AR-nın 
Qanunu),  təbii  ehtiyatların  istifadəsinə  görə  ödənişlik  prinsipi  müəyyən  olunmuş, 
aztullantılı və tullantısız texnologiyalarm tətbiqi zamanı müəssisələrə vergi və digər 
güzəştlər həyata keçirilmişdir və s. 
Ekoloji  qanunvericilikdə  tətbiq  olunan  stimullaşdumanı  pozitiv  və  neqativə 
ayırmaq  olar.  Birinci,  təbiətdən  istifadəçilərin  öz  öhdəliklərinin  lazımi  icrasının 
stimullaşdırılmasmda,  ikinci  -  pozuntuya  görə  hüquqi  və  digər  məsuliyyetin 
mövcudluğunda və tətbiqində ifadə olunmasında. 
Adətən, 
öz 
öhdəliklərinin 
lazımi 
icrasına 
təbiətdən 
istifadəçilərin 
stimullaşdrrılması,  bir  tədbirin  digərlərinin  zərərinə  seçici  tətbiqi  istisna  olmaqla, 
kompleks tədbirlərlə həyata keçirilir. 
8.
  Subyektiv  məsuliyyət  daşıma  prinsipi.  Yəni  yalnız  ekoloji  hüquq 
pozuntusuna  görə  təqsirliyə  ekoloji-hüquqi  məsuliyyətin  tətbiqi  (Ətraf  mühitin 
mühafizəsi haqqında AR-nın Qanunu). 
Yüksək  təhlükəli  mənbələrin  sahiblərinə  qarşı  tətbiq  olunan  məsuliyyət,  əgər 
mənbə  tərəfmdən  ətraf  təbii  mühitə  zərər  dəymişsə,  istisna  təşkil  edir.  Lakin  bu 
məsuliyyət,  birincisi,  yalnız  konpensasiya  xarakteri  daşıyır,  ikincisi  isə  inzibatı, 
cinayət və s. cəza xarakterinə malik deyil. 
Təqsiri olmadan vurduqları zərərə görə həmin sahibkarların məsuliyyəti, yüksək 
təhlükəli obyektləri istifadə edən şəxslərin yüksək ehtiyatlılıq öhdəliyini təmin edən 
tədbir kimi daxil edilmişdir. 
9.
  Ekoloji  hüquq  münasibətləri  subyektlərinin  hüquq  və  öhdəliklərinin 
vahidliyi  prinsipi  (AR-nm  Konstitusıyası).  Bu,  vətəndaşlarm  öz  öhdəliklərinin 
onların  hüquq  və  azadhqlannın  həyata  keçirilməsindən  ayrılmaz  surətdə  yerinə 
yetirilməsində  ifadə  olunur.  Belə  ki,  hər  kəs  ekoloji  hüquq  pozuntusu  ilə  onun 
səhhətinə və ya əmlakma dəymiş zərərin əvəzinin ödənilməsi, sağlam ətraf mühitdə 
yaşamaq,  onun  vəziyyəti  haqqında  düzgün  informasiya  almaq  hüququna  malikdir; 
hamı təbii və ətraf mühiti qorumağa, təbii sərvətlərə qayğı ilə yanaşmağa borcludur 
(AR-nın  Konstitusiyası).  Bu  prinsipə  görə  ekologiyadan  istifadə  sahəsində  hər  bir 
hüquqa müəyyən öhdəlik uyğun gəlməlidir. 
10.
  nandırma  və  məcburetmənin  uzlaşdırdması  prinsipi  -  «əvvəlcə 
inandırmaq  və  yalnız  sonra  məcbur  etmək»  formulunu  əks  etdirir.  Ekoloji  ictimai 
münasibətlər  sahəsində  pozuntuya  görə  məcburetmə  yalnız  məcburi  qaydada 
müəyyən  edilmiş  məsuliyyətə  görə  qəsdən  cinayət  törətmə  və  digər  cinayət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə