273
toxumçuluq üçün daha qorxulu olduğunu müəyyən etmək
çətindir. Mutantlar özlərinin çətinliklə seçilən dəyişiklikləri ilə
fərqlənir. Onların morfoloji və bioloji xüsusiyyətlərinə görə
kəskin fərqlənsələr də, fizioloji xassələri ilə əsas sortdan seçil-
mirlər. Bu cür spontan mutasiyalar başqa bitkilər ilə tozlan-
dıqları üçün toxumu pisləşdirir.
Xəstəliklərə qarşı immunitetin azalması. Sortun yaradıl-
ması prosesində müxtəlif xəstəliklərə (göbələk, bakteriya və s.)
qarşı daimi seçmə aparıldığına görə onlarda güclü immunitet
yaranır. Lakin bəzən bu xəstəliklərdən törəmiş başqa törədici-
lərin fəaliyyət zonasına düşür və sortun xəstəliklərə qarşı
davamlılığı azalır.
Sortun ekoloji depressiyası. Sortlar təbiətinə görə geniş
ekoloji plastikliyə və yaxud az plastikliyə malik olur. Birincilər
müxtəlif ekoloji şəraitlərdə və zonalarda yüksək məhsul verə
bilir. Əgər sortu əhatə edən mühitlə onun biologiyası arasında
müəyyən uyğunluq yoxdursa, onda bitki orqanizminin fizioloji
funksiyası pozulur və depressiyası baş verir. Nəticədə məhsul-
darlıq və məhsulun keyfiyyəti xeyli azalır. Ona görə də hər
sortun toxumçuluğu üçün optimal zonalar seçilməlidir.
Payızlıq buğda əkinlərində bizim respublikada ən geniş ya-
yılan növ qarışığı yabanı vələmir və payızlıq çovdardır. Sort-
laşdırma və təmizləmə vaxtı çovdar buğda dənindən, yabanı
vələmir isə arpadan çox çətinliklə ayrılır. Əkin dövriyyəsinə
əməl etməklə bu cür qarışığa yol verməmək lazımdır. Növ
alağına əsasən sünbülləmədən sonra, qarışıqları asanlıqla ayırd
etmək mümkün olduqda başlayırlar.
Sort alağını o vaxt aparmaq mümkün olur ki, bitkilərin artıq
sort əlamətləri formalaşır və onları asanlıqla bir-birindən fərq-
ləndirmək mümkün olur. Arpa və buğda əkinlərində sort
alağını sünbülləmədən sonra aparmağa başlayırlar. Çünki bu
vaxt qarışıqların qılçıqlı və qılçıqsız olması bilinir. Əsas sort
alağını isə sünbülün rənginə görə seçmək mümkün olduqda
aparılır.
274
Sort alağı aparan zaman, həmçinin digər alaqlar və xəstə
bitkilər də əkin sahəsindən kənara çıxarılaraq məhv edilməlidir.
Çətin ayrılan mədəni bitkilər yazlıq buğda əkinlərində mədəni
arpa və payızlıq çovdar, payızlıq çovdar əkinlərində buğda və
arpa, arpa əkinlərində buğda, vələmir və yabanı vələmir sayılır.
Sort alağını aparan zaman aşağıdakı xəstəliklərə tutulmuş
bitkilər xüsusi diqqətlə təmizlənməlidir: bərk və tozlu sürməyə
tutulmuş payızlıq arpa və buğdalar; gövdə pası xəstəliyi olan
payızlıq çovdar; tozlu sürməyə tutulmuş vələmir və darı.
Sort və növ alağı edilib qurtardıqdan sonra yığımqabağı
bütün sort əkinləri təlimat əsasında aprobasiya edilir.
Əkinlərdə növ və sort alaqlarının, eləcə də cins əkinlərdə
aprobasiyanın vaxtında və düzgün aparılması yetişdirilən
toxumun keyfiyyətini yüksəltməyin əsas üsullarıdır.
275
XVIII FƏSİL
TOXUMÇULUQDA NƏZARƏT
Nəzarətin növləri. Sort toxumlar kənd təsərrüfatı istehsa-
latında əsas vəsait hesab olunur. Kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığı və keyfiyyəti əsasən toxumun keyfiyyətindən
asılıdır. Toxum materialında başqa qarışıqlar olmamalıdır və o,
yüksək cücərmə qabiliyyətinə, həmçinin sağlam, zərərverici və
xəstəliklərə tutulmayan, cins keyfiyyətinə malik olmalıdır.
Toxumun təmiz sortluluq dərəcəsi və birtipliyi onun sort
keyfiyyətini təşkil edir. Ona görə də toxumçuluq işi elə təşkil
edilməlidir ki, çoxalma zamanı yaxşı toxum almaq mümkün
olsun.
Toxumlar kütləvi çoxalma zamanı, daşındıqda və saxlandıq-
da əkin keyfiyyətinin saxlanması çox çətindir. Ticarət sistemi
və bazarlardan toxum satılması ilə əlaqədar olaraq bir əmtəə
kimi onun cücərmə qabiliyyəti, zibilliyi, rütubətlik dərəcəsi
üzərində nəzarət etməyə ehtiyac gəlir.
Rayon toxum-nəzarət laboratoriyasının vəzifəsi toxumun
səpin keyfiyyəti üzərində bilavasitə nəzarət etməkdən ibarətdir.
Bununla yanaşı olaraq rayon toxum-nəzarət laboratoriyası
toxum məhsulu anbarda saxlandıqda toxumçuluq sənədləri və
tədarük məntəqələri üzərində yoxlama aparır. “Toxum keyfiy-
yət şəhadətnaməsi” verir, toxumun səpin üçün yararlı olmasını
müəyyən edir. Karantin müfəttişliyinin vəzifəsi karantin alaq
otlarının toxumu, zərərverici və xəstəliklər üzərində nəzarət
etməkdən ibarətdir, həmçinin xaricdən gətirilən toxumlar
üzərində xarici karantin nəzarət aparır.
Hal-hazırda Azərbaycanda toxum üzərində dövlət və təsər-
rüfat tərəfindən nəzarət aparılır. Dövlət nəzarəti fermer təsər-
rüfatı və seleksiya-təcrübə idarələrində kənd təsərrüfatı bitkiləri
toxumlarının keyfiyyəti üzərində aparılan tədbirlər sistemindən
ibarətdir. Dövlət nəzarətinin bilavasitə vəzifəsi fermer təsər-
276
rüfatlarının ayırdığı toxum materiallarının səpin və cins key-
fiyyətini müəyyən etməkdən ibarətdir.
Dövlət nəzarəti iki formada olur:
1. Sort əkinlərdə bitkilər kökü üzərində olarkən aparılan
nəzarət-bu tarla aprobasiyasıdır.
2. Toxum nəzarəti –dövlət toxum-nəzarət laboratoriyaları
ilə toxumların saxlanması, tədarükü və planlı istifadəsi zamanı
sort və səpin keyfiyyəti üzərində olan nəzarətdir.
Toxum üzərində dövlət nəzarətindən başqa, təsərrüfatdaxili
nəzarət də aparılır.
Təsərrüfatdaxili nəzarətin vəzifəsi daim toxumçuluğun tex-
nikası və aqrotexnikası üzərində nəzarət etmək, toxumun sort
zibillənməsinin, cırlaşmasının və səpin keyfiyyətinin aşağı
düşməsinin qarşısını almaqdan ibarətdir. Bu nəzarət düzgün
aparılmazsa, toxumçuluq işinə və təsərrüfata böyük ziyan vura
bilər.
Təsərrüfatdaxili nəzarət, toxumçu aqronom, fermer təsərrü-
fatının idarə heyəti, müdiriyyəti və digər məsul işçiləri tərəfin-
dən aparılır. Təsərrüfatdaxili nəzarət zamanı orta nümunənin
düzgün götürülməsinə, aprobasiyanın aparılmasına, toxumçu-
luq sahələrinin ayrılmasına və bu sahələrdə toxumçuluğun
aqrotexnikasına əməl edilməsinə nəzarət edilir.
Təsərrüfatdaxili nəzarət zamanı, xüsusilə toxumçuluq
sənədlərinin tərtib edilməsinə diqqət edilməlidir.
Sortun saflılığını və təmizlik dərəcəsini təyin etmək üçün üç
üsuldan: laboratoriyada yoxlamaq, tarlada yoxlamaq və tarla
aprobasiyasından istifadə edilir, hər üç üsul bir-birini tamam-
layır.
Sortun laboratoriyada yoxlanması. Bu yoxlamada məqsəd
toxumların və cücərtilərin əlamətlərinə görə toxumun
sortluluğunu müəyyən etməkdir. Bu üsul toxum qrupunun
əlavə yoxlanmasına imkan verir.
Laboratoriya üsulunda sortlar cücərmə konuslarına görə,
birinci yarpaqların və yarpaq qınının tüklülüyünə görə yazlıq
Dostları ilə paylaş: |