Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

 
 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
386) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz: 
 
A) Irsi meyillik 
B) Hamiləlik 
C) Arteriyaların obliterasiyaedici xəstəlikləri 
D) Fiziki gərginlik 
E) Dərin venaların keçiriciliyinin pozulması 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
387) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir? 
 
A) Venaların qapaq aparatında keçiriciliyin pozulması 
B) Su - duz mübadiləsinin pozulması 
C) Aşağı ətrafların arterial qan dövranının pozulması 
D) Ürək zəifliyi 
E) Qanın laxtalanma sisteminin pozulması 
 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
 
388) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun 
ağırlaşmalarından deyil? 
 
A) Serebrovaskulyar emboliya 
B) Pulmonar emboliya 
C) Pulmonar hipertenziya 
D) Venoz xora 
E) Posttromboflebitik sindrom 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 566. 
 
389) V.qastrica sinistra hara açılır? 
 
A) V.qastrica dextra 
B) V.lienalis 
C) V.qastroepiploica dextra 
D) V.cava inferior 


 
 
E) V.portae 
 
Ədəbiyyat:  О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и 
топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 722. 
 
390) Aşağıdakılardan hansı Leriş sindromunun əlaməti deyil? 
 
A) Aşağı ətrafların soyuması 
B) Aşağı ətrafların miqrasiya edici tromboflebiti 
C) Oturarkən sağrı nahiyyəsində ağrının olması 
D) Dəri örtüyünün avazıması 
E) İmpotensiya 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 582. 
 
391) Aşağıdakılardan hansı aşağı ətraf venalarının varikoz genəlməsinə səbəb 
olmaz? 
 
A) Hamiləlik 
B) Fiziki gərginlik 
C) Qəbizlik 
D) İrsi meyillik 
E) Arteriyaların obliterasiya edici xəstəlikləri 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 566 səh. 
 
392) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır? 
 
A) a.pulmonale 
B) a.hemiazigoz 
C) a.superior thyroidea 
D) a.inferior thyroidea 
E) a.phrenica superior 
 
Ədəbiyyat:О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и 
топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590. 
 
393) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansı aid deyil? 
 
A) Ətrafın trofik dəyişikliyi 
B) Qıcolmalar 
C) Distal ödem 
D) Fasiləli axsama 
E) Gözlə görünən böyümüş venalar 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 20 səh. 


 
 
 
394) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi 
müalicə üsulları hansılardır? 
 
A) endarterektomiya 
B) simpatik sinir sistemində əməliyyatlar 
C) protezləşdirmə 
D) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti 
E) şuntlama 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 608 səh. 
 
395) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı 
seqment daha çox zədələnir? 
 
A) Aorta - qalça seqmenti 
B) Dizaltı seqmenti 
C) Qalça - bud seqmenti 
D) Qamış - pəncə seqmenti 
E) Bud - dizaltı seqmenti 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 554 səh. 
 
396) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı 
mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici 
hansıdır? 
 
A) Baldır-bazu indeksinin göstəricisi 
B) Rentgenkontrast angioqrafiyanın göstəriciləri 
C) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi 
D) Valsalva sınağının göstəricisi 
E) Tredmil-testin göstəricisi 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 554 səh. 
 
397) Aşağı ətraf venaların varikoz genəlməsində trofik xoralar adətən harada 
lokalizə edir? 
 
A) Lateral topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də 
B) Baldırın ön səthində, orta 1/3-də 
C) Medial topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də 
D) Baldırın arxa səthində, aşağı 1/3-də 
E) Baldırın ön səthində, yuxarı 1/3-də 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 652. 
 


 
 
398) Tireotoksikoz zamanı Qrefe simptomu aşağıda sadalananlardan hansıdır? 
 
A) nadir göz qırpmalarının olması 
B) yuxarı baxan zaman qaşların qaldırılıb, alının qırışdırılmasının mümkünsüz olması 
C) göz almasının aşağıya hərəkəti zamanı yuxarı göz qapaqlarının geri qalması 
D) gözün torlu qişasının arteriyasının pulsasiyasının güclənməsi 
E) üst göz qapağı dərisinin piqmentasiyası 
 
Ədəbiyyat:Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 101 
 
399) 23 yaşlı qadın bədən hərarətinin yüksəlməsi, süd vəzisində olan ağrılar 
başağrısı, halsızlıq şikayətləri ilə cərraha müraciət etmişdir. Deməsinə görə 3 
həftə əvvəl birinci övladı dünyaya gəlmişdir. Özünü təxminən 7 gündür ki, xəstə 
hesab edir. Müraciətə qədər heç bir müalicə almamışdır.Müayinə zamanı bədən 
hərarəti 38,60C, süd vəzi böyüyüb, dəri üzərində hiperemiya sahəsi müşahidə 
olunur, palpasiya ağrılıdır, sərhədləri dəqiq məlum olmayan infiltrat əllənir. 
Qoltuqaltı limfa düyünlərinin böyüyüb. Sizin dianozunuz? Uşağın ana südü ilə 
qidalanmasını nəzərə alaraq hansı antibiotiki təyin etmək olmaz? 
 
1. Kəskin intramammar abses                     I. Sefazolin 
2. Kəskin fleqmanoz mastit                         II. Sefuroksim 
3. Kəskin qanqrenoz mastit                         III. Sefiksim 
4. Kəskin seroz mastit                                  IV. Benzilpensillin 
5. Kəskin infiltrativ mastit                             V. Oksasillin 
 
A) 5,III 
B) 4,V 
C) 2,I 
D) 3,II 
E) 1,IV 
 
Ədəbiyyat: Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol Bakı 2009 
səh 155 
 
 
 
400) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən 
hansı rəhbər tutulur? 
A) Xəstənin yaşı 
B) Perforativ dəliyin ölçüsü 
C) Deşilmə müddəti 
D) Peritonun iltihabi dəyişiklik dərəcəsi 
E) Perforativ dəliyin yerləşməsi 
 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə