Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə31/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

Ələsgər Mirzəzadə 
 
126
Polutəpə abidəsi. 
 
Bu abidənin yerləşdiyi əra-
zi də Üçtəpə kəndində yerləşir. 
Kəndin  şərq  hissəsində  yer-
ləşən bu abidənin sahəsi 6 ha--
dan çoxdur. Ümumi mədəni tə-
bəqə 5 metrdir.   
Qazıntı zamanı burada 2 tə-
bəqə  (dövr)  aşkar  olundu.  Üst 
təbəqə b.e. IX-XI əsrlərə, alt tə-
bəqə isə son neolit dövrünə aid 
edildi.   
      2014-cü  ildə  arxeoloq 
T.Axundov tərəfindən Polutəpədə aparılan arxeoloji qazıntı 
zamanı aşkar olunan tapıntılar: Dulus kürələri, kərpicdən 
və möhrədən tikililər, insan qəbirləri, o cümlədən evlərin 
arasında  basdırılmış  iki  uşaq  qəbri,  müxtəlif  bəzək  və 
məişət nümunələri, sümük və daşdan düzəldilmiş istehsal 
alətləri,  primitiv  bişirilmiş  və  miladdan  öncəyə  gedib 
çıxan saxsı küpün içərisində bitki qalıqları.   
  Polutəpədə bunlardan əlavə, küpün içərisində oyna-
maq üçün aşıqlar və sapand daşları da aşkar olundu.   
  2016-cı  il  avqustun  əvvəllərində  Polutəpədə  qazıntı 
işləri  T.Axundov  tərəfindən  davam  etdirilərək,  5-ci 
metrədə sona çatdırıldı. Bir həftə ərzində ərazidən heyvan 
sümüklərindən  kəsilmiş,  deşilmiş  və  cilalanmış  əmək, 
məişət və ov alətləri, boyaqsız qablar, çaxmaqdaşları, 9-10 
sm hündürlüyündə qadın fiquru, çoxluca ocaqlar və digər 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
127
nümunələr tapıldı. Am-
ma, sonda aşkar olunan 
ibadət  evi  -  məbədi( 
mütəxəssisin fikrinə gö-
rə)  alimlə  yanaşı,  biz-
lərdə  də  çox  maraq 
oyatdı.  (Qeyd  edim  ki, 
bir  neçə  tarixçi  və  mə-
dəniyyət  işçisi  mütə-
madi olaraq qazıntı yerində olurduq). Çünki Axundovun 
dediyinə görə, bu abidə Cənubi Qafqazda aşkar olunan ən 
qədim ibadət evidir.   
  İş  yekunlaşdırıldıqdan  sonra,  ərazidən  tapılan  eks-
ponatlar  öyrənilmək  üşün  AMEA-nın  elmi  labora-
toriyasına aparıldı.   
 
 
Mişarçay və Həməşərə abidəsi.
 
 
Bu  abidələr  Cəlilabad  şəhərinin  cənubunda  yerləşsə 
də,  artıq  hal-hazırda  şəhər  mərkəzinə  birləşməkdədir. 
1965-ci ildə F.Mahmudovun başçılığı altında Cənub-Şərqi 
Azərbaycanın 
mü-
hüm arxeoloji ərazilə-
rindən  biri  olan  Mu-
ğanda  təşkil  edilən 
elmi  ekspedisiya  bu 
ərazilərdə  eneolit  və 
tunc  dövürlərinə  aid 
bir  çox  yaşayış  ob-
yekti aşkar etmişdir.   


Ələsgər Mirzəzadə 
 
128
Bu regiondan aşkar edilən 24 yaşayış məskənindən 8-i 
ilk  və  orta  tunc  dövrünə  aiddir.  Bunların  da  başinda 
“Mişarçay mədəniyyəti” durur. 
  Mişarşay  yaşayış  məntəqəsindən  aşkar  edilən  saxsı 
qabların  araşdırılması  göstərdi  ki,  onlar  orta  tunc  döv-
rünün  tipik  nümunələridir.  Alimlər  tərəfindən  (F.Mah-
mudov,İ.Nərimanov)  bu  materialların  bir  daha  tədqiqi 
sübut  etdi  ki,  bu  ya-
şayış  məskəni  ilkin 
tunc  dövrünün  orta 
tunc  dövrünə  keçdiyi 
bir  vaxta  -  e.ə.  III  mi-
nilliklə  II  minilliyin 
hüduduna aiddir. 
  Möhtəşəm Həmə-
şərə  abidəsi  Mişarçay 
sakinlərinin  bu  günə  qədər  öz  varlığını  saxlamış  yeganə 
yerüstü  abidəsidir.  Həməşərənin  keçmişini  əks  etdirən 
Mişarçay  abidələrində  yaşayış  üçün  primitiv  tikilmiş 
mədəni divar qalıqları aşkar edilmişdir. Divarlar möhrə və 
çiy kərpiclərdən hörülmüıdür.   
  Görkəmli  coğrafiyaşünas  alim  Həmdullah  Qəzvini 
vaxtilə  Həməşara  şəhərində  olmuş  və  bu  yaşayış  yeri 
haqqında  maraqlı  məlumatlar  vermışdir:  “...  Şəhər  dəniz 
kənarında  yerləşir.  Dənizə  qədər  olan  məsafə  2  fərsəxdir 
(1  fərsəx  6-7  km-dir  -  Ə.M.).  Ərazi  5-ci  iqlimə  daxildir. 
Həməşara  şəhəri  Biləsuvarla  talış  mahalının  arasında 
yerləşməkdədir”.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
129
  Səid  Əli  Kazımbəyoğlu  “Cəvahirnameyi-Lənkəran” 
adlı  əsərində  yazır:  “...Həməşara  qalası  Muğan  çölün-
dədir.  Tarixi  kitablarda  onun  Xəzər  dənizinin  kənar 
sahilində  yerləşməsi  haqqında  məlumat  vardır.  ...”Zi-
nətül-məclis” kitabının müəllifi cənab Məcdəddin bu haq-
da  belə  buyurur  ki,  Həməşərəni  Əbrəşəhrə  ibn  Güdərz 
tikdirmişdir”. 
  Həməşara  təpəsi  tarixi  tədqiqatlara  görə,  Zərdüş-
tlüklə  bağlı  təpədir. Dünyanın  ən  qədim  dinlərindən  biri 
olan Zərdüştilik xalqımızın miladdan əvvəl və sonrakı ilk 
orta  əsr  həyat  və  məişətindən,  təsərrüfat  və  mədəniy-
yətindən bəhs edən ən dolğun bir mənbə olmuşdur. Buna 
görə  də bu  abidə bir çox  qabaqcıl  tədqiqatçı və  alimlərin 
diqqətini  cəlb  etmiş,  o  cümlədən  yerli  tədqiqatçıların  da 
(R.Əsgərov,Ə.Mirzəzadə,  S.Nəsiroğlu,  E.Əmənov,  R.Rza-
yev) maraq dairəsində olmuşdur. 
  Bunlarla  yanaşı  bölgənin  arxeoloji  xəritəsinin  hazır-
lanması  məqsədilə  ərazidə  kəşfiyyat  axtarış  işləri  davam 
etdirilmiş, onlarla yeni tarixi abidələr qeydə alınmışdır.   
     
 
Qoşatəpə - 
XII-XIII əsr abidəsi 
 
Tarixi Qoşatəpə abidəsi Uzuntəpə kənd ərazisindən 2 km 
məsafədə,  şimal-qərb  tərəfdə  yerləşir.  Qoşatəpə,  adından 
göründüyü  kimi,  iki  təpədən  (kurqandan)  ibarət  olub. 
Onlardan biri və ən əhəmiyyətlisi 2011-ci ildə münbit torpaq 
kimi götürülərək yoxa çıxdı.
 
  Qeyd:“Kurqan”  nədir?  Kurqanlar  yüksək  mənsəbli 
ölülərin  qəbirləri  (“axirət  evləri”)  üzərində  ucaldılmış 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə