Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
117
Oradan  metal  pullar  çıxsa  da,  biz  onlardan  hələlik 
əldə edə bilməmişik.Kəsik sikkələr Atabəylər dövrünə aid 
edilir. 
  Dağıdılmış  təpənin  içərisində  ocaq  izləri,  boz  rəngə 
çalan küllü torpaqlar özünü göstərir.   
III.  Mişar  çayın  kənd  ərazisindən  keçən  hissəsindən 
tapılan maddi – mədəniyyət nümunələri: 
Kəndin cənub-şərq hissəsindən 
axan  çayın  içərisindən  tapılmış 
vaza şəkilli şirli (rəngli) qab. 
Hündürlüyü -5,5 sm 
Sınığının diametri -21 sm 
Çayın  içəri  divarlarında  təndir 
yerləri. Çoxlu küllü torpaqlar.   
Kuzə  -  saxsı  qab;  çayın  içəri 
divarlarıdan məktəb uşaqları tərəfindən çıxarılıb. 
Hündürlüyü -27,5 sm 
Diametri -20 sm. 
Çəki  daşları  –  müxtəlif 
ölçüdə   
Daş  çəkic  –  çay  daşının 
ustalıqla  deşilməsi  və  çəkic 
formasına  salınması  xüsusi 
mədəniyyətdən xəbər verir.   
IV.  Uzuntəpə  kəndinin 
qərb tərəfində yerləşən çoxtəbəqəli yaşayış yeri. 
Buradan  təsərrüfat  işləri  zamanı  aşkar  edilmiş  saxsı 
qablar,  bəzək  əşyaları  oturaq  yaşayış  yrinin  olmasından 
xəbər  verir.  Buradan  tapılmış  saxsı  küp  (  rəngi-  açıq 


Ələsgər Mirzəzadə 
 
118
qəhvəyi, hündürlüyü -32 sm, diametri -33 sm) 1994 – ci ildə 
kəndə  qaz  kəməri  çəkilərkən  1  m  dərinlikdən  kənd  sakini 
İsgəndərov  Aydın  İsgəndər  oğlu  tərəfindən  tapılıb.  Küp 
mənə verilmiş və hal – hazırda tarix kabinetində saxlanılır.   
V.Uzuntəpənin  cənub-qərb  tərəfində  aşkar  olunan 
küp qəbir kəndin şimal-şərq hissəsində aşkar olunan küp 
qəbirlərlə eynilik təşkil edir. 
VI.  XX  əsrin  40  –cı  illərində  kəndin  mərkəzində 
İ.Cəfərzadə  tərəfindən  tədqiqat  işi  aparılmış  və  tarixi 
kurqan aşkar olunmuşdur.   
Kurqan  –  1.  Uzuntəpədən  rayon  mərkəzinə  gedən 
yolun sol tərəfində yerləşir. Kurqanın bir hissəsi təsərrüfat 
əhəmiyyətli  işlərlə  bağlı  dağıdılmış,  bir  hissəsi  isə 
hərbiçilər  tərəfindən  məhv  edilmişdir.  Salamat  qalmış 
hissəsinin  hündürlüyü  4 m-dir.Şahmarov  Elmanın evinin 
yaxınlığı.(tunc və dəmir dövrü)   
Kəndin mərkəzində 2-ci kurqan . 
Qardaşxanov  Nizaminin  evinin  yanı.  Alimlərin 
dediyinə görə kurqan tunc dövrünə aiddir. 
Kəndin qədim qəbirstanlığı yerləşən 3-cü Kurqan. 
Kurqan  xeyli  dağıntıya  məruz  qalmışdır.  Salamat 
qalan  hissəsinin  hündürlüyü  -3  m,  diametri  -50  m-dir.-
(tunc dövrü) 
Bu  gün  bir  çox  tarixi  təpəyə,  kurqana,  yaşayış  məs-
kənlərinə  və  maddi-mədəniyyət  abidələrinə  malik  olan 
Uzuntəpə düşərgəsi nəzərə çarpacaq dərəcədə öyrənilərsə
XXI əsr Azərbaycan tarixinə böyük töhfə vermiş olarıq.   
 
08 avqust 2012-ci il 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
119
Əliköməktəpə abidəsi 
 
Cəlilabad  ərazisində  yerləşən  Əliköməktəpədə  arxeo-
loq  alim  Fərman  Mahmudovun  rəhbərliyi  altında  aparıl-
mış  qazıntı  işləri  eneolit 
yaşayış  evlərini  üzə  çı-
xarmaqla, onların məişət 
həyat  tərzini,  dəfn  adət-
lərini,  dini  dünyagörüş-
lərini  öyrənməyə  imkan 
verdi.  Bu  təpə  Üçtəpə 
kəndinin  şimal-şərqin-
də, ərazidən keçən İncə-
çayın  sağ  sahilində  yerləşir.  Tarixi  təpə  oval  formalı  ol-
maqla  sahəsi  təxmini  1,2  ha,  hündürlüyü  isə  4  metrdən 
çoxdur.  1966-cı  ildə  Azərbaycan  Mədəniyyət  Nazirliyi 
arxeoloji  və  etnoqrafiya  “laboratoriyası”  tərəfindən  öy-
rənilmək üçün qeydə alınmışdır. 
1971-ci ildə təpənin şimal hissəsində eni 10 m olmaqla 
qazıntı  sahəsi  salınmışdı.  Sonralar  həmin  sahə  şərqə  və 
cənuba  doğru  600  kvadrat  metrə  qədər  genişləndirilmiş, 
qazıntı  işləri  3,5  m  dərinliyədək  davam  etdirilmişdir. 
1980-ci  ildə  tədqiqat  işləri  dayansa  da,  90-cı  illərdə 
F.Mahmudovun rəhbərliyi altında abidənin tədqiqi davam 
etdirilmişdir. 
F.Mahmudovun tədqiqatından sətirlər: 
Əlikömək təpəsindəki eneolit təbəqəsi üst inşaat qatla-
rının bəzi qalıqları, həm də orta tunc dövrünə aid üç qəbir 
vasitəsilə  kəsilmişdir.  Xüsusilə,  zəngin  avadanlıqlı  iki 


Ələsgər Mirzəzadə 
 
120
qəbir  təpənin  üstündən  2,6-3  metr  dərinliyinədək  davam 
etmişdir. Qərb tərəfində eneolit dövrünün tikinti qalıqları 
aşkar edilmişdir.   
F.Mahmudovun tədqiqatına görə I-V inşaat qatlarında 
çiy kərpiclə hörülmüş dördkünç və dairəvi formalı yaşayış 
və  təsərrüfat  binaları,  taxıl  ehtiyatı  saxlanılan  küplər, 
dulus  kürələr,  evlərin  döşəməsi  altında  və  divarların 
dibində  açılan torpaq  qəbirlər, saxsı qablar,  zəngin  təsər-
rüfat və məişət əşyaları aşkar edilmişdir.   
Qazıntı zamanı əldə olunmuş çaxmaqdaşı və obisidian 
alətlər,  sümük  məmulatlar,  sadə  və  boyalı  saxsı  qablar, 
bəzək əşyaları vahid oturaq əkinçilik və maldarlıq mədə-
niyyətindən xəbər verir. 
Aparılan  araşdırmalar  Əliköməktəpəsindən  tapılmış 
alətlər içərisində öküzün kürək sümüyündən hazırlanmış 
biçin aləti xüsusi maraq doğurur. 
Ərazidə eneolit dövrü keramikasının 2-ci böyük qrupunu 
400-dən artıq naxışlarla bəzənmiş boyalı qablar təşkil edir.   
Əliköməktəpəsi yaşayış yerinin erkən metal dövrünə aid 
olması  buradan  tapılan  müxtəlif  metal  məmulatlarla  da 
sübut  olunub:  bəzək  əşyası  olan  bilərzik,  muncuqlar,  dörd 
fiqurlu biz və s. nümunələr bunu bir daha sübut edir. 
Bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  eneolit  döv-
ündə  Muğan  ərazisində,  o  cümlədən  Əliköməktəpəsi 
yaşayış yerində vahid əkinçilik və maldarlıq mədəniyyəti 
olmuş  və  bu  mədəniyyət  zəminində  vahid  adət-ənənə, 
ideologiya  da  formalaşmışdır.  Həmin  dövrün  ideo-
logiyası, birinci növbədə özünü dəfn adətinə münasibətdə 
və dini dünyagörüşlərdə özünü göstərir. 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə