Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə30/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
121
O dövrü əks etdirən Əliköməktəpə və Cəfərxanlı yaşa-
yış  məskənlərində  qəbir  abidələrinin  açılması  ölülərin 
harada və necə dəfn edildiyi, hansı dini dünyagörüşə ma-
lik olması maddi sübutlarla əks olunur. 
Tədqiqat  sübüt  edir  ki,  dəfn  zamanı  qəbirlər  evlərin 
arasında,  döşəmənin  altında,  yaxud  da  həyətdə  yerləş-
dirilmişdir. 
Otağin divarları gillə suvanmış, üstündən isə ağ gillə 
şirələnmişdir.Hamar  divarda  həndəsi  xarakterli  naxışlar 
çəkilmişdir.  Bu  bina  çox  güman  ki,  ovsun  (magig) 
mərasimlərinin  keçirilməsi  üçün  istifadə  edilmişdir. 
Buradan  çıxan  skeletlər  tək  və  bükülü  vəziyyətdə 
basdırılmışdır.  Burada  ən  maraqlı  cəhətlərdən  biri  ölülər 
basdırılarkən  onların  üzərinə  oxraya  bənzər  rəngin 
səpilməsidir.Təxminən  5-6  min  il  əvvəllərə  aid  eneolit 
təbəqələrində  ölülərin  boyanmış  vəziyyətdə  dəfni  qədim 
dəfn adətinin və ayin icrasının nümunəsidir. 
Qədim  təsəvvürlərə  görə  qirmızı  boya  qan  və  günəş 
rəmzidir.Bu  ayinin  icrası  da,  çox  güman  ki,  ölünü  cana 
gətirək, işıqlı dünyaya qaytarmaq arzusundan doğuşdur. 
Müqayisə  üçün  deyək  ki,dini  dünyagörüşlə  bağlı  bu 
gün  də  islam  adətinə  uyğun  ölü  yuyularkən  onun 
bədəninə iki maddə - sidr və kafur səpilir və kəfəndə üzü 
qibləyə (Kəbəyə) basdırılır. 
Əliköməktəpə  qədim  yaşayış  dövrünün  sakinləri 
müxtəlif  peşə  məşğuliyyətləri  ilə  yanaşı,  atçılıqdan  da 
istifadə  etmişlər.Qaramal  və  davarlarla  yanaşı  atın 
əhliləşdirilməsi və ondan istifadə bu yaşayış yerində e.ə.V 
minilliyin  axırlarına  təsadüf  edilir.  Arxeoloji  qazıntı 


Ələsgər Mirzəzadə 
 
122
zamanı  yerin  dərinliklərindən  tapılan  əhliləşdirilmiş  at 
sümükləri MDB ölkələri içərisində ən qədim tarixi hadisə 
hesab edilir. 
Görünür  bu  atlar  çılpaq  minilmiş  və  onların  idarə 
olunası  üçün  yalnız,  buruntaq  və  çatıdan  istifadə  olun-
uşdur.  Elmi  ədəbiyyatda  mövcud  o  lan  məlumata  görə, 
qantarğanın yaşı 5000, mahmızın yaşı 2000, üzənginin və 
nalın  yaşı  isə  1500  ildən  çox  deyildir.  Avropada  nal  IX 
əsrdən  istifadə  olunmağa  başlanmış,  XII  əsrdən  isə  hər 
yerdə geniş yayılmışdır.Onu da qeyd etmək yerinə düşər 
ki,  Əliköməktəpə  yaşayış  məskənində  tapılmış  əhliləş-
irilmiş  at  sümükləri  arxeoloqlarımızın  əvvəlki  fikirləini 
dəyişərək, atçılığın tarixini 2000 il qədimləşirməyə imkan 
vermişdir. 
E.ə  V-IV  minilliklərdə  (eneolit  dövrü)  ilk  dəfə  saxsı 
qabı  bişirmək  üçün  ikiüzlü  oval  formalı  kürələr  icad 
olunmuşdur.  Belə  kürələrdən  bir  neçəsi  Əliköməktəpədə 
aşkar  edilmişdir.  Qazıntı  zamanı  ikimərtəbəli  (altı  odluq 
üçün,  üstü  qabı  yığıb  bişirmək  üçün)  oval  kürələr  aşkar 
olunmuşdur. Kürə ətrafından tapılmış bir çox saxsı qablar 
burada dulusçuluğun mənbəyini sübut edir. 
Dulusçuluq e.ə. III minillikdə - Tunc dövrünün əvəllə-
ində  özünün  inkişaf  mərhələsinə  yüksəlir.  Hətta  güman 
edilir ki, bu dövrün sonlarında dulus çarxından da istifadə 
olunmuşdur.  Bu  ərəfədə  qulplu  saxsı  qablar,  ilk  nehrələr 
kəşf  olunur.  F.Mahmudovun  fikrinə  görə,  bunların  ən 
qədim  nümunəsi  Əliköməktəpədən  tapılmışdır.  Eyni  za-
anda qazılmış ərazidən üzəri cızma və çərtmə bəzəkli qab-
ar da üzə çıxmışdır. 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
123
  Bu qablar çox güman ki, heyvan sağaq üçün istifadə 
olunmuşdur.  Tapılmış  saxsı  qab  nümunəərinə  baxanda 
hiss  edirsən  ki,  bəzi  qablar  yaxşı  həll  olunmuş  və 
mükəmməl  yoğrulmuş  gildən  hazırlanıb.  Kəşf  olunuş 
qabların,  xüsusi  ilə  onların  hazırlanma  xüsusiyətlərində, 
divarların qalın və nazikliyində də fərqlər nəzərə çarpır. 
 
 
 
 
 
Əliköməktəpə abidəsindən tapılmış 
əhliləşdirilmış atın sümükləri, öküz başı, çəkmə 
formalı gil qab və və rəngli qabların sınıqları. 
 


Ələsgər Mirzəzadə 
 
124
        Bəzi qabların səthi (nazik qablar) metal parlaqlığı ilə 
seçilir. Hətta bəzi saxsı qablara nisbətən bu qablar kobud 
yox, incə  səs çıxarır. Artıq  insanlar  formalaşdıqca,  qablar 
da  formalaşıb  milli  maddi-mədəniyyət  nümuələrinə 
çevrildi. 
      Azərbaycanın  qədim  yaşayış  məskənlərindən  sayılan, 
Muğan mədəniyyəti abidələrinə daxil olan Əliköməktəpə 
yaşayış  məskənində  aparılmış  arxeoloji  qazıntı  onun  tam 
“sirlərini”  aça  bilməmişdir.  Mərhum  arxeoloq  F.Mah-
mudovdan  sonra  orada  elə  bir  kompleks  tədqiqat  işi 
aparılmamışdır.  Amma  son  vaxtlar,  bu  qədim  yaşayış 
sahəsinin ətrafında kəşfiyyat işləri Elmlər Akademiyasının 
Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 
davam etdirilir.   
 
Alxantəpə  abidəsi.
  2006-cı  ildən  başlayaraq  Mu-
ğan  neolit-eneolit  ekspedisiyası  Cəlilabad  rayonunun 
Üçtəpə  kəndindən  4  km  şimalda  yerləşən  Alxantəpə  qə-
dim  yaşayış  yerində 
arxeoloq T.Axundovun 
rəhbərliyi  altında  ar-
xeoloji  qazıntı  işləri 
aparılmış,  2012-ci  ildə 
isə  sona  çatmışdır. 
Ərazisi  4  ha-dan  artıq 
olan  bu  abidənin  mə-
dəni təbəqəsi 2.9 m, qa-
zılmış 
sahəsı 
200 
kv.m-dir.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
125
  Qazıntı  zamanı  abidədə  memarlıq  qalıqları,  metal-
lurgiya  kürəsi,  metallurgiya  istehsal  alətləri  və  qalıqları, 
metal əşyalar, dulus kürələri və alətləri, çoxlu sayda saxsı 
fraqmentləri  aşkar  edilmışdir.Bunlarla  yanaşı,  əkinçiliyin 
bütün  mərhələləri  və  onun  məhsullarının  emalı  ilə  bağlı 
daş(çaxmaq, çay daşı, dəvəgözü) alətləri, həmçinin buğda 
və  arpa  toxumları,  zoomorf  fiqurlar,  saxsı  möhür  və  gil 
fitlər tapılmışdır. 
  Dr.  T.Axundova  görə,  tapıntılar  digər  elmlərin  gös-
təriciləri  ilə  vəhdətdə  Alxantəpə  yaşayış  yerini  b.e.ə  IV 
minilliyin II yarısına aid etməyə imkan verir.   
  Təəssüflər  olsun  ki,  Alxantəpə  abidəsi  is  başa 
çatdırıldıqdan  sonra,  torpaq  yiyəsinin  tələbi  ilə  üstü 
örtülərək,  əkin  üçün  yararlı  vəziyyətinə  qaytarıldı.  Əj-
dadlarımızın  bizə  miras  qoyduqları  “Muğan  mədəniy-
yəti”nin  bir  hissəsi  beləcə,  yenidən  torpağın  dərin  qat-
larına qovuşdu.   
 
   
   
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə