Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə58/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   54   55   56   57   58   59   60   61   ...   115

 
 
 104
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
20 Yanvar Faciəsi Azərbaycan Mətbuatinda (1990-2000) 
Aynurə Niyaz qızı Paşayeva 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, Bakı şəhəri, 
aynure8@mail.ru 
Azərbaycanın  azadlığı  və  ərazi  bütövlüyü  uğrunda  mübarizə  tarixinə  qəhrəmanlıq  səhifəsi  kimi  daxil 
olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər 
salnaməsidir.  1980-ci  illərin  sonunda  Azərbaycanda  başlanan  siyasi  oyanış  sovet  rəhbərliyini   ciddi  narahat 
edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Ümumilli 
lider  Heydər  Əliyev  1987-ci  ilin  oktyabr  ayında  erməni  lobbisinin  təzyiqi  ilə  keçmiş  Sov.İKP  MK-nın  Siyasi 
Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra 15 
yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçov “DQMV və bəzi başqa rayonlar-
da fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamış, 15-17 yanvar tarixində SSRİ rəhbərliyi Bakının 
ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir.  İkinci dəfə SSRİ Ali Sovetinin 
Rəyasət  Heyəti  Azərbaycan  SSR  Ali  Sovetinin  razılığı  olmadan  yanvarın  20-də  saat  00-dan  “Bakı  şəhərində 
fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. Lakin həmin dövrdə xalqın mətbuata daha böyük 
ehtiyac duyduğu zamanda yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının 
enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Bakı şəhərində 20 
Yanvar saat 00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər 
saat 5:30-da radio ilə elan olunmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-
nə keçən gecə gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla 
birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir. 
Açar sözlər: 20 Yanvar, faciə, mətbuat, publisistika, Heydər Əliyev. 
 
 
 
 
 
 


 
 
 105
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Cümhuriyyət  Nəğməkarı  Ə.Cavadın “Səslı Qız”  Əsərındə Tarıxı Reallığın  Metaforık 
Təqdımi 
Afaq Xəlil qızı Yusifli 
Gəncə Dövlət Universiteti 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
yusifli.afaq@mail.ru 
Xülasə 
Məqalə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  nəğməkarı  Ə.Cavadın  “Səsli  qız”  poemasının  təhlilinə  həsr 
olunmuşdur.  Poemada  tarixi  keçmişimizin  metaforik  əksinə  dair  faktlar  analiz  edilmiş,  müqayisələr 
aparılmışdır.Danılmaz  faktdır  ki,  Azərbaycanın  işğalı  və  azadlıq  mübarizəsi   haqqında  yazılmış  ən  maraqlı 
əsərlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin nəğməkarı Əhməd Cavadın “Səsli qız” əsəridir. “Səsli qız”ın 
hansı janrda yazıldığına dair mübahisə və təxminlərə akademik B.Nəbiyev son qoyaraq belə yazmışdır: ”Mənim 
qənaətimə görə “Səsli qız” mükəmməl süjet əsasında qurulmuş epik poema...dır”.Təxminən 780 misradan ibarət 
olan  poema  1928-1929-cu  illərdə  qələmə  alınmış,  “tarixi  keşmişə  müraciətlə”  yazıldığından  tədris  və  ədəbi 
təhlildən uzun müddət kənarda qalmışdır. “Səsli qız” sanki məkandan və zamandan qəsdən məhrum edilib, kifayət 
qədər şəffaf işarələrin olmasına baxmayaraq poemadakı qanlı işğal səhnələrini istənilən məkana və zamana aid 
etmək 
olar. 
Poemadakı  işarələr  və  faktlar  həddindən  artıq  şəffafdır:  “seyrək  saqqallı”  Xaqan  Ağa  Məhəmməd  şah 
Qacar,  “zavallı məğlub ölkə”  isə Qarabağ xanlığıdır və əslində geniş proyeksiyada bütünlükdə XX əsrin 20-ci 
ilində 
işğal 
olunmuş, 
lakin 
“yüksələcəyinə” 
inam 
ifadə 
olunmuş  
Azərbaycandır. 
Cümhuriyyətin süqutundan sonra 28 mayın 28 aprellə əvəz olunması və Azərbaycanın işğalı gününün uzun illər 
məcburi  bayram  edilməsi  poemada  çox  ətraflı  əks  olunur.  Bizim  fikrimizcə,  tarixi  metaforik  şəkildə 
obrazlaşdıran  və  Ə.Cavadın bədii yaradıcılıqla məşğul olduğu dövrdə çox dəbdə olan Qacar mövzusunun “Səsli 
qız”  poeması  üçün  bir  leytmotiv  olaraq  seçilməsi  bu  mövzuya  müraciət  edən  digər  sənətkarlarda  olduğu 
kimi   yaşadıqları   tarixi  kəsimdə  işğal  və  haqsızlıqlara  etiraz  ifadə  etməyin   bir  yolu  olmuşdur.  Ümumiyyətlə, 
Qacar dönəmini canlandıran, təxminən  eyni ədəbi epoxaya  aid  olan  əsərlərdə  tarixi keçmişin  müasir  mühitə 
inkorporasiyası baş verir ki, bu da həmin tipli əsərlərin müqayisəli şəkildə və geniş tədqiqinə ehtiyac olduğunu 
göstərir. 
 
Açar sözlər: azadlıq, işğal, Qacar, metafor 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə