Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

Təbiətdən səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərin əsas mənbələri 
bunlardır: 
-
  hər müəssisənin öz şəxsi vəsaitləri; 
-
  müxtəlif səviyyəli büdcə vəsaitləri; 
-
  büdcədən kənar məqsədli fondlar - ehtiyatlar (ehtiyatlar) üzrə ekoloji sığorta 
fondları, habelə özəlləşdirmə prose-sində yaradılmış ekoloji fondlar; 
-
  bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq təşki-latların maliyyə köməyi; 
-
  müxtəlif sahələrdən gələn vəsaitlər və s. 
Ə
traf  mühitin  mühafizəsi  üzrə  fondlar  ətraf  mühitin  mühafizəsində 
təxirəsalınmaz  tədbirlərin,  ona  vurulan  zərərin  aradan  qaldınlmasınm  və 
kompensasiya  verilməsinin,  ətraf  mühitin  mühafızəsi  sahəsində  başqa  tədbirlərin 
maliyyələşdirilməsi  üçün  yaradılır  («Ətraf  mühitin  mühafızəsi  haqqında»  Qanun, 
maddə 27). 
Qanunvericiliyə  görə  ətraf  mühitin  mühafızəsi  sahəsində  dövlət  və  ictimai 
fondlar yaradıla bilər. Dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin 
mühafızəsi  haqqmda  qanunvericiliyin  pozulmasma  görə  alman  cərimolər,  müsadirə 
edilən  ovçuluq  və  balıqçılıq  alətlərinin  və  qeyri-qanuni  əldə  edilən  vasitələrin 
satışından  daxil  olan  vəsaitlər,  qrantlar,  kö-nüllü  ianələr,  habelə  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  başqa  daxilolmalar  hesabına  təşkil 
edilir.  ctimai  fondlar,  yuxarıda  deyildiyi  kimi,  ictimai  birliklərin  və-saiti,  qrantlar, 
fiziki və hüquqi şəxslərin könüllü ianələri, habelə qanunvericiliyə zidd olmayan digər 
daxilolmalar hesabına təşkil edilir. Həmin fondların yaradılması, onlann vəsaitlərinin 
formalaşması və xərclənməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafıq ictimai 
birliklərin təsdiq etdikləri əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir. 
Dövlət  fondunun  vəsaitləri  isə  qanunvericiliyə  görə  aşağıdakı  tədbirlər  üçün 
istifadə edilir: 
1)
  elmi-tədqiqat  işlərinə,  ehtiyatqənaətedici  və  ekoloji  təmiz  texnologiyaların 
tətbiqinə; 
2)
  təbiətin  mühafızəsi  obyektlərinin  təbiətdən  istifadəçilər  tərəfındən  həyata 
keçirilən tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə; 


3)
  ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  zərərin  bərpası  sahəsində 
həyata keçirilən tədbirlərə; 
4)
  çirklənmə və başqa mənfı təsirlər nəticəsində vətəndaşların sağlamlığma və 
ə
traf  mühitə  vurulmuş  zərərin  bərpasına  görə  onlara  müəyyən  edilmiş 
kompensasiyanm verilmə-sinə; 
5)
  ətraf  mühitin  pozulmuş  ekoloji  tarazhğımn  bərpasına,  proqramlann, 
layihələrin, normativ-metodiki sənədlərin işlən-məsinə və həyata keçirilməsinə; 
6)
  ekoloji tərbiyə və təhsilə; 
7)
  xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə; 
8)
  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora  növlərinin  mühafızəsinə  və 
bərpasına; 
9)
  ətraf  mühitin  mühafızəsi  sahəsində  dövlət  orqanlarının  maddi-texniki 
bazasınm yaradılmasına və inkişafma; 
10)ətraf  mühitin  dövlət  monitorinqinin  təşkili  və  keçirilməsinə,  dövlət 
kadastrımn aparılmasma; 
11)ətraf mühitin mühafızəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi 
məqsədi ilə onların maddi stimullaşdırılmasına. 
Qeyd  etməliyik  ki,  keçid  dövründə  təbiəti  mühafızə  tədbirlərinin  büdcədən 
maliyyələşdirilməsi  çox  mürəkkəb  məsələlərdən  birinə  çevrilmişdir.  Ekoloji 
məqsədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə 
həcmi  çox  cüzidir  (0,2-0,3%)  SSR   dövründə  də  təbiəti  mühafızəyə  yönəldilən 
vəsaitin  həcmi  milli  gəlirin  həddən  çox  az  faizini  təşkil  edirdi.  Məsələn,  bu  rəqəm 
bütün  ittifaq  üzrə  0,8-12%,  Pribaltika  respublikaları  üzrə  -  1,5-1,7%,  Gürcüstan  və 
Ermənistan üzrə - 0,7-1,0%, Azərbaycan üzrə isə - 0,3-0,5% təşkil edirdi. Müqayisə 
üçün  qeyd  etmək  lazımdır  ki,  təbiəti  mühafizə  tədbirlərinə  hər  il  ümumi  daxili 
məhsulun  2-3%-i  qə-dər  vəsait  lazımdır.  Buna  baxmayaraq,  müəssisələr  bu 
məq-səd-lə  ayrılan  vəsaitlərdən  səmərəli  istifadə  etmirlər.  Təsadüfi  deyil  ki,  yalnız 
büdcədən  maliyyələşdirilməli  olan  kommunal-məişət  tullantı  sularını  təmizləyici 
qurğuların tikintisi 1994-cü ildə dayandırılmışdır. Gəncədə (gücü 150 min mVgün), 
Ə
li-Bayramlıda (45-50 min m
3
), Sumqayıtda (290 min m
3
), Mingəçevirdə (140 min 


m
3
),  Masallıda  (10  min  m
3
),  Ağdamda  (10  min  m
3
)  və  s.  80-ci  illərdən  tikilən 
təmizləyici  qurğuların  da  tikintisi  dayandırılmışdır.  Bakıda  1972-ci  ildən  tikilən, 
layihə gücü 940 min m
3
 olan təmizləyici qurğunun yalnız birinci növbəsi 600 min m
3
 
gücündə  1990-cı  ildə  təhvil  verilmişdir.  Lakin  o  da  tam  gücü  ilə  işləmir.  Əksər 
şə
hərlərdə,  o  cümlədən  Bakı-da  kanalizasiya  xətlərinin  tam  olmaması  üzündən 
fəaliyyət göstərən 20-dən çox təmizləyici qurğu səmərəsiz işləyir, həm də onlar artıq 
amortazasiya müddətlərini çoxdan başa vurmuşlar. 
Ə
traf mühitin mühafizəsi üzrə Dövlət Fondunda idarəetmənin prinsipləri 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2001-ci  il  22  fevral  tarixli  41 
saylı qərarı ilə təsdiq edilən «Ətraf mühitin mühafızəsi üzrə dövlət fondu haqqmda» 
(bundan  sonra  -  fond)  Əsasnamə  «Ətraf  mühitin  mühafızəsi  haqqında»  Azərbaycan 
Respublikasmm Qanununa uyğun olaraq hazırlanmışdır. 
Fondun yaradılmasmda əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz 
tədbirlərin  görülməsi,  ona  vurulan  zərərin  aradan  qaldırılması,  ekoloji  cəhətdən 
səmərəli  yeni  layihə  texnologiyalarının  işlənilməsi,  tətbiqi,  təbii  ehtiyatlardan 
səmərəli istifadə olunması, təbiəti mühafızənin iqtisadi stimullaşdırma məsələlərinin 
həllini  təmin  etməkdən,  habelə  ətraf  mühitin  mühafızəsi  sahəsində  digər  tədbirlərin 
maliyyələşdirilməsindən ibarətdir. 
Fond aşağıdakıların hesabma formalaşır: 
-
  ətraf  mühitin  mühafizəsi  haqqında  qanuvericiliyin  pozulmasına  görə  alınan 
cərimələrin; 
-
  təbiətdən istifadəyə görə öədəmələrin; 
-
  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  müsadirə  edilən  ovçuluq  və 
balıqçılıq  alətlərinin,  qeyri-qanuni  əldə  edi-lən  məhsullann  satışından  daxil  olan 
vəsaitlərin; 
-
  dövlət,  qeyri-dövlət  təhkilatlarmdan,  fıziki  və  hüquqi  şəxslər  tərəfındən 
könüllü olaraq ödənilən ianələrin; 
-
  Azərbaycan  Respublikasımn  qanunvericiliyinə  zidd  olmayan  başqa 
daxilolmaların. 
Fondun  vəsaiti  Maliyyə  Nazirliyinin  Mərkəzi  Xəzinədarlığında  toplanır  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə