Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə105/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   101   102   103   104   105   106   107   108   ...   115

 
 
 207
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Müasir Şəraitdə İqtisadi Təhlükəsizliyin Qiymətləndirilməsi Məsələləri 
Eyvazov Elçin Təhməz oğlu  
Azərbaycan Dövlət İqtisad Universiteti 
“İqtisadiyyat” fakültəsi dekan müavini  “Ticarət və gömrük işi” kafedrası                                                         
  i.ü.f.d. dosent   
unec.iqtisad030@gmail.com 
 
 
           
Xülasə 
         Tədqiqatın  məqsədi  -  Beynəlxalq  mühitdə  baş  verən  dəyişikliklər,  qlobal  inkişaf,  dünya  birliyi 
ölkələrinin siyasi, iqtisadi və hərbi münasibətləri sahəsində yeni yanaşmaların vüsət alması şəraitində ölkənini 
iqtisadi təhlükəsizliyinini təmin edilməsi məqsədilə iqtisadi təhlükəsizliyinin tələblərinə cavab verən meyarların 
və  parametrlərin  müəyyən edilməsi,  iqtisadi  ytəhlükəsizliyə  təsir  edən komponentlərin  aşkarlanması  və  qlobal 
iqtisadi dəyişiklərə milli iqtisadiyyatın verəcəyi reaksiyaların tədqiqi.   
       Tədqiqatın  metodologiyası  -  statistik  qruplaşdırma,  sistemli  yanaşma,  müqayisəli  təhlil, 
qiymətləndirmə. 
        Tədqiqatın nəticələri - Azərbaycanın dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlkəsizliyini 
təmin etmək  üçün ilk növbədə  daxili  resurslara istinad edərək  müəyyənləşdirdiyi  iqtisadi  inkişaf  modelinin ən 
səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın 
güclü  şəkildə  təşviq  edilməsi  ilə  sıx  bağlıdır.  Həmçinin,  ölkədə  yaranmış  hazırkı  şərait  isə  neftdənkənar 
iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni 
nəsil islahatlar həyata keçirilməsini daha da aktuallaşdırır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-
neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya 
qoyuluşunun sürətləndirilməsi, yerli xammal resurslarının səmərəli şəkildə dövriyyəyə cəlb olunması, sənaye və 
kənd  təsərrüfatının  inkişaf  etdirilməsi,  liberal  bilik  iqtisadiyyatının  yaradılması  respublikamızın  iqtisadi 
təhlükəsizliyinin təmin olunmasının başlıca şərtlərindəndir.  
           Tədqiqatın  praktiki  əhəmiyyəti-  qeyri-neft  sektorunun  üstün inkişafının təmin  olunması  və yerli 
istehsalın güclü şəkildə təşviq edilməsi,neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq 
edilməsinə  və  stimullaşdırılmasına  rəvac  verən  yeni  nəsil  islahatlar  həyata  keçirilməsi,Azərbaycanda 
iqtisadiyyatın şaxələndirilməsi iqtisadi təhlükəsizliyin təmin edilməsində əsas şərtdir. 
            Tədqiqatın orijinallığı və elmi yeniliyi - . Ölkənin iqtisadi təhlükəsizliyi iqtisadi fəaliyyət sferaları 
və  sahələrindən  asılı  olaraq  əsasən  vacib  amillərə  xüsusi  diqqət  yetirilməsini  ön  plana  çəkir:iqtisadi 
təhlükəsizliyin təmin  edilməsi  və  daxili  bazarın  qorunması mexanizminin  səmərəliliyinin  artırılması və təkmil-
ləşdirilməsi baxımından  Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının 
təmin  edilməsi,  rəqabətqabiliyyətliliyin  artırılması  və  bu  sahəyə  investisiya  qoyuluşunun  sürətləndirilməsi 
məsələlərini zəruriləşdirir. 
Açar  sözlər:  Azərbaycan  iqtisadiyyatı,  iqtisadi  təhlükəsizlik,  təhlükəsizlik  me-yarları,  təhlükəsizlik 
parametrləri, iqtisadi təhlükəsizliyinin komponentləri 
 
 
 
 
 
 
 
 


 
 
 208
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Rus Dilinin Tədrisində Əyanə Vəsaitlərin İstifadəsi Və Onlarla İş Teşkilinin Prinsipləri 
Cəvahirxanım MƏMMƏDOVA 
Azerbaycan Devlet İktisat Üniversitesi-UNEC 
valida1956@list.ru 
 
Məqalədə deyilir ki, əyani tədris vəsaitləri nəzəri materialın qavramasını asanlaşdırır, onun tez yadda 
qalmasıni  təmin  edir,dərsdə  maraqı  artırır,  tədris  alanların  iş  qabiliyyətini  artırır.  Nitq  qabiliyyətinin  dörd 
növünün biri-biri ilə bağlı olması (dinləmə, danışma, oxu, yazı) şifahi və yazılı formasını nəzərə alaraq dialoq və 
monoloq, həcminin hər bir ali təhsil müəssisəsində keçirilən fənnin dil vərdişlərinin formalaşmasına və nəzəri 
məzmunun mənəmsənilməsini həyata keçirir. 
Tələbələr rus dili haqqında nə qədər çox məlumat əldə etsələr, bir o qədər bu dilin zənginliyi onlara aydın 
olur və rus dilinin tədrisində əsas məsələlərdən biri düzgün ədəbi tələffüzü öyrətməkdir. 
Tədris, Rus Dili,Əyanə Vəsait, Prinsiplər 
 
 


 
 
 209
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Petrol ve Petrol Sonrasında Azerbaycan Ekonomisi 
 
Müşrəvan ƏLİYEV 
Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosenti, 
musrevan.aliyev@mail.ru  
 
 
 
ÖZET 
Tədqiqatın  məqsədi:  Respublikada  neft  dövrünün  iqtisadi  mənzərəsinin  təhlili  və  post-neft  dövrünün 
iqtisadi problemlərinin təhlili, “Əsrin müqaviləsi”nin nəticələri və “Yeni əsrin müqaviləsi”nin perspektivlərinin 
öyrənilməsi; 
Tədqiqatın metodologiyası: ümumiləşdirmə, qruplaşdırma, sistemli yanaşma; 
Tədqiqatın  nəticələri:  neft  iqtisadi  dövrünün  respublikanın  sosial-iqtisadi  inkişafına  müsbət  təsiri  ilə 
yanaşı iqtisadi difersifikasiyaya və qeyri-neft sektorunun inkişafına, neft gəlirlərinin insan kapitalına çevrilməsi 
təcrübəsinə  əsaslanaraq  “Yeni  əsrin  müqaviləsi”nin  reallaşması  prosesində  də  bu  tendensiyaların  davam 
etdirilməsi;  
Tədqiqatın məhdudiyyətləri: tədqiqat metodologiyalarının istifdəsində müəyyən çətinliklər əldə olunan 
nəticələrə az da olsa təsir etmişdir; 
Tədqiqatın  orijinallığı  və  elmi  yeniliyi:  neft  ixrac  edən  ölkələrdə  və  o  cümlədən  Azərbaycanda  neft 
gəlirlərinin sosial-iqtisadi inkişafa təsirinin kompleks təhlili; 
Tədqiqatın praktik əhəmiyyəti:  müasir dünyada  baş  verən maliyyə və iqtisadi  böhranlar fonunda neft 
gəlirlərinin  və  o  cümlədən  Yeni  əsrin  müqaviləsi”nindən  əldə  olunacaq  neft  gəlirlərinin  səmərəliliyinin 
artırılmasında nəzərə alınması; 
Açar sözlər: neft və post neft dövrü, iqtisadi difersifikasiya, qeyri-neft sektoru, manatın devalivasiyası. 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə