Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
151
  Məşhur  türkoloq  Mahmud  Kaşğari  (XI  əsr)  məlum 
“Divani-lüğətittürk”  əsərində  Əfşar  elini  22  oğuz  tayfa-
larından  biri  kimi  qeyd  etmişdir.  Bu  tayfa  Azərbaycanda 
Səfəvilər  dövlətinin  –  Qızılbaş  ulusunun  əsasını  qoyan  7 
tayfadan  biri  olmuşdur.  Əfşarlar  tarixən  çevik,  mərd, 
döyüşkən, ova həvəsli tayfa olub. 
1514-cü ildə Çaldıran döyüşündə Qızılbaş ordusunun 
cinahına Sultanəli Mirzə Əfşar başçılıq edib. Şah İsmayılı 
əsir götürmək istəyən osmanlılara: “Şah İsmayıl mənəm” 
deyərək  əsir  alınıb.  Tarixi  mənbələrdə  göstərilir  ki, 
Sultanəli  Mirzə  üzdən  dayısı  oğlu  Şah  İsmayıla  çox 
oxşayırmış.  Görkəmli  əfşar  sərkərdəsi  Nadir  şah  Əfşar 
Muğan  qurultayında  şah  seçilərək  (1736-1747)  Əfşarlar 
imperiyasını  yaratmış,  tarixə  Asiyanın  sonuncu  fatehi 
kimi düşmüşdür. 
Yaşlı  nəslin  dediyinə  görə,  ötən  əsrin  10-30-cu  illə-
rində  Muğanda  qızılağaclı  Qoçu  Məmməd,  xoşçobanlı 
Qaçaq  Mozu  kimi  cəsur  və  qorxmaz  igidlər  olub.  Qoçu 
Məmməd  çarı  devirmək  üçün  İ.V.Stalinə  əvvəl  Salyan, 
sonra Lənkəran banklarını çapmaqda yardım edib. Qaçaq 
Mozu  isə  silahlı  dəstə  yaradaraq  şura  hıkümətinə  qarşı 
mübarizə  aparıb.  Onun  Şanapədərədən  sonra  sığınacaq 
tapdığı yerlərdən biri də Xırmandalı kəndi idi. 
  XX əsrin əvvəllərində Masallıdan 16 kilometr aralıda 
yerləşən  Xırmandalının  şimalında  Bakı  kapitalisti  “kürü 
kralı” Danil Mayılovun balıq vətəgələri olub. Tarixçi-alim 
M.Abbasovun  araşdırmalarına  görə  bu  vətəgələrdə  3500 
fəhlə, o cümlədən Həştərxandan gətirilmiş 500 rus qadını 
çalışırmış.  Vətəgədə  çalışan  fəhlələr  tez-tez  qiyam  qal-


Ələsgər Mirzəzadə 
 
152
dırırmış.  1917-ci  ilin  yazında  müvəqqəti  hökumətə  etiraz 
əlaməti  olaraq  kəndin  fəalları  balıq  vətəgəsində  çalışan 
fəhlələrlə  birləşib  «Xırmandalı  Respublikası»  yaradılması 
barədə  qərar  qəbul  edirlər.  (Mənbə  Ə.  Zahidov 
«Xırrmandalı  Respublikası»,  «Azərbaycan  gəncləri»,  11 
noyabr 1986-cı il). Dövrün ən nadir hadisələrindən sayılan 
Xırmandalı  Respublikası  çox  çəkmədi  (elan  olunduğu 
gündən  105  gün  sonra)  ki,  tənəzzülə  uğradı.  Az  sonra 
bölgədə  daha  geniş  ərazini  əhatə  edən  və  eyni  aqibəti 
yaşayan Muğan Sovet Respublikası quruldu... 37-ci illərdə 
Masallı  rayonunun  digər  kəndlərində  repressiyadan 
yayınan  bir  çox  din  xadimlərinə  Xırmandalı  kəndində 
dövrünün tanınmış ruhanisi Seyid Mir Səmid ağa evində 
sığınacaq  verərək  onları  ölümün  pəncəsindən  və  Sibirə 
sürgündən xilas etmişdir. Mir Səmid ağa keçmiş inqilabçı 
Mirbəşir Qasımovun (1938-ci ildən 1949-cu ilə kimi-  yəni 
ömrünün  sonunadək  Azərbaycan  SSR  Ali  Sovetinin 
Rəyasət  Heyətinin  sədri  olub)  bibisi  oğlu  idi.  Oğlu  Mir 
Məhəmmd  Hüseynov  yetmişinci  illərin  sonunda 
Azərbaycan  KP  MK-nın  birinci  katibi  Heydər  Əliyev 
tərəfindən «Sosialist Əməyi Qəhrəmanı» fəxri adı ilə təltif 
edilib.  Sağlığında  Masallıda  Sosialist  Əməyi  Qəhrəmanı, 
«Əməkdar  inşaatçı»  Məmməd  Hüseynovun  şərəfinə 
şahmat  turnirləri  keçirilərdi.  Bu  gün  də  bu  ənənə  Xır-
mandalı  kəndinin  idmançıları  tərəfindən  davam  etdirilir. 
Bu  xeyirxah  insanın,  böyük  el  ağsaqqalının  xatirəsi  əziz 
tutulur.  Hər  ilin  mayında  Xırmandalıda  M.  Hüseynovun 
xatirəsinə  həsr  olunmuş  müxtəlif  idman  turnirləri 
keçirirlər.  Ədəbiyyata  və  zamana  sığmayan  bu  insanın 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
153
ömür  yolu  haqqında  2003-cü  ildə  «Adiloğlu»  nəşriy-
yatında  «Bizim  ağamız»  adlı  sənədli  povest  və  xatirələr 
kitabı işıq üzü görüb. 
Xırmandalıda  doğulub  boya-başa  çatan  Xudakərim 
Məftun  bəhri-təvil  yazan  şairlərdən  biri  olub.  Onun  oğlu 
Arif  Fərzəli  də  şairdir.  Qorki  adına  dünya  Ədəbiyyatı 
İnstitutunun məzunu, bir çox şeir kitablarının müəllifidir. 
Əsgər  Zahidov  tarix  və  pedaqoji  sahədə  tanınmış 
alim-professor  idi,  onun  şagirdləri  Hekayət  Yusifov 
texnika  elmləri,  Rakif  Qasımov  və  “Şöhrət”  ordenli 
Ağaşirin  Quliyev  kimya,  Mürvət  Abbasov  tarix  elmləri 
üzrə fəlsəfə doktorları, Füzuli Bayat isə filologiya elmləri 
doktoru,  professordur.  Tərcüməçi  –  alim  Əziz  Gözəlsoy 
Azərbaycan – Fransız ədəbi əlaqələrinin inkişafına böyük 
töhfələr  verib.  Bu  gün  onun  yolunu  alimin  qızı  Yaqut 
xanım davam etdirir. 
  1941-1945-ci  il  faşist  Almaniyası  ilə  savaşda  iştiak 
edən 150 nəfər xırmandalılardan 73-ü həlak olub. Qarabağ 
uğrunda  savaşlarda  kənd  6  şəhid  verib,  2  nəfər  itkin 
düşüb.  İtkin  düşənlərdən  biri  –  Nasir  Gözəlsoy  mərhum 
tərcüməçi  –  alim  Əziz  Gözəlsoyun  oğludur.  Nasirin  və 
Xırmandalı  şəhidlərinin  döyüş  yollarından  “Bakı  açıq 
şəhərdi”  və  “Qara  sarmaşıq”  romanlarında  ətraflı  bəhs 
olunub.Bu  gün  qəlblərində  böyük  Azərbaycan  sevgisi 
daşıyan  xırmandalılar  təkcə  resplikamızda  deyil,  onun 
hüdudlarından kənarda yaşayıb fəaliyyət göstərirlər.   
 
 
 


Ələsgər Mirzəzadə 
 
154
MÜRVƏT ABBASOV 
tarix üzrə fəlsəfə doktoru 
 
Lənkəran qəzası və Muğan 
 
...Tarixdən məlumdur ki, 1917-1920-ci illərdə Azərbay-
canın  cənub  bölgəsində  erməni-bolşevik  azğınlığı,  yəni 
ictimai-siyasi  hadisələr  gərginləşmiş,  tez-tez  hakimiyyət 
strukturu  yaranırdı.  Məhz  bu  səbəbdən  bölgədə  er-
məni-bolşevik azğınlığı daha uzun müddətə davam etmiş-
dir. AXC ilk əvvəl (1918-ci il ərzində) Bakıda öz planlarını 
böyük çətinliklərlə həyata keçirirdi. Hökumətin üzləşdiyi 
ciddi  çətinliklərdən  istifadə  edən  müxtəlif  təşkilatlar 
Muğanda və Lənkəranda öz hökumətlərini qurmaq üçün 
hər  cür  təxribat  və  qırğınlar  törədirdilər.  Muğanda  əkin 
yerləri  malağan  rusları  tərəfindən  ələ  keçirilmişdi.  Çox 
kəndlərdə evlər ermənilər və ruslar tərəfindən yandırılmış 
və  dağıdılmışdı.  1919-cu  ilin  yanvar  ayında  Lənkəran 
uyezdinin  müsəlman  işlər  vəkili  Teymur  bəy  Bayramə-
libəyov  dağıdılmış  müsəlman  kəndlərinin  50  nəfər 
nümayəndəsi  ilə  general  Tomsonun  qəbulunda  olmuş, 
yazmış olduğu müraciətnaməni də generala çatdırmışdır. 
Müraciətnamədə müsəlman kəndlərinin rus və erməni silah-
lıları tərəfindən yandırılıb dağıdılmasından, onların aclıq və 
səfalətdən əzab-əziyyət çəkdiklərini, uyezdin 300 min nəfər 
əhalisinin  qorxu  altında  yaşadıqlarından  bəhs  edilmişdi. 
Müraciətnamədə  həmçinin  Xırmandalı,  Qədirli,  Həsənli, 
Eminli,  Kərbəlayi  Abdullah  Təkləsinin  müsəlman  əhalisin-
dən  əkin  yerlərinin  alınaraq  ruslara  verildiyi  gostərilirdi. 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə