207
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Müasir Şəraitdə İqtisadi Təhlükəsizliyin Qiymətləndirilməsi Məsələləri
Eyvazov Elçin Təhməz oğlu
Azərbaycan Dövlət İqtisad Universiteti
“İqtisadiyyat” fakültəsi dekan müavini “Ticarət və gömrük işi” kafedrası
i.ü.f.d. dosent
unec.iqtisad030@gmail.com
Xülasə
Tədqiqatın məqsədi - Beynəlxalq mühitdə baş verən dəyişikliklər, qlobal inkişaf, dünya birliyi
ölkələrinin siyasi, iqtisadi və hərbi münasibətləri sahəsində yeni yanaşmaların vüsət alması şəraitində ölkənini
iqtisadi təhlükəsizliyinini təmin edilməsi məqsədilə iqtisadi təhlükəsizliyinin tələblərinə cavab verən meyarların
və parametrlərin müəyyən edilməsi, iqtisadi ytəhlükəsizliyə təsir edən komponentlərin aşkarlanması və qlobal
iqtisadi dəyişiklərə milli iqtisadiyyatın verəcəyi reaksiyaların tədqiqi.
Tədqiqatın metodologiyası - statistik qruplaşdırma, sistemli yanaşma, müqayisəli təhlil,
qiymətləndirmə.
Tədqiqatın nəticələri - Azərbaycanın dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlkəsizliyini
təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən
səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın
güclü şəkildə təşviq edilməsi ilə sıx bağlıdır. Həmçinin, ölkədə yaranmış hazırkı şərait isə neftdənkənar
iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni
nəsil islahatlar həyata keçirilməsini daha da aktuallaşdırır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-
neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya
qoyuluşunun sürətləndirilməsi, yerli xammal resurslarının səmərəli şəkildə dövriyyəyə cəlb olunması, sənaye və
kənd təsərrüfatının inkişaf etdirilməsi, liberal bilik iqtisadiyyatının yaradılması respublikamızın iqtisadi
təhlükəsizliyinin təmin olunmasının başlıca şərtlərindəndir.
Tədqiqatın praktiki əhəmiyyəti- qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli
istehsalın güclü şəkildə təşviq edilməsi,neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq
edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilməsi,Azərbaycanda
iqtisadiyyatın şaxələndirilməsi iqtisadi təhlükəsizliyin təmin edilməsində əsas şərtdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - . Ölkənin iqtisadi təhlükəsizliyi iqtisadi fəaliyyət sferaları
və sahələrindən asılı olaraq əsasən vacib amillərə xüsusi diqqət yetirilməsini ön plana çəkir:iqtisadi
təhlükəsizliyin təmin edilməsi və daxili bazarın qorunması mexanizminin səmərəliliyinin artırılması və təkmil-
ləşdirilməsi baxımından Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının
təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi
məsələlərini zəruriləşdirir.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, iqtisadi təhlükəsizlik, təhlükəsizlik me-yarları, təhlükəsizlik
parametrləri, iqtisadi təhlükəsizliyinin komponentləri
208
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Rus Dilinin Tədrisində Əyanə Vəsaitlərin İstifadəsi Və Onlarla İş Teşkilinin Prinsipləri
Cəvahirxanım MƏMMƏDOVA
Azerbaycan Devlet İktisat Üniversitesi-UNEC
valida1956@list.ru
Məqalədə deyilir ki, əyani tədris vəsaitləri nəzəri materialın qavramasını asanlaşdırır, onun tez yadda
qalmasıni təmin edir,dərsdə maraqı artırır, tədris alanların iş qabiliyyətini artırır. Nitq qabiliyyətinin dörd
növünün biri-biri ilə bağlı olması (dinləmə, danışma, oxu, yazı) şifahi və yazılı formasını nəzərə alaraq dialoq və
monoloq, həcminin hər bir ali təhsil müəssisəsində keçirilən fənnin dil vərdişlərinin formalaşmasına və nəzəri
məzmunun mənəmsənilməsini həyata keçirir.
Tələbələr rus dili haqqında nə qədər çox məlumat əldə etsələr, bir o qədər bu dilin zənginliyi onlara aydın
olur və rus dilinin tədrisində əsas məsələlərdən biri düzgün ədəbi tələffüzü öyrətməkdir.
Tədris, Rus Dili,Əyanə Vəsait, Prinsiplər
209
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Petrol ve Petrol Sonrasında Azerbaycan Ekonomisi
Müşrəvan ƏLİYEV
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosenti,
musrevan.aliyev@mail.ru
ÖZET
Tədqiqatın məqsədi: Respublikada neft dövrünün iqtisadi mənzərəsinin təhlili və post-neft dövrünün
iqtisadi problemlərinin təhlili, “Əsrin müqaviləsi”nin nəticələri və “Yeni əsrin müqaviləsi”nin perspektivlərinin
öyrənilməsi;
Tədqiqatın metodologiyası: ümumiləşdirmə, qruplaşdırma, sistemli yanaşma;
Tədqiqatın nəticələri: neft iqtisadi dövrünün respublikanın sosial-iqtisadi inkişafına müsbət təsiri ilə
yanaşı iqtisadi difersifikasiyaya və qeyri-neft sektorunun inkişafına, neft gəlirlərinin insan kapitalına çevrilməsi
təcrübəsinə əsaslanaraq “Yeni əsrin müqaviləsi”nin reallaşması prosesində də bu tendensiyaların davam
etdirilməsi;
Tədqiqatın məhdudiyyətləri: tədqiqat metodologiyalarının istifdəsində müəyyən çətinliklər əldə olunan
nəticələrə az da olsa təsir etmişdir;
Tədqiqatın orijinallığı və elmi yeniliyi: neft ixrac edən ölkələrdə və o cümlədən Azərbaycanda neft
gəlirlərinin sosial-iqtisadi inkişafa təsirinin kompleks təhlili;
Tədqiqatın praktik əhəmiyyəti: müasir dünyada baş verən maliyyə və iqtisadi böhranlar fonunda neft
gəlirlərinin və o cümlədən Yeni əsrin müqaviləsi”nindən əldə olunacaq neft gəlirlərinin səmərəliliyinin
artırılmasında nəzərə alınması;
Açar sözlər: neft və post neft dövrü, iqtisadi difersifikasiya, qeyri-neft sektoru, manatın devalivasiyası.
Dostları ilə paylaş: |