Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə24/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Heç özü də bilmədən 

əsl əsgər  

qurtula bilməyir güllədən. 

 

*ilk baxışda bu şer mövzunu tam əhatə etməyən kimi görsənir. 

Amma Qarabağ uğrunda döyüşlərdə «əsl əsgər» kimi 

qəhrəmancasına  

həlak olan, ölümü ilə ən gözəl şerini yazan  Nizami Aydının 

(həmçinin Ülvi 

 Bünyadzadənin və Alı Mustafayevin) adı bu topluda olmasaydı, 

mən özümü  

 narahat və toplunu yarımçıq hesab edərdim. 

                                                                                                              

(Tərtibçi) 

 

 

ÜLVİ  BÜNYADZADƏ 

 

 

VƏTƏN  ÜÇÜN  ÖLMƏLİYİK 

 

Biz öz ömür sazımızda 

« Dilqəmi »ni bilməliyik. 

Leylimizin ürəyini 

Məcnun kimi sevməliyik. 

 

Bisutunu biz də yaraq, 

Çənsiz Çənlibellər quraq. 

Sazımızda ağlayaraq 

Biz həyatda gülməliyik. 

 

Döyüşlərdə yoğrulmuşuq, 

Gələcəyə qaranquşuq. 

Həyat üçün doğulmuşuq, 

Vətən üçün ölməliyik! 

 

 

ALI   MUSTAFAYEV 

 

 

 

 

OĞLUM  TOĞRULA 

 

Məndən sənə nə var qalar, nə dövlət, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sənin dövlətindi, varındı Vətən. 

Qeyrətindən Xan Beyrəyin, Babəkin 

Başına tac qoydu, barındı Vətən. 

 

Varlığımız, ağ günümüz   Vətəndi, 

Vətənsizlər gəldi- gedər, itəndi, 

Vətən  bizə xoş laylalar ötəndi, 

Atandı, anandı, yarındı Vətən. 

 

Vətənsiz yağılar tapdalar bizi, 

Silinər dünyadan xalqımın izi, 

Qaytar yağılardan, qaytar Təbrizi, 

Namusun, qeyrətin, arındı Vətən. 

 

Bu otaq, bu işıq, bu beşik, bu süd, 

Anan çəkən zəhmət, mən verən öyüd, 

Bu əbədi sevgi, əbədi ümid, 

Dar gündə köməyin- karındı Vətən. 

 

Mən qələm götürdüm, sən qılınc götür, 

Sərhədə dönməsin Araz kimi Kür, 

Bu torpaq böyükdür, bu xalq böyükdür, 

Hələ oğulların varındı, Vətən! 

 

 



GÜLBALA   MEHDİ 

 

QARIŞQA AĞRISI 

 

 (ixtisarla) 

 

Vətən, bizə gəlsin sənə gələn dərd, 

Bir dərd ki səninlə bağlı - şirindir. 

Yük çəkən qarışqa ağrısı qədər 

Adınla çəkilən ağrı şirindir. 

 

Qanlı köynəyimiz gəlsə də bir gün, 

Başını uca tut, ağlama, Vətən. 

Qıy çək, anaların dilindən ağrı, 

Gəlinlərin qara telindən ağrı, 

Babək oğulların qolundan ağrı, 

Təkcə torpağından ağrıma, Vətən! 

 

Təkcə torpağından ağrıma, Vətən! 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Torpağı ağrıyan, daşı ağrıyan 

Bir yurdun oğulu oğul sayılmaz. 

Ağrı yaddaşını alar torpağın, 

Torpaq doğmasını yaddan ayırmaz. 

 

Hər yetən çiynini verməz ağrına, 

Zərif çiyinlərdə daşdır o ağrı. 

Kiminin çiynində kök atdı, bitdi 

Kiminin çiynindən düşdü o ağrı. 

 

Bir gilə göz yaşı and yerimizdir, 

Bir gilə göz yaşı qurumaz, solmaz. 

Qollar ağrısını çəksə torpağın, 

Gözləri örtəndə ağrısı qalmaz… 

 

Vətən, bizə gəlsin sənə gələn dərd, 

Bir dərd ki səninlə bağlı - şirindir. 

Yük çəkən qarışqa ağrısı qədər 

Adınla çəkilən ağrı şirindir. 

 

 

TORPAQ  DÖNÜB  VƏTƏN  OLUR 

 

Məsləki var bu torpağın… 

Neçə oğul 

Öz ömründən körpü salıb, 

O məsləkə yol veribdir. 

Koroğludan qılınc alıb, 

Babək ona qol veribdir! 

Özü ilə babaların 

İnadını daşıyıb o. 

Son ayaqda 

Nəsiminin 

Ölümüylə vuruşubdur, 

Ömrü ilə yaşayıb o! 

Məslək yoxsa, 

Torpaq adi torpaq olur. 

Əcnəbilər ayağında tapdaq olur. 

Məsləki var bu torpağın 

Güvənibdir iğidlərin sinəsinə. 

Torpağa bax!- 

Hər addımı sinə- sinə!.. 

Ölənə bax!- 

                            heykəl olub, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə