¹2(3) èéóí 2012
74
Bibioğlu bir müddət cinayət başında yaxalanmış canilər tək çaşıb qaldı.
Dərindən nəfəs alaraq
gah küncə sıxılmış ördəyə, gah da dayısı oğluna baxırdı. Sonra özünü ələ alıb sakit səslə dedi:
-Nə hərreyirəm ə, bizim döylü ha! Kəfayətgilin ördəyidi dana.
Və əyilərək divardan asılmış dəryazın yanından ötüb keçdi. Çıxarkən qapını elə möhkəm
çırpdı ki, dayıoğlu istər-istəməz diksinməli oldu.
Dayıoğlu bir müddət işığı tuşlayıb ördəyə tamaşa etdikdən sonra həyətə çıxdı. Açılmaqda
olan səhərin təravətli havasını acgözlüklə ciyərlərinə çəkdi, gərnəşərək sinəsini döyəclədi.
Alatoranlığın gün şüalarında cilvələnən sərinliyi onun şüurunu təmizləyirdi. Kəndə gəlməyinin
məqsədini unudub, müqavimət göstərmədən kölgələr və fikirlərdən hörülmüş sükunət aləminə qərq
oldu. Ürəyində ilk maşın düşən kimi rayon mərkəzinə getməyi və yaxın qohumlarından təkcə
bibisinin yasadığı bu kəndə bir də qayıtmamağı qərarlaşdırdı. Onunçün yay yanğısı həmişəlik bu
sarımtıl sübh çağıyla rənglənib- qaranlıq və bulanıq dərinlikdən şəffaflığa, aydınlığa, zövqün və
dəhşətin tarıma çəkilmiş harmoniyasına doğru. Can-ciyər son mesajında yazır ki nəşə çəkmək
fikrindən də birdəfəlik vaz keçib:
“Səndə yalnız beş hiss orqanı vardır. Ehtimal etmək olar ki, birinci
və ikinci əqidələrə əsasən
əsrlər keçəcək, küllün vücudu başqa bir şəkildə cilvələnəcəkdir. Yəni, dəniz başqa cür dalğalanacaq
və kainatda başqa cür dəyişiklik, böyük bir inqilab əmələ gələcəkdir, sənin əvəzində sonuncu başqa
bir vücud meydana çıxacaqdır ki beş hiss orqanı əvəzinə on hiss orqanına malik olmuş olsun. Bəlkə
də həmin on hiss orqanına malik olan vücud, səndən daha ziyadə bir şey görəcəkdir və biləcəkdir.
Bəlkə o vücud yaradıcının nə olduğunu və ruhun nə kimi bir şey olduğunu anlayacaqdır? Lakin sən
hal-hazırda bu beş hiss orqanında ruhun mahiyyətini və həqiqətini anlamağa qadir deyilsən.
Necə ki
şüanın nə olduğunu bilmirsən”.
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
75
ßËÀÁÁÀÑ – 55
DİKTAFON ƏHVALATI VƏ DOSTUMUZLA
YARIZARAFAT, YARIGERÇƏK MÜSAHİBƏ
(Oğlum Nicat Türkiyədən mənə diktafon gətirmişdi. Bakıda 120
manata olan həmin cihazı o, Türkiyədən 50 manata almışdı. Dostum
Eyvaz dedi ki, Azad bəy, qoy mənə də gətirsin. Gətirdi. Biz çayxanada
oturub təzə diktafonu qurdalayırdıq – mənimkindən bir qədər fərqliydi
– ki, işlənmə qaydalarını öyrənək. Bu vaxt mən diktafonu qələm
dostumuz Əlabbasa tərəf tutub, “bəlkə bir qaç kəlmə deyəsən,
yoxlayaq bunu” dedim. O da elə almaz-salmaz başladı ki, hə, dostlar,
bu günlərdə mənim 55 yaşım tamam oldu…” və həkaza. Beləcə
yarızarafat, yarıgerçək bir müsahibə və təbii ki, bu yazı meydana gəldi
esklüziv olaraq. Əlbəttə, orasını-burasını bir az tumarladıq ki, bir az abırlı çıxsın.)
-
Əlabbas, bu günlərdə sənin 55 yaşın tamam oldu. Nə deyə bilərsən bu barədə?
Əlabbas-55 yaş elədi ki, nə cavan kimi cavansan, nə qoca kimi qoca. Ortada dayanmısan. 60-
a, 70-ə də bir şey qalmır. Ora, o finiş xəttinə çatacağıq, çatmayacağıq, bilmək olmaz,
amma hər bir
yazarın o zirvəyə bir qalxmaq, boylanmaq arzusu var... Dayan e, doğrudan yazırsız? Ə, mən elə-
belə danışıram e... Siz deyəsən... Azad, lap ciddiləşdi ki vəziyyət...
-
Hə, hə, sən hesab elə ki, bu elə müsahibədir, və “Yazı”da çap olunacaq... Amma
istəyirəm ki, o saat ciddi görkəm almayasan, elə bayaqkı kimi adi tərzdə danışasan...
(gülüşmə)
Ə-Əvvəla
onu deyim ki, mən bu son ildə ən çox sevindiyim şey sənin, yəni Azad
Qaradərəlinin, Eyvazın, Aslanın, Rəhim müəllimin, Şöhrətin və başqa dostlarımızın dəstəyi ilə
“Yazı” dərgisinin çap olunmasıdır. Dərgiyə elə bir ciddi dəstəyim olmyıb, şadam ki, məni də
yaradıcı qrupa daxil eləmisiniz. Reklamı zəif olsa da, özünü hələ tam təsdiq etməsə də “Yazı” artıq
ədəbi hadisəyə çevrilmək üzrədir. Artıq kifayət qədər ciddi fikirlər də var. Məsələn,
elə Tehran
Əlişanoğlunun “Yazını yazan var” məqaləsi hər şeyi deyir.
-Əlabbas, “Yazı” barədə gözəl sözlərinə görə sağ ol, amma “Yazı”nın yox, sənin 55
yaşın olur...
Ə - (gülür) Hə, orası elədi... amma...
-55 dən arxaya baxanda nə görünür?
Ə – Vallah, Azad, arxada kələ-kötür, daşlı-çınqıllı mənzərələr görürəm... Bu ədəbi mühitdə
mənim başıma o qədər oyunlar açıblar ki... Bunları yazmışam, day durub sadalamayacam təzədən...
Amma bu fikirdəyəm ki, bizim başımıza açılan o oyunları biz yazmalıyıq ki, indiki gənclər bilsinlər
bunları,
bilsinlər ki, bizə nə qədər zülm edilib... Amma insan kimi elə bilirəm ki, keçdiyim həyat
yolundan narazı olmağa haqqıım yoxdur... Balalarım, nəvələrim... Dostlarım...
-
Bir yazıçı kimi 55-ə qədər nəyi edə bilərdin, amma etməmisən və niyə etməmisən? Nə
yazmaq istəyirdin, amma yaza bilmədin?
Ə-Elə bilirəm ki, nəyi yaza bilmişəmsə, elə onları yazmışam... Qaldı ki,
nəyi yaza bilmə-
məyimə, buna sadəcə vaxtım olmayıb... Ailə, məişət qayğıları, maddi sıxıntılar imkan verməyib...
Azərbaycan dünyanın ən istedadlı adamlarının toplaşdığı ölkədir. Amma kimi dindirirsən, ailə-
məişət, qayğılarından, maddi sıxıntılarından danışır... Mən də bu çətinliklərlə zaman-zaman üz-üzə
gəlmişəm, heç indi də məni bu problemlər tərk etməyib...
- İlk yazın nə vaxt çap olunub?
Ə-İlk yazım 1981- ci ildə “Ulduz”da çıxıb, Məmməd Arazın məktubuynan... İnan ki, o mək-
tub olmasaydı, o hekayəni yaxın da qoymazdılar. Amma mən onda sevinə bilmədim, baxmayaraq