Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə27/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



sənin olar!.. 

 

  AĞALAR  MİRZƏ 

 

BAYRAQLARI  QALDIRIN 

 

Bayraqları qaldırın, 

Son döyüşdü, irəli. 

Qələbə nə şirindi, 

Ölüm nədi, görəlim. 

 

Qəlbim şeypura dönüb, 

Yırtır sinəmi səslər. 

Analar Vətən üçün 

Döyüş aslanı bəslər. 

 

Bu zəfər yollarında 

Ya qul olaq, ya ağa. 

Ölsək, köynəklərimiz 

Çevriləcək bayrağa 

 

Düşmən tüpünə basqı, 

Şeypurları gur çalaq! 

Vətənə bir can azdı, 

Birini də borc alaq. 

 

Topa mərmi əvəzi 

Qoyaq Vətən eşqini 

Gedək bir övlad kimi, 

Dönək vətəndaş kimi. 

 

Bayraqları qaldırın, 

And için bu torpağa! 

Ölsək, köynəklərimiz 

Çevriləcək bayrağa. 

 

 

BAYRAQ 

 

«Ya Allah» deyib 

 

                         al əlinə, 

İrəli bax, 

Özünü aparmasa, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ruhunu aparacaq 

Bayraq… 

Ruhundu ağ göyərçin, 

Göy üzü gömgöy bayraq, 

And göyərsə dilində, 

Köməyə çatan çatacaq. 

Qaldır bayrağı köksündən 

Allah pənahına! 

Qan qardaşınca sev, 

Kim ki təkdi… 

«Hu- hu» deyincə 

Qapılar açılacaq. 

Əynindəki laləli köynəkdi 

Əlindəki bəxtəvər bayraq. 

Çap atını hünərlə, 

Köksünlə axını yar, 

Bayraq tutan ərlər 

Yarasını yalayar. 

Örtüləcək üzünə 

Qapılar… 

              son kərə bax, 

Taleyi hər kişiyə 

Ya kəfəndi, ya bayraq! 

 

 

RAMİZ   QUSARÇAYLI 

 

        AZƏRBAYCAN  BAYRAĞI 

 

Şənini vəsf etməyə yetər qüdrətim, yetər, 

Ulduzunu, ayını göydə mələklər ötər, 

Hər rəngində «ya qazi, ya şəhid» bir mən bitər, 

Sən ey istiqlalımın əbədiyyət sancağı, 

Azərbaycan bayrağı! 

 

Yağının min hiyləsi küydən, kələkdən keçər, 

Sən sancılan ucalıq min- min ürəkdən keçər, 

Dağlar yerindən oynar, daşlar ələkdən keçər, 

Göylərin nur yağmuru, yerlərin göy qurşağı, 

Azərbaycan bayrağı! 

 

Sən Arazın, Samurun umuduna bələndin, 

Çəni ağlar Göyçənin buluduna bələndin, 

Dərbəndin dərd hıçqıran sükutuna bələndin, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



O tayımda Savalan, bu tayımda Şahdağı, 

Azərbaycan bayrağı! 

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən, 

Barışda gül çələngim, savaşda qan yerimsən, 

Sən mənim and yerimsən, mənim iman yerimsən, 

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, 

Azərbaycan bayrağı! 

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm, 

Ən son nəfəsimdə də sənə şer deyəcəyəm, 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm, 

Çəkəcəyəm gözümə kölgən düşən torpağı, 

Azərbaycan bayrağı! 

Azərbaycan bayrağı! 

 

KƏMALƏ  NƏSRİN 

 

    BAYRAĞIM 

 

Ey, qanımız bahasına 

Göyə tikilən sancağım! 

Şəfəqdə yanan ocağım! 

Arxam, dayağım, 

Ulu bayrağım! 

 

Hey dalğalan göy üzündə! 

Nəsillərə ümid səndə. 

Ən böyük şərəfdi, mən də 

Bir gün ölərsəm kölgəndə. 

 

Göydən yağışlar, qarlar yağar, 

Yerdə savaşlar, qasırğalar. 

Nankor yağılar, qəlbi paxıllar 

neylər sənə? 

Qəlbimin içində, gözümün 

bəbəyində, 

Yurdumun ən uca yerində 

yer var sənə! 

Yellənsənə, yellənsənə! 

Qoy, həsəd aparsın yellər sənə! 

 

Mavin, yaşılın, qırmızın, 

Haqqın nurudu ayın, ulduzun. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Yaraşıqsan göylərə, 

Şərəfsən bizlərə, 

Göz dağısan düşmənlərə. 

 

Qadın anamın örpəyi, 

Ər balamın ümid yeri. 

Gözümün dikənəcəyi- 

Arxam, dayağım! 

Ulu bayrağım! 

 

 

 

ŞƏHİDLƏR QANINA BOYANAN  BAYRAQ 

 

Şəhid qanları töküldü üstünə, 

Şəhid qanları gilə- gilə. 

Sən darda olan zaman 

Can verdi övladların 

Uğrunda gülə- gülə. 

 

Qırmızından damcılar, 

Hey sızar şəhid qanı. 

Yenidən doğuldun bizə, 

Ey göylərin sultanı! 

 

Sən xalqımın ucalmış 

ən gözəl şah nəğməsi, 

Qəhrəman ataların 

üfüqlərdəki izi. 

 

Ey qızıl çiçək açan, 

rəng- rəng müqəddəs arxa! 

Ey köksümdən qabarıb 

göylərə qalxan dalğa! 

 

Qol açdın, ana oldun 

ölməz şəhid təninə; 

Əyilirəm həmişə 

Sənin ölməzliyinə. 

 

Şəhid qanları tökülüb üstünə, 

Şəhid qanları gilə- gilə. 

Sən darda olan zaman 

Can verərik hamımız 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə