Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə31/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Öz ömür yollarıdır. 

 

HÜSEYN   ARİF 

  ANALAR 

 

Elə ki balalar gəlir dünyaya, 

O gündən hey ölçüb, biçir analar. 

Mahnı da oxuyur, şer də deyir, 

Bəstəkar analar, şair analar… 

 

Dözür hər əzaba o bilə- bilə, 

Yaşayır sirrini salmadan dilə. 

Vaxt olur, qaldırıb acını belə, 

Şərbət əvəzinə içir analar. 

 

Unudub illərin yorğunluğunu, 

Həyatda dincliyi, evdə yuxunu, 

Sevincin azını, qəmin çoxunu, 

Yükün ağırını seçir analar. 

 

Alnında zamanın açdığı qırış, 

Başına qar töküb, qar ələyir qış. 

Odun istisindən aralanmamış, 

Suyun soyuğundan keçir analar. 

 

Özüm də bilmirəm Hüseyn, niyə 

Başımın tüstüsü çəkilir göyə? 

Torpaqmı anasız qalmasın,- deyə 

Torpağın qoynuna köçür analar? 

 

 

 

  

 

ƏLİ  KƏRİM 

ANA 

 

Demirəm göy kimi ucadır adın, 

Yox, yox, alçalmasın söhbətin, sözün. 

Sən ki yaranışdan oxşar olmadın, 

Ancaq özün kimi böyüksən özün. 

 

Əyilib alnından öpəndə hərdən 

Könül dodağıma bir də öp, - deyir. 

Ağarmış saçına əl vuranda mən 

Əlim Şah dağının başına dəyir. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Mən səni bağrıma basanda bərk - bərk, 

Gör nələr düşünüb, nələr duyuram! 

Elə bil Göyçaydan Təbrizə qədər 

Vətən torpağını qucaqlayıram. 

 

 

QAYTAR  ANA  BORCUNU 

 

Bir gözəl, bir sevimli oğul böyütdü ana. 

O bəd, uğursuz günü - ərinin öldüyünü 

Bildirmədi heç ona. 

Kədəri dalğa-dalğa doldusa da ürəyə, 

Lakin nə saç yolaraq verdi əsən küləyə, 

Nə şivən etdi ana, 

Ürəyində ağlayıb, gülmək öyrətdi ona. 

Dözərək davanın da dərdinə, bəlasına, 

Öz boğazından kəsib yedirdi balasına. 

Bir oğul böyütdü ki, gur çatmaqaş, gensinə, 

Bir oğul böyütdü ki, oğul deyirəm sənə: 

Atlını atdan salıb küləklərlə ötüşür, 

Baxışından qızların ürəyinə od düşür. 

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, 

Oğul instituta qızıl medalla girdi. 

Ana fikirləşdi ki: «Gör neçə aya getdi?!» 

Ana yuxularında tez-tez Bakıya getdi. 

Ana məktub yazdı ki: «Yanıltma gümanımı, 

Pul nədir, pul deyirsən, göndərərəm canımı». 

Nə zaman ki oğlunun getdiyi dörd il oldu, 

Məktubları kəsildi, gəlmədi tətil oldu, 

Ananı fikir aldı, ananın əsdi dizi, 

Ana müqəssir etdi tramvayı, dənizi. 

O yenə dözdü, durdu… O, yolmadı saçını, 

Səslədi qonşuları Əsmər, Çiçək bacını. 

Yenə də azalmadı ürəkdən bala dərdi, 

Onlar oğul vermədi, onlar təsəlli verdi. 

Məktub məktub dalınca axdı, Bakıya axdı, 

Ana da məktubların dalınca baxdı, baxdı… 

Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, 

Məktublar əzik - üzük, məktublar bezdi gəldi, 

Ana yenə də baxdı gah dolama yollara, 

Gah da oğul boynuna həsrət qalan qollara. 

Ana oğul böyütdü, gur çatmaqaş, gensinə, 

Ana oğul böyütdü, özgəyə qismət oldu. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ana fikirləşdi ki, mən neyləmişəm sənə? 

Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? 

Oğul böyütdümü o, büzmədodaq bir qıza? 

Oğul böyütdümü o, min işvəyə, min naza? 

Ana bilsəydi əgər böyütməzdi oğlunu, 

Yox, bunu yandım dedim, yenə atmazdı onu, 

Bir gözəl, bir sevimli oğul böyütdü ana, 

Ürəyində ağlayıb, gülmək öyrətdi ona. 

Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? 

Qaytar onun ömrünə neçə gecə, neçə gün! 

Qaytar onun saçının qaralığını geri. 

Qaytar o dilindəki şirin-şirin sözləri! 

O sözü, o söhbəti, gülüşü anan verib 

Ana dodaqlarından bala dodaqlarına. 

İndi ondan gen gəzən oğul ayaqlarına 

Yerişi anan verib. 

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, 

Qaytarsan o yerişi, yerindəcə qalarsan. 

Qaytarsan o gülüşü hırıldamazsan daha, 

Qaytar, qaytar onları, qaytar, qoyma sabaha! 

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə, 

Oğul demərəm sənə! 

Deyirəm ki, o boyu, buxunu qaytar geri! 

Deyirəm ki, varını, yoxunu qaytar geri! 

Qaytar onun borcunu, 

Gülüşünü, adını, sözünü qaytar geri! 

Qaytar onun borcunu, 

O borc sənin özünsən, özünü qaytar geri! 

 

 

 

 

 

BƏXTİYAR   VAHABZADƏ 

 

ANA 

 

Hər ölkədə  anadır 

Ana deyilən ana. 

Anamız yer dolanır 

Anaların başına. 

 

Bir ananın alqışı 

Min övlada bəs edər. 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə