Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə29/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



vərəqləri sapsarı. 

Dağ cığırına bənzəyirdi 

yazıları. 

Anam açardı o kitabı 

kədərlənəndə. 

Anam örtərdi onu 

könlü qubarlananda. 

Bir gün soruşdum: 

-Bu necə kitabdır, ana? 

Hər gün açırsan onu, 

hər gün baxırsan ona 

yana- yana? 

Anam dinmədi. 

Gözləri xeyli yol çəkdi. 

Mənə elə gəldi, bu an 

anam bütün analardan göyçəkdi; 

anam, dünyada təkdi. 

Üzümə baxdı 

diqqətlə, sorğuyla, sınaqla, 

dedi: 

-Mənə yadigardır bu kitab 

anamdan. 

Ona da anasından qalıb yadigar. 

Bir gün, 

əbədi ayrılanda biz 

ağlama! 

Mənə yas saxlama! 

Ancaq bir zaman 

onu gözdən salsan 

o gündən yaz mənim 

ölüm günümü. 

O gün mənə yas tut! 

Və unut. 

Yaşa, dilində, 

qulaqlarında sükut… 

 

 

   ANAMIN  LAYLASI 

 

«Anamın kitabı» müəllifinə 

 

Bu gecə yuxu gördüm. 

Gördüm, 

çörək dadı kimi tanış bir otaq. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Tavandan nənni asılıb. 

Nənnidə bir uşaq. 

Nənnidəki uşaq mən idim. 

Layla səsi gəlirdi. 

Ağ əlinin dırnaqları 

qan qırmızı bir qadın 

yelləyirdi nənnimi. 

Nə anama oxşarı vardı, 

nə xatırladırdı nənəmi. 

Anamın saçları qaraydı, 

bununku yox. 

Nənəmin gözləri alaydı, 

bununku yox. 

Anamın başında 

kəlağayı olardı, 

bununkunda yoxdu. 

Nənəmin nəfəsi 

həmişə isti olardı, 

bununku soyuqdu. 

Mənə layla çalırdı qadın. 

Aydın eşitsəm də laylanın səsini, 

duya bilmirdim ahəngini, bəstəsini. 

Birdən anamı gördüm: 

qucaqlayıb dizlərini oturmuşdu. 

Əlləri qara, arıq. 

Əllərinin göy damarları əyri-üyrü, 

çubuq-çubuq. 

Qışqırırdım: ana, ana! 

Bu necə layladır? 

Bu nədir? 

Qulaqlarımı didir, 

qəlbimi göynədir, 

Nə bəstəsi doğmadır mənə, 

nə tanışdır sözləri. 

Anam dinmədi. 

Baxdım, 

sakit göz yaşları 

süzülürdü yanaqlarından. 

Mənə qorxulu bir şey xəbər verirdi 

onun qəm dolu gözləri. 

Elə bil soruşurdu: 

       - Oğul! 

Hanı mənim laylam, hanı? 

Səsim gəldikcə qışqırdım: 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



  

 

 

       - Ana! Ana! 

Yox, yox! 

Unutmamışam sənin laylanı. 

Hələ də çırpınır qəlbim, 

neçə vaxtdır mən yuxudan ayılanı. 

Düşünürəm bu nə həyəcan, 

bu nə qorxudur? 

Bu ki  yuxudur. 

Öz-özümə deyirəm: 

-Anamın laylası olmasa, 

təəssüf etməzdim, yatıb 

bir də yuxudan ayılası olmasam. 

 

 

SÜLEYMAN   RÜSTƏM 

 

     ANALAR 

 

Görün nə aləmdir, bizim analar 

Biri övladına çırağım deyir. 

Görürsən, o biri öz laylasında 

Pənahım, igidim, qoçağım deyir. 

 

Biri də: « can bala, qulaq as, sənsiz, 

Sərt qışa çevrilir bahar, yaz sənsiz, 

Bəxtimin qapısı açılmaz sənsiz, 

Solar çiçək bağım, gül bağım »,- deyir. 

 

Bir ana səslənir, balam, ay balam, 

Mənim günəş balam, mənim ay balam. 

Dünyada tapılmaz sənə tay, balam, 

Sənsən ucalığım, Şahdağım, - deyir. 

 

Bir ana qaldırıb zilə səsini, 

Oxuyur ömrünün xoş nəğməsini. 

Öpüb dönə - dönə öz körpəsini: 

-- Ən gözəl çağımdır, bu çağım, - deyir. 

 

Bir qonşu evdəsə cavan bir ana 

Öz körpə ilkini basıb bağrına, 

Böyük məhəbbətlə süd verir ona, 

Körpəmsiz olmasın qucağım, - deyir. 

 

Gəncliyim ötsə də, xöşbəxtəm yenə 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Mahnılar qoşuram xalqa, vətənə. 

Hər yerdə ağsaqqal deyirlər mənə, 

Anamsa « gül balam, uşağım »,- deyir. 

 

 

            ANA 

 

Qadın mahnımızın nəqəratıdır, 

Böyük eşqimizin kainatıdır; 

Yoldaşdır, anadır, bacıdır qadın, 

Bəşərin başının tacıdır qadın. 

Analar laylalar bəstəkarıdır, 

Bütün yer üzünün iftixarıdır. 

Ana müqəddəsdir, əzizdir ana, 

Qəlbi təmizlərdən təmizdir ana. 

Ana dilimizin anasıdır o, 

Böyük həqiqətlər mənasıdır o. 

Həyatda ilk addım atanda övlad 

Deyin ana qədər sevinən hanı? 

Onunla xoşbaxtdır, onunla da şad, 

Balaya bağlıdır ananın canı. 

 

Ey mənim vicdanım, ey anam qadın, 

Gözümdə ucadan ucadır adın. 

Bilin tükənməzdir mənim nifrətim 

Ana qayğısını unudanlara. 

Yerdən göyəcəndir mənim hörmətim 

Ana ürəyində yer tutanlara. 

Hamımız vəfalı bir övlad təki 

Ana qucağına gülşən deyirik. 

Ana gör nə qədər müqəddəsdir ki, 

Vətənə anamız Vətən deyirik. 

 

ƏHMƏD  CƏMİL 

 

   ANALAR 

 

Atalar dünyanın 

           quran əlidir, 

                qüvvətli, mətin. 

 

Ana ümid, fərəh, 

                nur məşəlidir 

                     bəşəriyyətin! 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə