Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

Ələsgər Mirzəzadə 
 
130
konusvari  təpələrdən  ibarət  abidələrdir.  Onların  hündür-
lüyü və əhatə dairəsi müxtəlif də ola bilər. Kurqan, adətən 
türk məzarlarına verilən addır.   
  2009-cı  ildə  Uzuntəpə 
abidələrinə  baxış  keçir-
mək  üçün  bura  dəvət 
olunmuş AMEA Arxeo-
logiya  və  Etnoqrafiya 
institutunun  əməkdaşı, 
professor 
T.Axundov 
da buranın çox əhəmiy-
yətli  tarixi  təpə  və 
kurqan  olduğunu  söyləmiş  və  yaxın  gələcəkdə  burada 
geniş  arxeoloji  tədqiqatların  aparılmasının  mümkün-
lüyünü  qeyd  etmişdi.  Lakin,  çox  təəssüf!  Çox  təəssüf  ki, 
vacib  kurqanlardan  ən  əhəmiyyətlisi  altının  varidatı  ilə 
birlikdə müəmmalı şəkildə yoxa çıxdı...   
  ...Amma,  bir  neçə  ildən  sonra,  vaxtilə  abidənin  alt 
qatından  əldə  edilmiş  dəfinə  haqqında  məlumatlar  əldə 
edildi. Məlumatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya 
institutundan gəldi. 
  Akademiyanın bir məsul şəxsı (mənim yaxın tanışım) 
araşdırmalarla məşğul olduğuma görə bu iş haqqında mə-
ni də məlumatlandırdı. Dəfinə haqqında məlumat belə idi: 
-  Bu  dəfinə  2011-ci  ildə  Qoşatəpədə  -  qədim  yaşayış 
yerində (artıq bu abidə AMEA-nın əməkdaşları tərəfindən 
qeydə alınmışdı) aparılmış torpaq işləri zamanı aşkar olu-
nub. Pul dəfinəsi təsərrüfat küpünün içərisində çoxlu say-
da  mis  sikkələrdən  ibarət  olmuşdur.  Təəsüflər  olsun  ki, 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
131
torpaq  işləri  zamanı  bu  sikkələrin  əksəriyyəti  dağıdılıb, 
it-bat olub. Dəfinədə əldə olunan 273 ədəd mis sikkələr isə 
tədqiq  olunmaq  üçün  AMEA--
nın  Arxeologiya  və  Etnoqrafiya 
institutuna təqdim edilib.Sikkələr 
AMEA-nın Radiasiya Problemləri 
İnstitutunun “Radiokimya”labo-
ratoriyasında  kimya  elmləri  na-
mizədi  Rauf  Quliyev  tərəfindən 
kimyəvi  üsullarla  təmizlənmiş 
və  onların  üzərində  aparılmış 
elmi  tədqiqat  işləri  tam  başa 
çatdırılmışdır.   
      Tədqiqatın  nəticəsinə  görə, 
mis  dinar  (dirhəm)  və  fəlslərdən  ibarət  olan  bu  sikkələr 
Azərbaycan  Atabəy  Eldəgizlər  dövrünə  (XII  əsr)  aid  olub, 
numizmat  alim,  professor  Əli  Rəcəbli  tərəfindən  tədqiq 
edilmiıdir. Əli Rəcəbliyə görə, sikkələrin epitafiyalarındakı 
salamat  qalan  hissələrindən  oxumaq  olur  ki,  qədim  mis 
pullar  İraq  Səlcuq  sultanı 
Sultan Arslan şahın (1161--
1176)  adından  kəsilmişdir. 
Dirhəmin  bir  tərəfində  Ab-
basilər xəlifəsi Əbül Müzəf-
fər  əl  Müstəncidin  (1160--
1170)  adı,  digər  tərəfində 
Qurani-Kərimin  “Tövbə” 
surəsinin  33  ayəsindən  bir 
epiqraf həkk edilmışdir.   


Ələsgər Mirzəzadə 
 
132
  İş başa çatdırıldıqdan sonra, dəfinə 28 avqust 2016- cı 
il tarixdə nümayiş etdirilmək üçün Arxeologiya və etnoq-
rafiya  şöbəsinin  elmi  işlər  üzrə  direktor  müavini  N.Mu-
seyiblinin  rəyi  ilə  institutun  aparıcı  elmı  işçisi,  arxeoloq 
A.Ağalarzadə  tərəfindən  öz  vətəninə  -  Cəlilabad  rayon 
Tarix Diyarşünaslıq Muzeyinə təhvil verildi. Təqdimetmə 
mərasimində  Mədəniyyət  və  Turizm  şöbəsinin  müdiri  R. 
Salmanov, MSK-nın müdiri E.Hüseynov, tarixçilər E.Əmə-
nov, R.Rzayev, Ə.Mirzəzadə, CTV və Aztac-ın əməkdaşla-
rı, o cümlədən muzey işçiləri iştirak etdilər... 
  Təqdimatdan  sonra  biz  dəfinənin  aşkar  olunduğu 
kurqana baxış keçirdik. Tarixi sahə 2.5 – 3 ha ərazini əhatə 
edir. Biz orada müşahidə apararkən, buranın təkcə kurqan 
yox,  həm  də  yaşayış  sahəsi  olduğunu  müəyyənləşdirdik. 
Ətrafa səpələnmiş mədəni məişət əşyalarının qırıqları, tən-
dir yerləri, çiy kərpiclər insanların burada yaşamasını, hə-
yat sürməsini sübut edirdi. 
Yaşayış  yerinin  dağıdılmış  hissəsində  qırmızı  rəngli 
yanmış təndir və ya ocaq izləri adamı özünə cəlb edirdi. Bir 
tərəfdə təsərrüfat quyularının izləri, digər tərəfdə heyvan və 
insan  sümüklərinin  səpələnmiş  hissələri  buranın  qədim  və 
orta əsr yaşayış sahəsi olmasından da xəbər verirdi. 
Hələ  2011-ci  ildə  biz  məktəb  uşaqları  ilə  birlikdə  ora 
ekskursiya təşkil etmişdik. Dağılmış abidədən orta əsrləri 
əks  etdirən  şirsiz  saxsı  məmulatlardan  qara  çıraqlar, 
qazana oxşar qablar (sınıq şəkildə), səhəng qulpları, dolça 
qırıqları,  küplər,  qazan  qapaqları  və  çoxluca  sınıq  mə-
mulatlar aşkarlamışdıq. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
133
Eyni  zamanda  şirli  və  boyalı  saxsı  məmulatlardan 
boşqablar (sınıq şəkildə), kasa tipli qab ( altı hündür, sınıq 
şəkildə), vazaya oxşar qab (sınıq şəkildə) və bir çox şirli - 
rəngli sınıq saxsı parçaları əldə etdik. 
  Tuf  və  çöl  daşından  dən  çəkən  daşın  bir  neçə  yerə 
bölünmüş  hissələrini  də  saxsı  qablarla  birlikdə  tarix  ka-
binetinə gətirdik.   
  Tapılan  boyalı  saxsı  qablar  mədəniyyəti  tarixdə  Son 
Tunc  və  İlk  Dəmir  dövrləri  üçün  daha  səciyyəvidir. 
Mədəniyyətin  bu  tipinə  aid  nümunələr  XIX  əsrin 
sonlarında  aşkar  edilsə  də,  onun  elmi  tədqiqi  XX  əsrdə  - 
Sovet hakimiyyəti illərində olmuşdur.   
  O.Həbibullayev  və  İ.Əliyevin  fikirlərinə  görə  e.ə. 
V-III  minilliklərdə  mey-
dana  çıxan  gil  qablar,  o 
cümlədən  boyalı  qablar 
mədəniyyəti  Aralıq  də-
nizindən  başlamış  Çinə-
dək  bir  ərazini  əhatə  et-
miş  və  yaxın  Şərq  ölkə-
ləri ilə iqtisadi və mədəni 
əlaqələrin nəticəsində Azərbaycanda da formalaşmışdır. 
  Amma  bu  fikirlə  razılaşmayıb  (Vəli  Əliyev)  boyalı 
qablar  mədəniyyətinin  Vətəninin  Azərbaycan  olmasını, 
məhz  buradan  Zaqafqaziyaya,  Şimali  Qafqaza  və  Ön 
Asiyaya daxil olmasını iddia edənlər də var. 
  Azərbaycan  sənətkarları  Son  Tunc  və  İlk  Dəmir 
dövründən başlayaraq, ilk orta əsrlər dövrü daxil olmaqla 
şirli  –  boyalı  qabların  orijinal  tipini  –  Azərbaycan  boyalı 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə