Müasir şəraitdə malların təsnifatlaşdırılması aşağıdakı şərtlərə cavab
verməlidir:
• istehsal olunan bütün məhsul növlərinin əhatə olunma tamlığını təmin
etmək;
• malların xüsusiyyətlərinin dərin tədqiqinə kömək etmək;
• malların kodlaşdırma prinsiplərinə kömək etmək;
• ümumi təsnifat sistemini pozmadan məhsulların siyahısına yeni adların
daxil edilməsini nəzərdə tutan təsnifatın çevikliyini təmin etmək.
Kommersiya fəaliyyətinin obyekti kimi mallar bir çox əlamətlər üzrə
təsnifləşdirilir, lakin əsas əlamətləri təyinat, fiziki – kimyəvi xüsusiyyət, tərkib,
ölçülər, işlənmə üsulu təşkil edir. Təyinatına görə bütün mallar növlərə - istehlak
malları; sənaye təyinatlı mallar və ofis, dəftərxana, maşın və avadanlıqlara bölünür.
Malların sinifi – təlabatların ümumiləşmiş qruplarını təmin edən mallar
çoxluğudur. Məsələn, istehlak malları növü üç yerə bölünür: ərzaq, qeyri - ərzaq və
təbii mallar. Mal sinifləri istifadə olunan xammaldan, təyinatından və digər
ə
lamətindən asılı olaraq alt qruplara; alt siniflər isə - qruplara, alt qruplara, növlərə
və növ müxtəlifliklərinə, adlara bölünür.
Mal qrupları –
istifadə olunan materialların xüsusiyyətləri, onların
işlənməsi, forması, fasonu ilə şərtlənən spesifik təlabatlar qrupunu ödəyən malların
alt çoxluğudur.
Malların alt qrupu –
bu əsas təyinatlı qrupla ümumi cəhətləri olan, lakin
digər alt qrupun mallarından yalnız özlərinə xas əlamətlərlə fərqlənən mal
çoxluğudur.
Malın növü –
bu fərdi təyinatı və identifikasiya əlamətlərinə görə fərqlənən
malların məcmusudur.
Malların növ müxtəlifliyi –
bu eyni növ mallardan xammalın, materialın
seçimi, eləcə də, konstruksiyası (fortması, fasonu), texnologiyası ilə şərtlənmiş öz
şə
xsi adı və fərdi xüsusiyyətləri ilə fərqlənən müəyyən növ malların məcmusudur.
Beləliklə, siniflər, alt siniflər və qruplar istehlak mallarının ümumi mal
təsnifatını təşkil edir.
Alıcılıq tələbinə görə mallar aşağıdakı kimi təsnifləşdirilir
• gündəlik təlabat malları (çörək, süd, şəkər və s.);
• qabaqcadan seçimə əsaslanan mallar (paltar, mebel, televizor, radio –
aparatura və s.);
• xüsusi təlabata malik mallar (dəbdə olan mallar, əla şərablar və s.);
• passiv təlabatlı mallar (mebelin, evin sığortalanması və s.);
Malların təsnifatlaşdırılması zamanı aşağıdakıları ayırd edirlər:
• məmulatın özünün obyektiv parametrləri: keyfiyyət, material, rəng, çəki,
ölçü, xarici görünüş, siluet, qoxu, dad, konstruksiya;
• bazar parametrləri: qiymət, rəqabət qabiliyyətlilik, seçimin genişliyi,
daşınmanın rahatlığı, malların cəlb ediciliyi;
• istehlak prosesində istifadə olunan parametrlər: davamlılıq, qulluq etmənin
sadəliyi, dəyişdirmə (əvəzləmə) müddəti.
Beynə lxalq ticarə tdə istifadə olunan malların tə snifatı.
Beynəlxalq ticarət
sistemində digər təsnifat yanaşması daha geniş yayılmaqdadır. Bu yanaşmanın
ə
sasını aşağıdakı mal sinifləri təşkil edir:
» Tə k (nadir, fə rdi) mal. Həm şəxsi təlabat mallarını, həm istehsal təyinatlı
malları xarakterizə edir.
» Qrup şəklində mal. Həm şəxsi istifadə malları, həm də istehsal təyinatlı
mallar üçün xarakterikdir – parfümeriya dəstləri, kompleksdə fəaliyyət göstərn
maşın, qurğu, aqreqat sistemləri.
» Mal – obyekt. Məhsulların istehsalı və realizasiyasına sistemli yanaşmanın
inkişaf etdirilməsinin zəruriliyi iri maddi - əşya və əmlak resurslarının vahid
maliyyə, texnoloji və inzibati nəzarət altında cəmləşməsini tələb edir.
» Mal – proqram. Bu xüsusilə aerokosmik biznes, avtomatlaşdırılmış idarə
sistemləri, robot texnikası, intellektual və biomühəndis texnologiyaları sahəsində
yaradılan intellektual maldır.
Gömrük statistikası məlumatlarının formalaşmasında əsas mənbəni yük –
gömrük bəyannaməsi təşkil edir. Yük – gömrük bəyannaməsi ölkələrin gömrük
sərhəddindən malların keçirilməsi, malın yerləşdiyi gömrük rejiminin dəyişməsi
zamanı və eləcə də mövcud qanunvericiliklə nəzərdə tutulan digər hallarda gömrük
formallıqlarının yerinə yetirilməsi üçün istifadə olunan müəyyən olunmuş formaya
malik olan rəsmi sənəddir. Yük – gömrük bəyannaməsi xarici ticarətin gömrük
statistikasının hazırladığı əlamətlərin siyahısını özündə saxlayır. əlamətlərin bu
siyahısı dövlət hakimiyyəti orqanlarının və ölkə qanunvericiliyi ilə müəyyən
olunmuş digər dövlət orqanlarının nəyin və hansı həcmdə (həm natiral, həm də
dəyər ifadəsində) idxal (ixrac) olunduğunu, verilmiş ölkənin partnyoru kimi hansı
xarici ölkələrin çıxış etdiyini və bunun miqyasının necə olmasını, ölkələrlə xarici
ticarət sövdələşmələri haqqında informasiyalarla təmin edir.
Malların tə snifatı
dedikdə, ixrac və idxal mallarının müəyyən əlamətlər üzrə
alt qruplara, qruplara və bölmə lə rə
bölünməsi başa düşülür. Mallar təsnifləşdirmə
sxemi və mal nomenklaturalarını tərtib edənlər qarşısında duran vəzifələrdən asılı
olaraq, istehsal sahələri üzrə, onların hazırlandığı materiallar üzrə, emal dərəcəsinə
görə və s. üzrə qruplaşdırıla bilər. Qəbul olunmuş təsnifləşdirmə sxeminə uyğun
olaraq, bütün mallara, mal qruplarına və bölmələrə şifrələr verilir. Müvafiq
təsnifləşdirmə sistemi üzrə bölünmüş mal adlarının siyahısı mal nomenklaturası
adlanır. Malların nomenklaturasında hər bir mal növü qəbul olunmuş təsnifat
sisteminə uyğun olaraq müəyyən yer tutur. Beynəlxalq təsnifatlar və mal
nomenklaturaları xarici iqtisadi əlaqələr, o cümlədən xarici ticarət haqqında
statistik informasiyanın sistemləşdirilməsi üçün təyin olunmuşlar, onlar
informasiyanın axtarışı və saxlanılması üçün əsas kimi çıxış edir. Xarici ticarətin
təhlili üçün onun mal qrupları üzrə bölgüsü böyük əhəmiyyət kəsb edir. Mal
qruplarının qruplaşdırılması bazasında ölkələrin xarici iqtisadi əlaqələrinin
səmərəliliyinin ən mühüm göstəricisi olan idxal və ixracın mal strukturu
hesablanır. MDB ölkələri üçün ümumi şəkildə mal strukturunun öyrənildiyi əsas
maddələr aşağıdakılardır:
Dostları ilə paylaş: |