Təsnifatlaşdırma pilləsi – bu çoxluğun əlamətlərindən birinə görə onu təşkil
edən hissələrə bölgüsü mərhələsidir. Təsnifatlaşdırma pillələrinin sayı, yəni
istifadə olunmuş əlamətlərin sayı təsnifatlaşdırmanın dərinliyini müəyyən edir.
Obyektlər çoxluğunun yalnız bir əlamət üzrə alt çoxluqlara bölgüsü
qruplaşdırma adlanır ki, bu çeşid qruplarının ayırd edilməsi üçün tətbiq olunur.
Təsnifatlaşdırmanın faset metodu obyektlər çoxluğunun bir əlamətə görə
ayrı - ayrı, bir – birindən asılı olmayan bölmələrə (hissələr, şöbələr, qruplara) –
fasetlərə paralel bölgüsünü nəzərdə tutur.
Iyerarxik sistemdəki kimi ayrı – ayrı fasetlər bir – birindən asılı deyil və bir
– birinə tabe deyildir, lakin eyni çoxluğa daxil olması və hər birinin bölünən
çoxluğun tərəflərindən birini xarakterizə etməsi baxımından onlar bir-birilə
bağlıdır. Beləliklə, təsnifatlaşdırmanın faste metodu ayrı – ayrı (bir – birinə tabe
olmayan) qruplar sistemini əldə etməyə imkan verir. Təsnifatlaşdırmanın faset
metodu böyük çevikliyi və istifadə rahatlığı ilə fərqlənir ki, bu da hər bir ayrıca
halda çoxlu sayda mal bölmələrini verilmiş halda maraq doğuran bir neçə fasetlə
məhdudlaşdırmağa imkan verir.
Təsnifatlaşdırmanın hər bir metodu üstünlükləri ilə yanaşı çatışmazlıqlara da
malikdir. Məsələn, iyerarxik metodun çatışmazlıqlarına böyüklüyünü, yüksək
xərclərini, bəzən əsaslandırılmamış tətbiqi çətinliyini aid etmək olar. Faset
metodunun çatışmazlığı müxtəlif təsnifat qruplarında obyektlər arasında ümumilik
və fərqləri ayırmağın mümkün olmamağıdır.
Çoxluqların alt çoxluqlara bölünməsinin həyata keçirildiyi metod və
ə
lamətlərin müxtəlifliyini seçmək üçün təyin olnumuş təsnifatlaşdırma qaydaları
mövcuddur. Belə ki, təsnifatlaşdırmanın iyerarxik metodunun qaydaları
aşağıdakılardır:
• çoxluğun bölünməsinə daha ümumi əlamətlərdən başlamaq lazımdır;
• təsnifatlaşdırmanın hər bir mərhələsində verilmiş tip üçün əsas əhəmiyyət
kəsb edən yalnız bir əlamətdən istifadə etmək olar;
• obyektlərin bölünməsi böyükdən kiçiyə, ümumidən xüsusiyə doğru ardıcıl
olaraq həyata keçirilməlidir;
• iyerarxik metodda hazırlanmış təsnifat qaydaları faset metodu üçün də
düzgündür. Təsnifatlaşdırmanın nəzərdən keçirilmiş iyerarxik və faset metodları
bir – birindən asılı olmayan və həm də birgə tətbiq oluna bilər;
• təsnifatlaşdırmada güdülən məqsəddən asılı olaraq onlar aşağıdakı
təsnifatlara bölünür:
- təlim (tədris);
- sahəli;
- iqtisadi – statistik.
Təsnifatlaşdırmanın növləri buraxılan məhsulun planlaşdırılması və uçotu
məsələlərinin həlli, müxtəlif idarəetmə səviyyələrində xalq təsərrüfatının idarə
olunmasını asanlaşdırmaq üçün işlənib hazırlanır.
Malların kodlaş
dırılması.
Kodlaşdırma – şərti işarələmənin (kodun) nizamlı
təşkili və onun təsnifat obyektlərinə, eləcə də təsnifat qruplarına verilməsidir. Kod
– təsnifat obyektinin və təsnifat qrupunun işarə edilməsi üçün istifadə olunan işarə
və işarələr məcmusudur. Kodlaşdırmanın məqsədi – obyektlərin eyniləşdirilməsi
və şərti işarələmənin (kodun) verilməsi yolu ilə onların sistemləşdirilməsidir ki,
bunun köməyilə də digər çoxluqlar arasında istənilən obyekti tapmaq və müəyyən
etmək olar.
Kod müəyyən quruluş strukturuna malik olmalıdır. Kodun strukturu
aşağıdakı elementlərdən ibarətdir:
• kodun əlifbası – bu kodun işarələnməsi üçün qəbul olunmuş işarələr
sistemidir; rəqəmli, hərfli, hərf – rəqəmli və ştrixli əlifba kodlarında daha çox
istifadə olunur;
• kodun əsası – kod əlifbasındakı işarələrin sayıdır;
• kodun dərəcəsi – koddakı işarənin mövqeyidir;
• kodun uzunluğu – problemlər nəzərə alınmadan koddakı işarələrin sayı ilə
xarakterizə olunur.
Məhsulların kodlaşdırılması zamanı on dərəcəli rəqəm kodlarına üstünlük
verilir. Məhsulların təsnifat sistemində qəbul olunmuş kod informasiyanın maşında
emalı üçün rahatdır.
Kodun yaradılması üçün qeydiyyat və təsnifat sistemləri tətbiq olunur.
Qeydiyyat kodlaşdırılması təsnifat obyektlərinin ardıcıl sıra qeydiyyatlı sıra
nömrəsi liə həyata keçirilir. Bu halda kod işarəsi özündə natural sıra saylarını
təmsil edir.
Kodlaşdırmanın təsnifat sistemi obyektlərin təsnifat xüsusiyyətlərini nəzərə
alaraq tətbiq olunur. Bu kodlaşdırma sistemi üzrə kodun hər bir işarəsi təsnifat
qrupunu bildirir. Bu halda obyektlərin təsnifatlaşdırılması metoduna uyğun olaraq
kodlaşdırmanın ardıcıl və paralel metodlarında istifadə olunur. Ardıcıl kodlaşdırma
metodu iyerarxik metod üzrə bölünmüş obyektlər üşün tətbiq olunur. Burada kod
işarələməsində təsnifatın əlamətləri ardıcıl olaraq göstərilir. Aşağı mərtəbədə
(səviyyədə) verilən qrupların kod işarələnməsi yuxarıda duran qrupların kod
işarələrinə müvafiq miqdarda dərəcələrin (işarələrin) əlavə edilməsi ilə yaradılır.
Bu əlamət üzrə məhsulların təsnifat sisteminin kodları yaradılır.
Aşağıda ardıcıl kodlaşdırma metodunun köməyilə məhsulların təsnifat
sistemi üzrə kodun yaradılması nümunəsi verilmişdir:
35 – kabel məhsulları
35 8 – sahələrarası və sahəli təyinatlı kabellər, naqillər, şnurlar
35 82 – montaj naqilləri
35 82 1 – mis simli
35 82 12 – polivinilxlorid izolyasiyalı
Paralel kodlaşdırma metodu obyektlərin təsnifatlaşdırılmasının faset metodu
zamanı tətbiq olunur. Buna nümunə kimi məhsulların kodlaşdırma sisteminin çeşid
hissəsində onların alt növlərə bölünməsi çıxış edə bilər.
Malların tə
snifatı.
Malların təsnifatı malların istehlak xüsusiyyətləri və
keyfiyyətinin öyrənilməsi, mal dövriyyəsinin uçotu və planlaşdırılması, kataloq və
preyskurantların tərtibi, standartlaşdırma sisteminin təkmilləşdirilməsi üçün,
məhsulların sertifikatlaşdırılması və marketinq tədqiqatlarının aparılması zamanı
müxtəlif fəaliyyət sferalarında məhsullar haqqında informasiyanın avtomatik emalı
məqsədilə zəruridir.