Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
147
Xudabəndənin (hakimiyyət illəri: 1578-1587) adı ilə bağla-
yanlar  var.  Sayca  dördüncü  Səfəvi  şahı  olan  Məhəmməd 
Xudabəndənin  (1532-1595)  gözləri  zəif  gördüyündən 
hakimiyyəti onun arvadı, I Şah Abbasın anası Xeyrənnisa 
Bəyim  də  idarə  edib.  Maraqlısı  budur  ki,  bu  günlərəcən 
Xırmandalıda  ən  çox  tanınan  altı-yeddi  tayfadan  biri 
xeyrənnisəlı  kimi  qələmə  verilir.  Xırmandalıların  3-4  əsr 
bundan öncə Anadoluya və İraqa köçməsi ehtimal olunur. 
Çox təəssüflər ki, bu gün də «öz kökündən çoxdan qopub, 
kökdən yazan» tarixbaz alimlər var ki, tarxin səhifələrinə 
qara  ləkələr  salaraq  türkdilli  tayfaların  Azərbaycana  X 
əsrlərdən  sonra  gəldiyini  iddia  edirlər.  O  taylı-bu  taylı 
Azərbaycanımızda onlarca Xırmanlı, Xırmandalı, Xırman-
təpə  və  bu  qəbildən  olan  və  s.  adlar  var  ki,  bəzilərinin 
mənşəyi b. e. ə. ikimininci illiyə gedib çıxır. 
Yadımdadır,  ötən  əsrin  altımışıncı  illərində  təhsil 
aldığım  Xırmandalı  kənd  məktəbində  tarix  müəllimimiz 
Əsgər  Zahidovun  rəhbərliyi  ilə  Nəsrəddin  Tusu  adına 
mədəniyyət  tarixini  öyrənən  dərnək  və  onun  bazasında 
muzey  yaradılmışdı.  Az  müddətdə  bu  muzeyə  tarixi 
keçmişimizdən  soraq  verən  400-500  nümunə  toplandı. 
Onların  hamısı  kəndimizin  və  eyni  zamanda,  qonşu 
Hacıtəpə  kəndinin  ərazisində  ekskavatorlar,  buldozerlər 
yer  qazarkan  torpağın  dərin  qatlarından  üzə  çıxan 
tapıntılar idi. 1974-cü ildə kəndin ərazisindən Azərbaycan 
Atabəylər  dövləti  (1136-1225)  dövründə  zərb  edilmiş  pul 
dəfinəsi  aşkar  edilmişdir.(Sonralar  həmin  tapıntılar 
Masallıda  fəalliyyətə  başlayan  tarix-diyarşünaslıq  muze-
yinə verildi). 


Ələsgər Mirzəzadə 
 
148
  Bəzi  araşdırmaçılar  türkdilli  tayfaların  Azərbaycana 
köçüb  gəlməsi  fikrində  yanıldığı  kimi,  Xırmandalı 
sözünün mənşəyində də yanlış nəticələr çıxarırlar. 
Xırmandalı və Muğan haqqında maraqlı tədqiqatların 
müəllifi  professor  Əsgər  Zahidov  məqalələrinin  birində 
gösətərir  ki,  Həsən  bəy  Zərdabi  adına  Gəncə  Pedaqoji 
İnstitutunun  dossenti,  nizamişünas  alim  Xəlil  Yusifovun 
(sonra  filologiya  elmləri  doktoru,  professor-N.Ə.) 
yozumuna görə, Xırmandalı sözünün mənası «tikanlı gül» 
deməkdir.Lakin  bu  da  bir  həqiqətdir  ki,  Azərbaycanın 
əksər  bölgələrində  çəltik  əkini  sahəsi  xır  adlanırdı.  Bəzi 
türkdilli tayfalarda xır – düzənlik, tarla, zəmi mənalarında 
işlədilir.  Əzəldən  əkin-biçinlə  məşğul  olan  dədə-babala-
rımız taxılın döyülüb və təmizlənməsi üçün ayrılan yerə, 
meydançaya  xırman  deyiblər.  Adətən,  belə  yer  külək 
tutan,  açıq  sahələr  olurdu.  Bu  gün  Masallının  başqa, 
xüsusən  də  dağətəyi  kəndələrindən  fərqli  olaraq,  Muğan 
kəndlərində, o cümlədən Xırmandalı kəndində həyətyanı 
əkinçilik sahəsinə xırman deyirlər. Bütün bunlarla yanaşı 
Xırmandalı  sözünün  mənşəyi  barədə  el  arasında 
rəvayətlər də mövcuddur. Kəndin qocaman sakinlərindən 
biri Məşhədi Əliheydər kişinin yaddaşından qələmə aldu-
ğım  bu  rəvayət  isə  vaxtilə  30  il  bundan  qabaq  radionun 
«Bulaq» verilişində səsləndirilib və səksəninci illərdə «So-
vet  kəndi»  adlanan  qəzetin  «Azıx  folklor  muzeyi»  gu-
şəsində  çap  olunub.  Rəvayətdə  nəql  olunur  ki,  ötənlərdə 
mehribançılıqda,  hörmətçillikdə  və  nəfsitoxduqda  ad 
çıxarmış iki qardaş bu oymaqda bir əkər, bir biçər, dəni də-
yirmanda  bir  üyüdərmişlər.  Bölgüyə  gələndə  hər  kəs  qə-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
149
dərincə  götürüb  bəsimdi  deyərmiş…  Günlərin  bir  günü 
qardaşlar xırmandan paylarına düşən məhsulu öz evlərirnə 
aparırlarmış.  Böyük  qardaş  evliymiş.  Düşünür  ki,  mən 
evli-eşikli  adamam,  güzaranım  da  pis  deyil.  Qoy  kiçik 
qardaşımın payı çox olsun! Bu gün-sabah ailə qurar, ehtiyacı 
olar…  Elə  bu  fikirlə  öz  payından  bir  hissəni  ayırıb  qatır 
qardaşının  payına…  Subay  qardaş  da  öz-özlüyündə 
götür-qoy  edir  ki,  böyük  qardaşım  evli-eşiklidir,  bir  çətən 
külfəti  var,  mənimsə  nə  yeyənim  var,  nə  dağıdanım,  qoy 
məhsulun  çoxunu  o  aparsın.  Və  öz  payından  böyük  bir 
hissəsini  qatır  qardaşının  nayına…  Bu  minvalla  paydakı 
nişan hər gün pozulur. Xırmandan məhsul tükənmək bilmir. 
El-obaya  hay  düşür  ki,  balam  bu  qardaşların  xırmanı  hey 
aşıb-daşır,  xırman  dolu  qaldı…Sonralar  bu  qardaşları  el 
arasında  nişan  verəndə  deyərmişlər  ki,  Xırmanı  dolu  olan 
filankəslər.  Əliheydər  kişi  deyirdi  ki,  özümdən  qabaq 
yaşayan  ağsaqqalların  dediyinə  görə,  bizim  Xırmandalı 
kəndinin adı bu əhvalatdan  binə tutub.  (Bax: «Azıx folklor 
muzeyi», «Sovet kəndi» qəzeti, 26 iyul 1985) 
  Burdan belə nəticəyə gəlmək olar ki, Xırmandalı bir 
çox  qədim  mənbələrdə  işlədilən  Harmandalu  və 
Xırmandalu  sözünün  eynidir.  Hətta  qardaş  Türkiyədə 
«Harmandalı»  adlı  qədim  folklor  rəqsi  də  mövcuddur. 
Bakıda  fəaliyyət  göstərən  türk  iş  adamlarından  biri 
Harmandalı soyadını daşıyır. 
  Bəs  Xırmandalılar  tayfası  indiki  Xırmandalıya  necə 
və nə vaxt gəlib çıxıblar? 
  Səfəvilər dövlətinin süqutundan bir müddət keçəndən 
sonra  Azərbaycanın  müxtəlif  xanlıqlarında  tez-tez 


Ələsgər Mirzəzadə 
 
150
münaqişələr  olurdu.  Ərdəbil  xanlığında  belə  münaqişə-
lərdən  usanmış  tayfa  başçısı  Şahsevən  Məhəmməd  xanın 
tabeliyində  olan  xırmandalıların  böyük  dəstəsi  köçüb 
Xəzərin qərb sahilində məskən salmışlar. Onu da qeyd edim 
ki,  bura  –  Xırmandalıya  Qarabağ  xanlığından  ayrılıb  gələn 
ailələr  də  vardı.  Əsgər  müəllimin  araşdırmalarından  bəlli 
oldu  ki,  Tbilisi  Dövlət  arxivində  saxlanılan  sənədlərin 
arasında  xırmandalıların  Quba  xanı  –  Fətəli  xanın  adına 
yolladığı  ərizədə  burada  yurd  salıb,  yaşamağa  icazə 
istədikləri  bildirilir...  Alimin  qeyd  etdiyinə  görə,  şahsevən-
lərdən  ibarət  olan  xırmandalıların  əsas  məşğuliyyəti 
əkinçilik və maldarlıq olub. 
Yeri  gəlmişkən,  xatırladım  ki,  Xırmandalı  həm  də 
əzəldən  ovçuluq  üçün  əlverişdi  yer  olub.  Otən  əsrin 
qırxıncı  illərinin  sonunda  bura  xalq  şairi  Səməd  Vurğun, 
Süleyman Rüstəm, Zeynal Xəlil və başqa görkəmli adam-
lar ova gəliblər. Masallının Xırmandalı kəndində yaşayan 
bəzi  ailələrin  Biləsuvarın  Xırmandalı  kəndində  yaşayan 
ailələrlə qohumluq əlaqəsi mövcuddur. Ən mapraqlısı da 
budur  ki,  Şəhriyar  düzənliyi  və  ya  yaşayış  yeri  kilo-
metlərlə  bir-birindən  aralı  olsa  da,  hər  iki  rayonun  əra-
zisində vardır. 
  HAŞİYƏ:  Təbrizdə  nəşr  olunmuş  “Tarixi  Əfşar” 
kitabına  istinadən  muğanlılar  yüzlərlə  əfşar  tirələrindən 
biri  hecab  olunur.  Kitabın  “Əfşar  elinin  oymaqları  və 
tayfa-tirələri”  hissəsində  yazılır:  “Quzey  Azərbaycanında 
Əfşar elinin Araşlı (Ağcəbədi), Qırxlı (Tovuz), Xırmandalı 
(Biləsuvar, Masallı) oymaqları qərar tutublar. .   


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə