Rüstəm Kamal
118
Əlyazma Kamal Abdullanın təxəyyül məkan obrazıdır,
məhz Yazıda (əlyazmada, gündəlikdə, istintaq protokolunda)
bədii ifadə resuslarını gerçəkləşdirir.
K.Abdulla yaxşı bilir ki, Əlyazmada istənilən ömür
epizodunun, istənilən hadisənin və irreal təsvirin kombinasiyası
mümkündür. Əlyazma məkanın zamana çevrilmə formasıdır.
Əlyazma sözlərin, düşüncələrin qeydə alınmasıdır.
Düşüncənin və nitqin salnaməsidir. Əlyazmada fikir, təxəyyül
maddiləşir. Çevrilmə (metamorfoza) və inversiya Yazının əsas
prinsipləri olur.
O, əsərlərində “katib-yazar” arxetipini gerçəkləşdirir, özünü
əski əlyazmaların üzünü köçürən, səhifələrin kənarında
müəyyən əlavələr – qeydlər aparan katib obrazında görür.
“Yarımçıq əlyazma” romanı gerçək tarixi hadisəni nəql edən
katib tərəfindən qələmə alınmış əski əlyazma kimi təqdim
olunur. Dədə Qorqud “bəlkə də ilk istintaq prosesinin yeganə
katibidir, başqa sözlə desək, yazardır. İstintaqın gedişi zamanı
etdiyi qeydlər, apardığı müşahidələr gələcəkdə yazacağı
möhtəşəm Dastanın eskizləri kimi də dəyərləndirilə bilər”
K.Abdulla da Borxes kimi Yazını (mətni) oxu prosedurunu
mifoloji ayinlə eyniləşdirir (Məsələn “Yarımçıq əlyazma”nın
oxunuşu üç dəfə olur. Magik oxu aktından sonra “açar” tapılır.
“... gün Bayandır xan yenə dərgahına özümü yetirib ədəblə baş
əyib salam verdim” bu əslində əlyazmanın ikinci cümləsi idi”),
yəni müəllif özünü ritual və Mif personajları ilə eyniləşdirir.
“Yarımçıq əlyazma” tarixi-mədəni miflərdən (Dədə Qorqud və
Şah Xətai) doğulur və romanın personajları tarixin və taleyin
oyun məntiqinə tabe olaraq çıxış edirlər. O, tarixin oyun
modelini yaratmaq üçün Əlyazma metaforasına üstünlük
verməli olur.
Epos (“Kitabi-Dədə Qorqud”) qəhrəmanlarını sakrallıqdan
məhrum edib, onları profan məkana yerləşdirir. Mütləq epik
keçmiş nisbi keçmişlə əvəzlənir.
Rüstəm Kamal
119
Yazı üçün gərəkli bir çox mifoloji, etnomədəni streotipləri
mənimsəyir, bədii təxəyyül süzgəcindən keçirir. “Dədə Qorqud
kitabı”nın sirləri, “Gizli Dədə Qorqud” kimi yenidən oxunur və
yazılır.
“Kitabi-Dədə Qorqud”un sakral mətn kimi müəllifsiz
olması, yaxud katibin məchulluğu yeni mətn Müəllifin yeni
biçimində (Kamal Abdulla) yaranmasına imkan verir.
Mifoloji oxu magik yazını nəzərdə tutur.Mif və magiya
yaratma üsulu Yazının ilkin resursları olur. “Kitabi-Dədə
Qorqud” – “Gizli Dədə Qorqud” – “Yarımçıq əlyazma” mifo-
loji yaradıcılıq üzrə simvolik protokol və instruksiya olur.
Yaradıcılıq ömrün mətnə reduksiyasıdır, mətnin şərhi isə
ömrün
deduksiyasıdır.
Borxesin
uydurma
yaddaşı,
“uydurulmuş hekayətlər” janrı bu fikrin təsdiqidir. Borxes üçün
“uydurulmuş rəvayətlər” söz birləşməsi nə deməkdir? Axı
Borxes heç vaxt filoloq alim kimi çıxış etmir, onun bütün
rəvayətləri bədii uydurmadır. O öz hekayələrində “uydurma”
sözünü xususi qabardır və buna da bir əsası var: uydurma
yaradıcılıq deməkdir. K.Abdullanın bədii “uydurmalarını”
buraya şamil etmək olar.
Mədəni artefaktların (kitab və əlyazma) şərhi (interpre-
tasiyası) X.L. Borxes və K.Abdulla hekayələrinin strukturun
əsasını təşkil edir: uydurma ideyanın konturlarını müəyyən-
ləşdirir. İdeyanın, fikrin mənasını anlamaq ssenarini müəyyən
epizoda,
situasiyaya
(K.Abdullada
“sirrə”qədər) qədər
genişləndirmək, ideyanın sosio-mədəni kontekstə salmaq və
mətn mənbələrini (məsələn: “Yarımçıq əlyazma” romanının
girişində əlyazmanın nömrəsi göstərilir: Yarımçıq əlyazma A-
21/733”. Əlyazma Milli Əlyazmalar İnstitutunun (Fondunun)
orta əsrlər şöbəsinin kataloqundan tapılır. Əlyazma ilə bağlı
“525-ci qəzet”də elan verilir.) göstərmək gerçək həyat
epizodunun təsvirinə çevrilir.
Hər iki yazıçıda mifyaratma mexnizmlərindən biri də
yuxudur. K.Abdullanın “Adaşlar” hekayəsi əsasında yuxu
Rüstəm Kamal
120
arxetipi üzrə qurulur. Məsələn, Borxes “Kolricin yuxusu”
essesində yuxudan yaradıcılıq hadisəsi kimi yazır. Monqol
imperatoru Kublaxan və ingilis şairi Kolric ədəbi arxetiplə
bağlı olur.
XIII ərsdə yaşamış monqol imperatoru yuxusunda saray
görür bu sarayı yuxusunda gördüyü kimi tikir; XVIII əsrdə
ingilis şairi Kolric həmin tikilinin yuxu əsasında yarandığını
bilmədən yuxusunda həmin sarayı görür və bu haqda poemanı
yazır... Ola bilsin ki, insanların dərk edə bilmədiyi arxetip,
əbədi obyekt onların dünyasına daxil olur; onun ilk təzahürü-
saray, ikincisi, Kolricin poemasıdır” (Борхес Х.Л,
Сочинения. Т.2, с.21-22).
Hər iki yazıçı dünya mədəniyyətini “proektiv” xatirələrin
məcmusu kimi qəbul edir. İstənilən hadisə - məişət, mental,
mifoloji (“Paskal sferası”) hadisə proeksiya bucağı ola bilir.
“Uydurma yaddaş” X.L. Borxes və K.Abdulla üçün kültüroloji
arqument deyil, həm də özləri ilə oyundur.
Hər iki yazıçının estetikasında Kitabxana və Əlyazma, Mif
və Yuxu yaradıcılıq işidir. X.L. Borxes dünyanın tənha adamı
idi. ”Bu dünyada ən böyük tənhalıq bəlkə də fikrin,
düşüncənin tənhalığıdır.” – Ramiz Rövşən bu sözləri Kamal
Abdulla ilə bağlı deyib.
Dostları ilə paylaş: |