Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə104/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   100   101   102   103   104   105   106   107   ...   115

 
 
 205
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Bu dövrdə A.Qurbanovun S.Vurğunun "Vaqif" pyesinin dili və üslubu»  adlı namizədlik dissertasiyasında, 
qiyabi oxuyan tələbələr üçün «Müasir Azərbaycan dilinin frazeologiyası" [10] adlı metodiki göstərişdə və «Müasir 
Azərbaycan ədəbi dili" kitabında frazeologiyadan geniş bəhs edilmişdir.  
Frazeologiyanın tədqiqi M.Məmmədovun "N.Nərimanovun nəsr əsərlərinin leksikası və frazeologiyası"  
adlı  namizədlik  dissertasiyasında  da  öz  əksini  tapmışdır.  Müəllif  dissertasiyanın  ikinci  fəslini  bütünlüklə 
frazeologiyaya həsr etmiş, burada N.Nərimanovun nəsr əsərlərində işlənən frazeoloji vahidlərin morfoloji növü, 
o cümlədən feili frazeoloji vahidlər haqqında ətraflı danışmış və onların üslubi xüsusiyyətlərini göstərmişdir.  
Görkəmli  leksikoqraf-alim  Ə.Orucov  "Azərbaycan  dili  filoloji  izahlı  lüğətinin  nəzəri  əsasları" 
monoqrafiyasında  müasir  dilimizin  frazeologiyasına  toxunaraq  yazır:  "…  frazeologiyanın  əhatə  dairəsi  daha 
genişdir. Frazeologiya dedikdə, dildə olan sabit söz birləşmələrinin hamısı nəzərdə tutulur. Frazeologiyaya eyni 
zamanda, məsəllər, atalar sözləri, klişe halını almış tərkiblər, aforizmlər və s. də daxildir". 
Bütün bu görülən işlər Azərbaycan dili frazeologiyasına marağı daha da artırmış, yeni-yeni problemlər 
meydana çıxmışdır. Bununla da, frazeologiyada yaranmış problemlər aparılan tədqiqat işlərində ətraflı şəkildə 
araşdırılaraq təhlil edilmişdir. 
Belə tədqiqat işlərindən biri K.Əliyevin "Bədii ədəbiyyatda frazeologiyanın üslubi xüsusiyyətləri" [4
] adlı 
namizədlik dissertasiyasıdır.  
Azərbaycan dilçiliyində mötəbər (dəyərli) frazeoloji tədqiqatlardan biri də N.Rəhimzadənin "Azərbaycan 
dilində  idiomatik  ifadələr"  [7]  adlı  namizədlik  dissertasiyasıdır.  N.Rəhimzadə  burada  idiomatik  ifadələrin 
əmələgəlmə yollarını, onların məna növlərini, morfoloji əlamətlərinə görə təsnifini, üslubi xüsusiyyətlərini və s. 
məsələləri müəyyənləşdirməyi bir vəzifə kimi qarşısına məqsəd qoymuşdur.  
H.Bayramov  bütün  araşdırmalarına,  demək  olar  ki,  «Azərbaycan  dili  frazeologiyasının  əsasları"  [1] 
monoqrafiyası ilə yekun vurmuşdur. Əsər üç fəsildən ibarət olmaqla Azərbaycan dili frazeologiyasının ümumi 
məsələlərini, Azərbaycan dili frazeologiyasının strukturunu və Azərbaycan dili frazeologiyasının məna quruluşunu 
əhatə  edir.  Frazeologiyaya  həsr  edilmiş  əsərlərdən  biri  də  H.Həsənovun  "Azərbaycan  dilinin  frazeologiyası" 
əsəridir. Elmi-metodiki göstəriş kimi nəşr olunan bu kitab diqqətəlayiqdir. "Müasir Azərbaycan dili" proqramına 
uyğun yazılmış həmin əsərin məqsədi vəsaitdə yazıldığı kimi, "qiyabiçi tələbələrdə frazeologizmlər barədə düzgün 
təsəvvür yaratmaq, … frazeologizmlərin proqram həcmində mənimsənilməsinə düzgün istiqamət vermək və mövzu 
ilə bağlı olan mövcud ədəbiyyata tələbələrin diqqətini cəlb etməkdir". 
Ağamusa Axundov "Ümumi dilçilik" kitabında frazeologiya məsələlərindən bəhs edərkən, dilçilik elmində 
iki  qrup  söz birləşmələrinin  olduğunu  göstərir:  sərbəst  və qeyri-sərbəst  söz  birləşmələri  (sabit və  qeyri-sabit) 
terminlərini  işlədir.  Sonra  müəllif  bunları  aşağıdakı  kimi  fərqləndirir:  "Sərbəst  və  yaxud  qeyri-sabit  söz 
birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olsun, morfoloji və 
sintaktik cəhətdən üzvlərə ayrılsın. Belə söz birləşmələrini qrammatikanın sintaksis şöbəsi öyrənir”.  
Frazeoloji birləşmələr dilin tarixi inkişafı prosesində yaranmış və sabitləşmişlər. Ünsiyyət prosesində 
bunlardan hazır şəkildə istifadə edilir. Belə birləşmələri yaradan sözlər öz əvvəlki mənalarından az və ya çox 
dərəcədə uzaqlaşır. Frazeoloji birləşmələrin tərkib hissələri əlaqələnərək ümumi bir məna fonu əmələ gətirir. Yəni 
tərkib  hissələrinə  ayrılıqda  xas  olan  mənalar  birləşmədə  itir.  Həmin  hissələr  vahid  məcazi  məna  bildirir.  Bu 
cəhətdən frazeoloji vahidlərin tədqiqata cəlb edilməsi bu gün də öz aktuallığını saxlayir. 
Açar sözlər: türkologiya, frazeologiya, dilçilik, tədqiqat, əsər. 
 
 


 
 
 206
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Stok Alım-Satım Kayıt İşlemlerinin Azerbaycan Ve Türkiye Tek Düzen Hesap Planı 
Açısından Karşılaştırılması 
Turan AHMADOV 
UNEC - Azerbaycan Devlet İktisat Universitesi 
ahmedovturan@gmail.com 
 
Azerbaycan  bağımsızlığını  kazandıktan  sonra  piyasa  ekonomisine  geçiş  sürecine  başlamıştır.  Geçiş 
süresinde birçok alanda olduğu gibi muhasebe alanında da bir sıra değişiklikler yapılmıştır. Bu değişikliklerin 
yapılmasında  temel  nedeni  uluslararası  düzeyde  karşılaştırılabilir,  güvenilir  ve  zamanlı  finansal  bilgileri 
hazırlayıp, ilgili kullanıcılara sunarak, onların karar vermelerine yardımcı olmaktır. 2004 yılında kabul edilen 
Muhasebe  Hakkında Kanun  ve  2008 yılında  başlatılan CAPSAP  (Corparate  and Public  Sector Accountability 
Project)  devlet  programı  ile  muhasebe  sisteminin  dönüşüm  süreci  hız  kazanmış  ve  uluslararası  standartlarla 
uyumlu  muhasebe  uygulamaları  geliştirilmiştir.  Stoklar  bir  işletmenin  en  önemli  varlıkları  arasında  yer 
almaktadırlar.  Stoklara  ait  doğru,  güvenilir  muhasebe  kayıt  sisteminin  oluşturulması,  işletmelerde  stok 
kullanımının takibi açısından önemlidir. İster bir yıl içerisinde kullanmak ister tüketmek, isterse de daha sonra 
satmak amacıyla edinilmiş olsun tüm stoklar her iki hesap planında (Azerbaycan ve Türkiye) tek grup halinde 
toplanmıştır.  Muhasebe  kayıt  işlemlerinin  karşılaştırılması  geniş  konu  olduğundan  burada  karşılaştırma  kâr 
amacı güden, yani ticari şirketler açısından yapılmıştır. Bu nedenle Azerbaycan`da özel ve devlet kurumları için 
farklı  hesaplar  planı  olduğundan karşılaştırmaya esas  gibi  ticari  şirketler için  hazırlanmış  hesaplar  planı  ele 
alınmıştır. 
Azerbaycan, Türkiye, Tek Düzen Hesap Planı, Stoklar 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə