Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə32/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Bir ananın qarğışı 

Bu dünyanı tərpədər. 

 

Milyon ana ah çəkər 

Bir övlad günahından. 

Dünya qara geyinər 

Bir ananın ahından. 

 

Hara gedir içindən 

Yana- yana dünyamız? 

Analar istəyincə 

Kaş dolana dünyamız. 

 

             ANA  HƏDİYYƏSİ 

 

Anam namaz üstə əl açıb göyə 

Allaha yalvarır «ya Rəbbim!»- deyə: 

- Sənsən xəlq eliyən bu göyü, yeri, 

Candan şirin olur bala, ay allah. 

Sən mənim ömrümdən kəsib illəri, 

Balamın ömrünə cala, ay allah! 

 

Bu nədir? Arzuya, diləyə bir bax, 

Gör bir nələr keçir ana qəlbindən? 

Çoxdur bu dünyada hədiyyə… ancaq 

Ömürdən hədiyyə görməmişəm mən. 

 

İstərəm, bir ana, bir bala sözü 

Lüğətdə sözlərin önündə gedə. 

Uca olduğundan ananın özü 

Ucadır, böyükdür hədiyyəsi də. 

 

Çoxdur hədiyyələr insan adına: 

Qiymətli ziynətlər, qiymətli daşlar, 

Ana həyat verir öz övladına,  

Həm də öz ömründən ömür bağışlar. 

 

NƏBİ   XƏZRİ 

 

ANA  LAYLASI 

 

 

Ana layla deyir öz körpəsinə 

Oturub bu axşam beşik başında. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sakitcə göz qırpır ulduzlar yenə, 

Ay çıxıb dayanır dağlar qaşında. 

 

Ana layla deyir öz körpəsinə, 

Fikirli- fikirli harasa baxır. 

Çay da dərə boyu səslənir, yenə 

Ana laylasıyla həmahəng axır. 

 

Ana layla deyir öz körpəsinə, 

Uyuyur göy meşə, yatır dağ- təpə. 

Ana nəğməsindən məst olub yenə 

Uyuyur təbiət, uyuyur körpə! 

 

Düşün, o nəğmədə nə mənalar var, 

O min- min arzunun qadir səsidir. 

Ana ürəyindən qopan laylalar 

Həyatın ən şirin təranəsidir. 

 

 

BALAŞ   AZƏROĞLU 

 

 

 

 

 

ANA 

 

Payız  tək qucağı bəhərlə dolu, 

Yay kimi qəzəbi, sevinci odlu, 

Qışın qarından da daim üzü ağ, 

Bahar günəşi tək mehriban, parlaq, 

Bizim dünyamızın bəzəyi ana. 

Bütün göyçəklərin göyçəyi ana. 

 

Babam ömrü boyu hey cənnət gəzdi, 

O cənnət sənsən. 

Atam ölənədək səadət gəzdi, 

Səadət sənsən. 

Oğlum gözəllərdən məhəbbət gəzdi, 

Məhəbbət sənsən. 

Mən də bir zamanlar həqiqət gəzdim; 

İndi dərk etdim ki, həqiqət sənsən. 

Həyatın ən böyük neməti ana, 

Bütün insanlığın şöhrəti ana. 

 

 

ƏLİ  TUDƏ 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

          ANA  ÜRƏYİ 

                

  (ixtisarla) 

 

Mehriban nəfəsli məhəbbətində 

Kim deyər xəsisdir ana ürəyi? 

Xeyir, tükənməyən səxavətində 

Üfüqsüz dənizdir ana ürəyi. 

 

Bəzən od- alovlu şimşəyə bənzər, 

Bəzən bir yanıqlı tütəyə bənzər. 

Bəzən təzə, yumşaq ipəyə bənzər, 

Əzizdən əzizdir ana ürəyi. 

 

Yansa mənzil- mənzil işıq yayar o, 

Soyusa övladı yetim qoyar o. 

Yanmaqdan nə bezər, nə də doyar o, 

Günəşlə əkizdir ana ürəyi. 

 

Dəysə ayağına bir çaylaq daşı, 

Göynəyər ananın qəlbinin başı… 

Yıxılsan, yaranı yuyar göz yaşı,  

Büllurdan təmizdir ana ürəyi. 

 

 

O bir nərə çəksə döyüşdə əgər, 

Dağlar, qarlı dağlar baş- başa dəyər. 

Ay donar yerində, ulduz göz döyər, 

Sanma ki, acizdir ana ürəyi. 

 

Odur kəhkəşanı bütün zamanın, 

Bizik ulduzları o kəhkəşanın… 

Doğma sinəsində Azərbaycanın 

Bakıdır, Təbrizdir ana ürəyi. 

 

ƏLİAĞA   KÜRÇAYLI 

 

ANA NAĞILLARI 

 

Gözümdən yuxumu qovaraq hər gün 

Nağıl danışardı anam mənimçün. 

Şaxta qovuranda, şaxta kəsəndə, 

Çovğun püskürəndə, yellər əsəndə, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə