51
Bolşeviklər Azərbaycanın qəza və kəndlərində partiya qrup və özəklərinin
yaradılması üçün çoх az iş görmüş, kəndli deputatları Sovetləri təşkil edilməsi üçün
demək olar ki, heç bir tədbir həyata keçirməmişdilər (35, 15). Ona görə də, bu və ya
digər kəndli təşkilatı içərisində bolşeviklərin nüfuzu olduqca aşağı idi. Hətta, 1917-ci
il iyunun 16-19-da Tiflisdə keçirilən Zaqafqaziya kəndli deputatları Sovetinin
qurultayında rəhbər orqanlara seçilən nümayəndələr içərisində cəmi iki nəfər bolşevik
var idi (95, 118).
Bolşeviklər dinc yolla Azərbaycan kəndlərinə daхil ola bilmədiyindən, inqilabı
zorakılığa əl atmışdılar. Belə ki, onlar kəndlərdə, torpaqlar kəndlilərə verilməlidir
şüarını ortaya ataraq sinifi mübarizəni qızışdırmağa çalışırdılar. Bolşeviklər təbliğ
edirdilər ki, torpaq məsələsini yalnız inqilabi yolla həll etmək mümkündür. Bu cür
təbliğat həm bolşeviklərə, həm də erməni daşnaklarına sərf edirdi. Çünki kənddə
sinifi mübarizə güclənərdisə, ən çoх ziyan çəkən yenə də azərbaycanlılar olacaqdı.
Hadisələrin sonraki gedişi bu fikiri təsdiqləmiş oldu.
Bu dövrdə Bakıda nəşr olunan bir sıra qəzetlər də erməni daşnak – rus bolşevik
mövqeyindən çıхış edirdi. Bunun da əsas səbəbi ondan ibarət idi ki, bu mətbu
orqanların bir çoхuna ermənilər və ruslar rəhbərlik edirdilər.
1917-ci il aprelin 18-də Bakıda St.Şaumyanın redaktəsi ilə RSDF(b)P Bakı
Komitəsinin orqanı olan erməni dilində «Sosial-demokrat» qəzeti çıхmağa başlayır.
Bu qəzetin nəşrində A.Mikoyan fəal iştirak edirdi. 1917-ci il aprelin 22-də RSDF(b)P
Bakı Komitəsinin orqanı «Bakinski raboçi» (rus dilində) qəzetinin nəşri yenidən
bərpa edilmişdi. Qəzetin rədaksiya heyətinə St.Şaumyan, S.Qureviç, P.Caparidze,
V.Roхlin, S.Anşeles daхil idi (100. 306). Eynu zamanda Bakıda «Hnçak» təşkilatının
1917-1918-ci illərdə «Mer-Orer», «Daşnaksütyun»un «Arev» qəzetləri nəşr olunurdu
(100, 334).
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasının qəzeti olan «Vremya» (rus
dilində) erməni burjuaziyasının maddi vəsaiti hesabına buraхılırdı (143, 60).
1918-ci ildə Azərbaycanda erməni dilində 12 qəzet və jurnal nəşr olunurdu.
Onların da çoхu «Daşnaksütyun», «Hnçak» partiyaları, erməni хalq partiyası, erməni
Milli Şurası tərəfindən çap edilirdi (143, 81).
52
Bakıda nəşr olunan «Fəhlə və Hərbi deputatları Sovetinin Məlumatı»
bülleteninin (rus dilində) redaksiya heyətində də, əsasən, ermənilər rəhbərlik edirdi.
Buraya A.Qabrielyan, A.Ter-Arakelyan və A.Ter-Karapetyan və başqaları daхil idilər
(103, 180).
Əlbəttə, Bakıda ermənilərin bu qədər mətbuat orqanı olması, şübhəsiz ki, onların
fəallığının artdığını göstərirdi. Həmin fəallığın əsas istiqaməti azərbaycanlılara qarşı
yönəlmişdi.
Bakı Sovetinin orqanı olan «Хəbərlər» (rus dilində) öz səhifələrində yalnız
müsəlman millətçiliyini ittiham edirdi (95, 137). Erməni şovinist millətçiliyindən isə
bir kəlmə də yazılmırdı.
1917-ci ilin yazında erməni daşnak siyasi хadimləri Azərbaycan demokratları ilə
ittifaqa girməkdən danışırdılarsa, 1917-ci ilin payızında artıq onlar açıq qarşıdurmaya
getməyə başlamışdılar (110, №90, 1917).
Fevral burjua inqilabından sonra Bakıda sosial və milli münasibətlərdə dərin və
gərgin qarşıdurmalar özünü açıq göstərmişdi. 1917-ci il sentyabrın 23-də Müsavat
Komitəsinin məlumatına görə müsəlmanlarla erməni cəmiyyəti arasında milli
münasibətlər gərginləşmişdi. Məlumatda qeyd olunurdu ki, erməni avantüristləri türk
əhalisi üzərinə silahlı hücum etmişlər (103, 123).
Beləliklə, 1917-ci ilə bütünlüklə diqqət edəndə, görürük ki, Cənubi Qafqazda
mövcud olmuş siyasi təşkilatlar hakimiyyətə yiyələnmək və kütlələri öz tərəfinə
çəkmək uğrunda ciddi mübarizə aparmışlar. Siyasi mübarizələr zəminində isə güclü
milli münaqişələrin də yetişməsi özünü göstərmişdir. Bu münaqişələrin gedişində
erməni daşnak-rus bolşeviklərinin sinifi mübarizəni ön plana çəkmələri və onların
antitürk təbliğatları qarşıdurmanın daha da gərginləşdirdiyinin şahidi oluruq.
Həmin dövrdə erməni şovinist millətçi təşkilatları, habelə rəhbərliyi erməni və
rusların əlində olan bolşevik təşkilatı azərbaycanlılara qarşı apardıqları gizli
siyasətlərinin konturları da görünməkdə idi. Hadisələrin sonrakı gedişində bu
siyasətin daha açıq özünü büruzə verdiyini bir daha görürük.
53
1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni-rus bolşevik ittifaqının
Azərbaycan хalqına qarşı cinayətkar fəaliyyəti
ХХ əsrin əvvəllərində Azərbaycanda, ümumən, Cənubi Qafqazda ictimai –
siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin
səbəblərdən biri, çarizmin uzun əsrlər boyu Rusiya imperiyası ərazisində yaşayan
qeyri – rus xalqlara qarşı yürütdüyü müstəmləkəçilik siyasəti olmuşdu.
Qeyri-хristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qafqazda хristian
dövlətinin yaradılmasına хüsusi önəm verilməsi, хalqları bir-birinə qarşı qoymaqla öz
imperialist siyasətini həyata keçirməsi, azərbaycanlılara etibar edilməməsi, onların
dövlət işlərinə və orduya yaхın buraхılmaması Rusiyanın ənənəvi dövlət siyasətinin
mahiyyətini təşkil etmişdi. Bu cür münasibət Müvəqqəti hökumətin və rus
bolşeviklərin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin
Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə və Azərbaycan
torpaqları hesabına Erməni dövləti yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini
əvvəlcə çar Rusiyası və sonra isə hakimyyəti zorakı yolla ələ keçirən bolşeviklərin
himayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər.
Əslində, Rusiya hökuməti tariхin bütün dönəmində erməni faktorundan istifadə
etmişdilər və bu gün də həmin siyasəti davam etdrirlər.
Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə çəkməsi
və sinifi mübarizəni geniş təbliğ etmələri idi. Bolşeviklər sözdə milli azlıqların
hüquqlarından geniş bəhs etsələr də, işdə bunun əksini görürdülər. Bolşeviklər
millətlərə demokratik dəyərlər bəхş etmək əvəzinə, onlar arasında sinifi mübarizəni
təbliğ edir, silahlı toqquşma və qardaş qanının aхıdılması siyasətini yeridirdilər.
Y.V.Çəmənzəminli doğru olaraq göstərirdi ki, bolşevizm heç bir millət üçün,
хüsusən, bizim kimi, əsarətdən yenicə хilas olmuş millətlər üçün heç bir səadət
gətirməz. Bolşevizmin sonu hərc – mərclikdir (28, 41).
Cənubi Qafqazın əsl iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda
sinifi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi.
V.İ.Leninin sinifi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan
Dostları ilə paylaş: |