Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

Ələsgər Mirzəzadə 
 
134
qablar  “ailəsini”  yaratmışlar.  Qoşatəpə  yaşayış  məs-
kənində tapılan boyalı saxsı qablar “ailəsi” də, çox güman 
ki, Azərbaycan keramika məktəbinin bir hissəsidir. Çünki, 
bu  tipli  şirli  qablar  Naxçıvan  və  Qarabağ  keramika 
sənətkarlığına uyğun gəlir. 
  Çox  güman  ki,  Qoşatəpədən  tapılan  bu  boyalı  qab-
ların mənşəyi Azərbaycanla yanaşı Kiçik və Orta Asiya da 
ola  bilər.  Xalqımızın  Yaxın  və  Orta  Şərqlə  iqtisadi  -  mə-
dəni və siyasi əlaqələr qurması buna imkan verir. 
Eynı zamanda, Türk və Monqol yürüşləri nəticəsində 
bu ərazilərin yaylaq və qışlaq yaşayış sahəsi seçilməsi və 
sonralar döyüşlər nəticəsində dağılması ehtimalı da var. 
  Ərazidən  tapdığımız  rəngbərəng  saxsı  qabların 
bəziləri rənglərinə və naxış ornamentinə görə eyni olsa da, 
çoxları müxtəlif rənglərdən və naxışlardan ibarətdir. Onlar 
şəffaf,  mavi,  açıq  qonur,  ağ  və  qəhvəyi,  tünd  qəhvəyi, 
tünd yaşıl, sarı rənglərlə şirələnmiş və bəzədilmişdir. Na-
xışlar nəbati, həndəsi və bir çox ornamentlərdən ibarətdir 
Qədim  və  orta  əsrlərdə  rənglər  təbibitkilərlə  yanaşı, 
torpağın  tərkibində  metalların  oksidləşməsi  nəticəsində 
yaranan  rəngli  gil  torpaqlardan  da  alınırdı.  Misal  üçün, 
marqanes oksiddən “şabalıdı” rəng, mis oksiddən “yaşıl” 
rəng, dəmir oksiddən “sarı” rəng, kobalt oksiddən “mavi” 
rəng  və  digər  metalların  da  oksidləşməsindən  müxtəlif 
rənglər alınırdı. Bu rənglər o dövrün sənətkarları tərəfin-
dən  müxtəlif  şirli  saxsı  qabların  üzərinə  köçürülür  və 
cürbəcür naxışlarla bəzədilirdi. 
  Ortası  götürülmüş  təpənin  divarlarında  həyatın 
əlamətlərini  əks  etdirən  mədəni  nümunələrdən  biri  də, 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
135
dairəvi  təndirin  olması  idi.Tam  şəkildə  öz  formasını 
saxlamasa  da  bişmiş  “piyə”lərin  və  içindəki  küllərin 
varlığı onun ya çörək bişirmək, ya da saxsı qab bişirmək 
üçün  olduğunu  göstərirdi.  Hələ  Eneolit  dövründən 
mövcud  olan  təndirlər  xalqımızın  həyatında  və 
məişətində çox böyük rol oynayaraq, getdikcə nəsildən – 
nəslə keçmişdir.   
  Bütün  bu  tarixi  “qaranlıqlar”,  Uzuntəpə  ərazisində 
yerləşən  Qoşatəpə,  Cəngitəpə,  kəndiçi  Mişarçay  və  bir 
neçə  tarixi  abidələrin  irimiqyaslı  arxeoloji  tədqiqatından 
sonra  aydın  ola  bilər.  Burada  Azərbaycanın  elə  vacib  və 
gərəkli tarixi yatır ki, öyrənilərsə, bir çox qara kabusların 
üzərimizdə olan kölgəsini dəf edəcəkdir. 
 
 
 
             


Ələsgər Mirzəzadə 
 
136
III FƏSİL
 
 
MUĞANŞÜNASLARDAN SƏTİRLƏR... 
 
MUĞAN HAQQINDA ƏFSANƏ 
 
  Deyirlər,  bu  yerlərin  təbiəti  çox  gözəl,  adamları  isə 
igid olub. Oğlanlar qızları, qızlar da oğlanları bacarığına, 
igidliyinə, qədd-qamətinə görə sevər, icdivac bağlayarmış. 
Rəvayətə  görə,  Muğan  enlikürəkli,  sağlambədənli,  ağıllı 
və qoçaq oğlan idi. Göytürk el– obasının qızları elə buna 
görə  də  ona  bir  könüldən  min  könülə  aşiq  olmuşdular. 
Muğan  isə  Zivər  adında  bir  qızı  sevirdi.  Hər  ikisi  bir 
obada  böyüyüb  boya-başa  çatmışdılar.  Onlar  el 
şənliklərində,  toy-bayramlarda  keçirilən  yarışmalarda:  ox 
atmaqda,  at  çapmaqda,  qol  çırmalayıb  qurşaq  tutmaqda 
bir-birinə  üstün  gəlmək  üçün  çox  səy  göstərsələr  də, 
sonda  oyunu  heç-heçə  qurtarardılar.  Muğan  uzaq-
dan-yaxından Zivəri heyrətlə süzür, bir-birinə tuş gələndə 
danışmağa  söz  tapmır,  nitqi  tutulardı.  Zivər  də  onun  bu 
halına gah həyəcanla tamaşa edər, gah da xəfifcə gülüm-
sünərək köks ötürərdi.   
  O  əyyamlarda  atəşgahlarda  dua  mərasimi  zamanı 
elin igid oğlanlarına xoşbəxtlık, bəxtiyarlıq arzulanardı. El 
ağsaqalları  həmişə  igid  Muğana  xeyir-dua  verib  deyər-
dilər: “Bizim Aşina tayfasından  olan qoçaq Muğanımızın 
nə  qədər  canı  sağdır,  sürülərimiz  otlaqlarda  arxayın 
otlayacaq,  adamlarımız  azad  gəzəcək,  yamyaşıl  meşələ-
rimizə,  durnagözlü  bulaqlarımıza,  ceyranlı-cüyürlü  çöllə-
rimizə  yaddelli  qəbilələr  göz  dikməyəcəklər.  Tanrı  onu 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
137
qorusun...”  Bax  Muğan  elin  hörmətini,  elin  məhəbbətini 
beləcə  qazanmışdı.  Aşina  sülaləsinin  başçısı  Qara  xaqan 
dünyasını dəyişəndən sonra ağsaqqalların xeyir- duası ilə 
taxta  cəsur  Muğan  çıxdı.  O,  el-obanı  nəinki  yaddelli 
qəbilələrin hücumundan qoruyurdu, hətta ətrafına yığdığı 
igidlərlə İpək yolunu öz nəzarətı altına alıb, güc və qüdrət 
sahibi  olmuşdu.  Lakin  yağılara  qarşı  nə  qədər  sərt, 
amansız  olsa  da,  Muğan  hamı  kimi  öz  elinin 
adət-ənənəsinə  qayğı  göstərirdi.  Yaxşı  bilirdi  ki,  elin 
adət-ənənəsini icra etməyincə Zivərə qovuşmaq üçün toy 
mərasimini başlamaq qəbahətdir. Bu eldə bir-birinə könül 
verən  oğlanla  qızın,  ilk  növbədə,  nəsli,  qohumluğu 
öyrənilirdi.  El  atətincə  qohumla  ailə  qurmaq  olmazdı. 
Sonra  bir-birinin  ardınca  məhəbbət  və  sədaqət  sınaqları 
başlanırdı.  Son  sınaq  və  söz  qız  atasının  idi.  Zivəri  atası 
İpək yolu uğrunda son savaşda şəhid olmuşdu. Ona görə 
anası  Muğanı  el  ağsaqqallarının  hüzurunda  qəbul  edib 
dedi: “Mən qohumluğa razıyam. Amma bu icdivacla bağlı 
bir  xahişim  var.  Bizim  el-oba  alaçıqlarda,  bir-birindən 
uzaq  oymaqlarda  yaşayır.  Düşmən  basqın  edəndə  qız 
–gəlinləri, köpə uşaqları qorumaq üçün sığınacaq yerimiz 
olmur. Muğan, sən kücələri enli, ətrafı hündür hasarlı bir 
şəhər  salmalısan.Şəhər  axar  çayın  üzərində,  dəniz 
kənarında  tikilməlidir.  Yalnız  bundan  sonra  öz  qızımın 
toyuna razılıq verəcəyəm”. Şəhər salmaq asan deyildi, özü 
də  həm  çox  ağır  zəhmət,  həm də  uzun  vaxt  tələb  edirdi. 
Bu  düşuncələr  Muğanın  qəlbini  sıxdı,  o,  ruhdan  düşdü. 
Elın  ağsaqqalları  və  başbilənləri  ona  ürək-dirək  verdilər: 
“Oğul,  sən  bizim  göytürk  elinin  xaqanısan.  Oturduğun 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə