Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

Ələsgər Mirzəzadə 
 
90
xanlığına  tabe  edilmişdir.  Azərbaycanın  Rusiyanın  tərki-
binə  qatılmasından  sonra  çarizmin  köçürmə  siyasəti  ilə 
əlaqədar  Cavada  xeyli  rus  əhalisi  köçürülmüşdür.  1988-ci 
ildə  rayon  Petropavlovka  adlandırılmışdı.  Petropavlovka 
Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi. 
  Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasın-
dan  sonra  1920-ci  il  may  ayının  1-dən  Petropablovka 
Salyan  qəzası  dairə  inqilab  komitəsinin  yeni  dövlət 
hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı. 1921-ci 
il  may  ayının  1-dən  1929-cu  il  aprel  ayının  8-ə  kimi 
Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi 
kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayını 8-də VI 
ümumazərbaycan  sovetlər  qurultayının  qəzaları  ilə  bura 
Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 
1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə 
Komitəsinin 476  №-li  qərarına  əsasən  mahal sistemi  ləğv 
edilmiş və Peropavlovka müstəqil rayon olmuşdur. 
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə 
Komitəsinin  fərmanı  ilə  Peropavlovskaya  Azərbaycanın 
böyük  şairi  klassik  ədəbiyyatımızda  ictimai  satiranın 
banisi  M.Ə  Sabirin  adı  verilmişdir.  1959-cu  ildən  Sabira-
bad  şəhəri  adlandırılmışdır.  Ərazisi  -  1,47  min  kv.  km, 
əhalinin sayı - 151,1 min nəfər, əhalinin sıxlığı – 1 kv. km-də 
103 nəfər (1 yanvar 2009-cu il). Şəhər 1, kəndlərin sayı – 74, 
inzibati-ərazi  dairəsi  –  25,  bələdiyyə  -  25,  iri  və  orta 
müəssisələrin sayı – 42,   
məktəbəqədər  uşaq  müəssisələrinin  sayı  –  22,  ümum-
təhsil  məktəblərinin  sayı  –  84,  texniki,  orta  ixtisas  və  peşə 
məktəblərinin sayı – 2, xəstəxanalar və tibb müəssisələrinin 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
91
sayı – 17, mədəniyyət ocaqlarının sayı – 131-dir. Sabirabad 
rayonu ilə Bakı arasında olan məsafə - 170 km-dir.   
SAATLI  rayonu.  Bərəkətli  Muğan  düzünün  əsas 
şəhərlərindən biri də bu düzün şimalında, Araz çayının sağ 
və  sol  sahillərində  yerləşən,  respublikamızın  inzibati 
rayonlarından olan Saatlıdır. Bu rayon 25 may 1943-cü ildə 
rayon statusu alıb, iyirmi il ərzində müstəqil inzibati ərazi 
kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilə-
rək  qonşu  Sabirabad  rayonunun  tərkibinə  qatılıb.  1965-ci 
ildən  yenidən  müstəqil  rayon  kimi  fəaliyyətini  davam 
etdirir.  "Saatlı”  etnonimi  XIV  əsrin  sonunda  Arpaçayın 
aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur--
Səəd  adlı  tarixi  əyalətdə  yaranıb.  Əvvəllər  Arpaçayın 
aşağı  axarı  və  Arazın  sağ  sahilində  yaşayan  saatlıların 
xeyli  hissəsi  XV  əsrin  30-cu  illərindən  qonşu  ərazilərə 
köçüblər.  Saatlıların  bir  qismi  Qazax  zonasında, 
1795-1798-ci illərdə isə bir qismi Qarabağda məskunlaşıb-
lar.  Saatlı  tayfasının  adı  Çuxur-Səəddə  yaşayan  tayfanın, 
yaxud  Əmir  Səədin  adını  daşıyan  və  qədimdən  Ağrıdağ 
vadisində  yaşamış  Azərbaycan  türklərinin  -  Saadlı 
tayfasının etnik adıdır . 
  Coğrafi  mövqeyi.  Antropogen  çöküntüləri  yayıl-
mışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru 
çöl  iqlimi  var.  Orta  temperatur  yanvarda  1,4  °C,  iyulda 
26,2  °C-dir.  İllik  Saatlı  rayonunun  ərazisi  düzənlikdir  və 
dəniz səviyyəsindən 28 metr aşağıdır. yağıntı 300 mm-dir. 
Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir 
adına  və  Aşağı  Muğan  suvarma  kanalları,  Mil-Muğan 


Ələsgər Mirzəzadə 
 
92
kollektoru  keçir.  Sarısu  gölünün  bir  hissəsi  rayonun 
ərazisindədir. 
  Rayonda  boz-çəmən,  boz,  şorakət,  bataqlıq-çəmən 
torpaqları  yayılmışdır.  Bitkiləri,  əsasən,  yarımsəhra  və 
səhra  tiplidir.  Heyvanları:  çöl  donüzü,  qumsiçanı,  su 
qunduzu, canavar, tülkü, dovşan, ilan, çaqqal və s. Quşları: 
bəzgək, turac, dovdaq və s. 
  Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatla-
rında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. 
mühüm yer tutur. "Saatlı Pambıq" ATSC-nin emal zavodu, 
"Şəki İpək" ASC-nin pambıqçılıq idarəsi və pambıq qəbulu 
məntəqəsi, "Pambıq" kiçik müəssisəsi, şirə emalı müəssisə-
ləri, 16 un dəyirmanı, 2 üzlük plitə sexi, quşçuluq-broyler 
sexi və s. var 
  Tarixi  və  memarlıq  abidələri.  Azərbaycan  Respub-
likası  Nazirlər  Kabinetinin  2001-ci  il  2  avqust  tarixli  132 
nömrəli  qərarı  ilə  təsdiq  edilmiş,  9  arxeoloji  abidə  qeydə 
alınıb: 
  Cəfərxan  nekropolu  –  antik  dövrü  əhatə  edir, 
Sarıcalar kəndi ərazisindədir. 
  Keçiqıran  küp  qəbirləri  nekropolu  –  e.  ə.  I  minilliyi 
əhatə edir, Azadkənd kəndi yaxınlığındadır. 
  Azadkənd  nekropolu  –  e.  ə.  II-I  əsrləri  əhatə  edir, 
Azadkənd kəndi ərazisindədir. 
  I  Qaralar  nekropolu  –  e.  ə.  III-I  əsrləri  əhatə  edir, 
Qaralar kəndi ərazisindədir 
  II  Qaralar  nekropolu  –  e.  ə.  III-II  əsrləri  əhatə  edir, 
Qaralar kəndi ərazisindədir. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
93
  III  Qaralar  nekropolu  –  e.  ə.  IX-XVII  əsrləri  əhatə 
edir, Qaralar kəndi ərazisindədir. 
  Muğan  nekropolu  –  e.  ə.  VI-I  əsrləri  əhatə  edir, 
Muğan kanalının yaxınlığındadır. 
  Abasbəyli  nekropolu  –  e.  ə.  II-III  əsrləri  əhatə  edir, 
Sarısuçay-Cərgəlana çay töküldüyü yerdədir. 
  Məmmədabad  nekropolu  –  e.  ə.  II-III  əsrləri  əhatə 
edir, Məmmədabad kəndi ərazisində yerləşir. 
  Qədim yaşayış yerləri. Araz düşərgəsi – Araz çayının 
sahillərində indiki Qıraqlı kəndi yaxınlığında daş dövrünə 
aid edilən düşərgə izi olmaqla neolit dövrünə aid edilir. 
  Qaralar  tunc  dövrü  yaşayış  yeri  –  Qaralar  kəndi 
yaxınlığında  aşkar  edilməklə  e.  ə.  III-II  minilliklərə  aid 
edilir. 
  Abasbəyli yaşayış yeri – indiki Nərimankəndin şərq 
tərəfində  aşkar  edilmişdir  –  bu  abidə  XI-XIII  əsrlərə  aid 
edilir. 
  Muğan  yaşayış  yeri  –  rayonun  Azadkənd  kəndi 
ərazisində aşkar edilməklə insanlar tərəfindən əsrlər boyu 
qışlaq kimi istifadə olunmuşdur. 
  Məmmədabad  yaşayış  yeri  –  buradan  tapılmış 
materiallar  əsasında  yaşayış  yerini  X-XVI  əsrlərə  aid 
edirlər. 
  Sarısu  yaşayış  yeri  –  buradan  tapılmış  saxsı  qablar 
IX-XII əsrlər üçün səciyyəvidir. 
  Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri – tapılmış 
məişət əşyaları XII-XVI əsrlərə aid edilir. 
  SALYAN  şəhəri.  Muganın  inkişaf  etmiş  orta  əsr  və 
müasir şəhərlərindən biri də Salyan şəhəridir. Salyan adının 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə