Xocali fəryadi



Yüklə 42,43 Kb.

tarix21.06.2018
ölçüsü42,43 Kb.


                                                                             XOCALI FƏRYADI 

                                                                                          (iki pərdə, drama)  

                                                            İŞTİRAK EDƏNLƏR:  

Xocalının katibi  

Xocalı camaatı  



Fərhad - (orta məktəb tələbəsi, snayperçi) 

Qocal ar - (Fərhadın ata və anası, müəllimlər)  

Fərhad ın bacısı - (cavan məktəbli qız) 

Meşədə Fərhadla rastlaşan qaçq ınlar  

Birinci qoca  

İkinci qoca 

Fərhadın nişan aldığı düşmən soldatları 

                                                                     Birinci pərdə və pərdə arxasından müəllif 

Tarix heç bir zaman unutmaz bunu:  

Xocalı elinin bu "soy" qırğını –  

"Soy" qırğını deyil tək bir millətin,  

Bu fəlakətidir bəşəriyyətin,  

Siz, ay qəsblərlə ürəyi şənlər,  

Küt mişarlar ilə boyun kəsənlər,  

Ey dırnaq sökənlər,  

Ey göz tikənlər, 

Yox, bəşər övladı deyilsiniz siz!  

Sizin qarşıdadır mühakiməniz.  

Siz fəlakətisiz bəşəriyyətin!  

Bəraətiniz də olacaq çətin! 

                                                                                   Pərdə açılır.

Şellidə, Malıbəylidə atılan topların zərbəsindən Xocalıda evlər titrəyir, divarlar çatlayır, üç gündür həyətlərə, katibin kabinəsi qarşısına 

tökülüb, "Bizi qurtarın!", "Bizi qurtarın!" deye fəryad edən camaatın fəryad səsi Ağdamda eşidilir. Ağdam camaatını da çaxnaşmaya 

salıb. 


 

Katibin kabineti 

Katib həyəcanlı səslə Bakını çağırır: Bakı! Bakı! deyə qışqırır, Bakıdan cavab gəlməyir. Katib telefonun dəstəyi əlində ayağa durur, 

öz-özünə deyir: 

Katib: - Üç gündür dinməyir, Bakı lal olub,   

             Burada camaat lap bədhal olub.  

 

(bayırdan "Bizi qurtar!" deyen çağırtı səsləri...)  



 

Üç gündür Bakıdan yoxdur bir xəbər,  

Üç gündür çörəksiz qalıbdır şəhər,  

Ermənilər  tutur bir-bir kəndləri,  

Hərbi komissarın yoxdur xəbəri.  

Qoyub o satqınlar qılıncı qına,  

Gedibdir "ayılar" qış yuxusuna. 

Onlar ordunu da çəkib, apardı,  

Üzür qan içində bu mərdlər yurdu.  

Gəlib Xocalıya çatıb erməni, 

Bizim dərdimizin yoxdur dərmanı  

Göz yaşı, qan axır gör neçə kənddə,  

Bunu yaxşı bilir Prezident də.  

Nə bizə səs verir, nə səs eşidir. 

Allah, Xocalı da əldənmi gedir

                                                      (telefonun dəstəyini başına vurur, tapançanı çıxardır, həyəcanlı) 



                                                             Bizə haram olsun kişi papağı,  

                                                             Versək erməniyə doğma torpağı! 

(Özünü vurmaq istəyir, bu anda bayırda qışqıran camaat qapıya hücum edir, qapı bərk-bərk döyülür, katib qapı açır). 

 

Camaat: - Erməni kəsibdir dörd dövrəmizi,  

                Ay katib, amandır sən qurtar bizi!  

                Zəng vur, fəryadımız Bakıya çatsın,  

                Orda yatanları bu səs oyatsın!

 Amandır, amandır sən qurtar bizi!  

 Sənə tapşırmışıq taleyimizi.  

 Üç gündür nə un var, nə də çörək var, 

 Ətimizi yeyir bu ac uşaqlar. 



 

                            (analar qışqırır, uşaqlar ağlaşır... Katib dəstəyi götürüb Bakını çağırır) 

-Bakı! Bakı! Bakı! 

     

 (Bakı yenə də cavab vermir. Yaxında mərmi partlayır, ev uçur. Katib təntimiş üzünü cavanlara tutur) 



 

Katib: - Cavanlar, son əlac sizə qalıbdır, 

             Raketdən, tüfəngdən, topdan kimdə var,  

             Tezcə silahlanın, qoçaq balalar!  

             Şəhərdən çıxardın qızı, gəlini,  

             O xain düşmənin murdar əlini  

             Qoymayın onlara siz toxunmağa. 

             Yol açın, çıxsınlar arvad, uşağa. 

             Bir az dayandırın o murdarları 

             Şənliyi şəhərdən çıxardaq barı! 

 

(Üzünü camaata tutub deyir)  



Yollar hər tərəfdən tutulub bilin!  

Camaat, siz mənim arxamca gəlin!  

(Müqavimətçün gedən cavanlara qoşulmaq istəyən 16-17 yaşlı çəlimsiz bir cavana deyir :) 

 

Katib: - Ay oğul, tələsmə, sən bir az toxta.  



             Çox çətin işlər var hələ qabaqda.  

             Oğul, adın nədir? 

Oğlan: -Adım Fərhaddır.  

Katib: - Millətin köməyi-qüdrəti ordu,  

             Ata-ananınkı, yaxşı övladdır.  

             İndi bizim qoca müəllimləri,  

             Bax, o əldən düşmüş arvadı, əri, 

             Bir də ki, onlara sığınan qızı  

             Aparıb çıxart bir arxayın yerə,  

             Sonra qayıt qoşul imkanın olsa, 

             Bizim müqavimət göstərənlərə. 

 Fərhad:- Rəhbər, bunu bilin, mən snayperəm. 

             Gərək öz borcumu döyüşdə verəm.  

             Onlar mənim atam-anamdır bilin.  

             Məktəbdə öyrəndik bu sənəti biz,  

             Atam özü olub müəllimimiz  

             Xain qonşumuzda nə ki oğlanlar,  

             Qızlar da snayper atıcılarıdır.  

Katib: - Oğul, qoçaq qızlar bizdə də vardır. 

 

                                                                (Katib üzünü camaata tutur) 



              De haydı, camaat, gəlin tərpənək!  

              Bizi nə gözləyir qarşıda görək? 

 

(Hamı katibin dalınca (2 cərgə) gedir. Anaların dalına sarınmış uşaqlar qışqırır, 



analar ağlaşır, qocalar yıxıla-qalxa gedirlər. Fərhad katiblə ayaqlaşa bilmir, ata-anasına yolda güllə deyir, 

bacı-qardaş onları çiyinlərinə götürmək istəyirlər. Qanına batmış ataları onlara deyir) 

Ata: - Ananız keçindi, ölürəm mən də.  

 

          Murdarlar indicə dolacaq kəndə. 



          Sizə qurban olum, quş olun, uçun! 

          Tez burdan qaçın! (oğluna müraciətlə)  

          Sənin bundan başqa yoxdur əlacın.  

          Qaç, düşmən əlinə düşməsin bacın! 

(Ata bu sözləri deyib keçinir. Fərhad bacısının  əlindən tutub çəkə-çəkə aparır, onlar Ağdam yoluna çıxmaq 

istərkən oradan pərakəndə qayıdan adamlar Fərhada üz tutub deyirlər) 

 

Camaat: - Getməyin, yolları kəsib namərdlər,  



                O əliqanlılar, ürəyi sərtlər,  


                Nə uşaq tanıyır, nə qoca, cavan,  

                Onları zülmlə qırırlar yaman.  

                Qızlarımızdan da əsir düşən var.  

                Şir kimi döyüşür bizim cavanlar.  

Bir qoca: - Lap olsun hər biri igid, pəhləvan,  

                 Ordu qabağında bir ovuc cavan  

                 Bakıdan bir kömək gəlməsə əgər  

                  Neyləyə bilər?

Neyləyə bilərdi bizə erməni,  

"Başqası" işlədir bu "dəyirmanı".  

Onun ordusudur qabaqda gələn,  

Onlar öldürəndi, biz isə ölən.  

  İkinci qoca: - Meyitlərlə dolub yolların yanı,  

                   Qayalara qalıb elin gümanı.  

                   Əgər bacarsanız gedin dırmaşın, 

                   Oradan birbaşa Şuşaya aşın.  

                   Budur hərn son ümid, həm də son güman.  

                   Düşmən bələkdəki körpələrə də  

                   Verməyir aman. 

 (Oğlandan soruşur:) 

Sənin adın nədir? 

Oğlan:- Fərhaddır. 

Qoca: - 

Sən heç bilirsənmi bu necə addır? 

Fərhad:  - Bildim, ya bilmədim, nə xeyri vardır? 

Qoca: - 


Oğul, atan-anan de görüm hanı? 

Fərhad:'  - Onlar da bu qəsbin oldu qurbanı. 

Qoca: 

- Kimdir yanmdakı bəs bu qızcığaz?



 

(atışma səsləri) 

                             Onlar yaxınlaşır, tələsin bir az! 

(Fərhad özündən qat-qat güclü, ətli-canlı bacısının qolundan tutub çəkir). 

Fərhad: - Gəl gedək, yubanma, ay atam qızı!  

                İmtahana çəkir bəxtimiz bizi.  

                O qaya yolları mənə tanışdır.  

Bacı: - Can qardaş, sən məni gəl az danışdır,  

            Gör necə tutulub ayağım, əlim,  

            Elə bil ay qardaş, sınıbdır belim,  

            Bir addım getməyə  yoxdur taqətim.  

            Mənim yol getməyim olacaq çətin.  

            Səni and verirəm o bir Allaha;  

            Məndən əsirgəmə sən bir gülləni!  

            Məndən əl çək, bada verərəm səni. 

 

                  (Oğlan bacısını çiyninə götürmək istəyir, gücü çatmır. Bacı təngnəfəs) 



Bacı: - Sənə vur deyirəm, 

           Vur, çıx aradan!  

           Yazımı bu sayaq yazıb yaradan. 

           Bu yaralı millətinə  

           And verirəm, öldür məni!  

           Məni aparar erməni.  

                                    (atışma, səs lap yaxınlaşır, bacı. qışqırır) 

 

Fərhad: - Ay bacı, neyləyim əlim tutmayır, Gülləni atmağa gücüm çatmayır.  



Bacı: - Kişilər ki, sözü çox uzatmayır,

 

Vur deyirəm! Gəlir düşmən qoşunu!  



Məndən əsirgəmə sən bir qurşunu.  

Mən əsir düşərəm, bir düşün bunu.  

Çıxart ürəyindən doğma duyğunu!  

Fərhad: - Allah, satqınları qoy dönsün daşa! 

 

                  



                                        (üzünü göyə tutur) 


Gör nə təklif edir bacı qardaşa? 

Can bacı, neyləyim vura bilmirəm,  

Gəl bacı qatili eyləmə məni!  

Düşmənlərə vurum qoy bu gülləni!  

Bacı: - Qurban olum bacı deyən dilinə!  

Qardaş, vermə məni düşmən əlinə!  

Mən düşmən əlinə düşərsəm əgər:  

Onda bu el sənə qeyrətsiz deyər. 

 

           (Top, tüfəng güllələri, partlayan raketlərin odu şimşək kimi yanıb-sönür) 



Bacı: - Vur məni, vur məni 

            Vur məni! Varsa da əgər qeyrətin!  

            Əgər çatmayırsa buna cürətin, 

           (Qardaşının elindən tapançanı alıb özünün sinəsindən vurur,yerə yıxılır və deyir) 

-Öldürə bilmədin, can qardaş, məni,  

Di get, düşmənə at sən o gülləni.  



 

                                                              (Ölür)  

Fərhad: - Gedirəm, ay bacım, qana-qan alım!  

               O başkəsənlərdən intiqam alım. 

 

(Bir az getmiş səs eşidib dayanır, bir nəhəng qaya daşına daldalanıb gözləyir. İki nəhəng düşmən soldatı 



oxuya-oxuya gelir) 

Soldatlar: - Vraqam beda! 

                   A nam pobeda. 

 

(Soldatların biri nəhəng, qarasaçlı, o biri sarısaçlı, ucaboyludur. Fərhad onları nişan alır) 



Fərhad: - Bu, şəhidlər qeyrəti üçün! 

               Bu, qızların isməti üçün! 

 

(Deyib onları yerə sərir, hər ikisi ölür. Fərhad oradan qayanın bir ovuğuna girib, əllərində avtomatlar bu 



sözləri oxuya-oxuya gələn soldatları, özü bu sözləri deyib, bir-bir nişan alıb, yerə sərir) 

 

Fərhad: - Susdurulmuş əzanlarçün, 



               Yandırılmış Quranlarçün,  

               Düzlənən qəbiristanlarçün,  

               Bu, Xocalı tufanıçün!  

               Bu, Şəhidlər qanı üçün  

               Alın cəlladlar! 

               Sirkə tünd olanda öz qabı çatlar.  

               Alın! Xocalının bəxşeyişidir!  

               Burda uşaqlar da bilin, kişidir!  

               Vətəni qorumaq kişi işidir! 

 

 




(Onun bir gülləsi də boşa çıxmır. Qayanın dibi düşmən soldatlarının meyitləri ilə dolur, onlar 

qayanı top, raket atəşinə tuturlar) 

 

Atılan toplar, raketlər qayadan qopardığı  qəlpələri onların başına tökür. Fərhad ovudan-ovuğa keçib zirvəyə 



qalxanda    əlindəki qumbaranı oradan onların üstünə atır, özü qayadan aşır, Şuşaya gedir. İndi bunları bizə nəql 

edir. 


 

                                                                                                          Mirvari Dilbazi


 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə