Rüstəm Kamal
124
"gözləmə zalında" oturub Saday Budaqlının daha uğurlu və
sevincli gəlişini gözləyirik.
Biz bu gəlişi qarşılamağa həmişə hazırıq.
Rüstəm Kamal
125
NƏRİMAN ƏBDÜLRƏHMANLI:
КИШИ МОНОЛОГУНУН НЯФЯСИ
Nəriman
Əbdülrəhmanlının Azərbaycan ədəbiyyatına
gəlişini həmişə təsəvvür etməyə çalışmışam. Tərcümələr,
intervyülər, məqalələr (onun Borçalı şairləri haqqında istiqanlı
və istedadlı yazılarını nəsrindən ayırmıram), qəzet-jurnallarda
ara-sıra çap olunan hekayələr onun iri formaya hazırlaşdığını
göstərirdi. Onun bu cür ehtiyatlı ədəbi davranışında həmişə bir
sakitlik hökm sürübdür. Gürcü hekayə ənənəsini çox yaxşı
bilən, gürcü və rus dillərindən gözəl tərcümələrin müəllifi
Nəriman Əbdülrəhmanlının ömrüboyu ancaq hekayələr
yazacağını güman edirdim. Birdən-birə povestlər, romanlar
dalbadal üstümüzə axıb gəldi. Gördüm ki, gümanımda
yanılmışam. Və məni bir qədər şaşırtdı. Onunla bir nəsildən
olan nasirlərin (S.Budaqlı, S.Alışarlı, Əlabbas...) qəribə,
"utancaq" ədəbi bioqrafiyası var. Bütöv bir ədəbi zaman kəsiyi:
tənqidin, ədəbi prosesin nəzər nöqtəsində, salnaməsində bu
nasirlərin yaradıcılığı görünmür. Bunun səbəbləri başqa bir
yazının mövzusu olduğundan mətləbi uzatmırıq. Əslində, bu
nəsrin ciddi şəkildə öyrənilməməsi 70-ci illər ədəbiyyatında
poetik dillərin mənzərəsini xeyli mürəkkəbləşdirir.
Nəriman əsərlərinə o adları - başlıqları seçir ki, oxucuların
mütaliə-qavrama işinə yarasın. Ümumiyyətlə, bu nəslin
nümayəndələrinin öz əsərlərinə başlıq seçimi yığcamlığı,
leksik-metaforik çoxmənalılığı ilə fərqlənir. Onlar üçün başlıq
Məşədi İbadın papağı deyil ki, hara və necə gəldi qoyasan...
Bütün süjet-təhkiyə resursu başlığını - adın hüquqi bəraətinə
sərf olunur. Bu nasirin təhkiyə dili o qədər səliqəli-sahmanlıdır
ki, bəzən buna acığın da tutur. Dilin sintaksisinin bilərəkdən
pozulmasını arzulayırsan. Ancaq Nəriman cümlələrin ritm-
intonasiya axarını dəyişmir, pozmur. Burada yalançı qışqırtı,
kənar hay-küy, poza intonasiyası yoxdur. Hətta məişət
Rüstəm Kamal
126
qalmaqalı - ər-arvadın dialoqu çox sakit щцзур шяраитиндя
keçir, qəhrəmanları həddindən artıq "yumşaq" davranышлары,
sanki ictimai rəyi nəzərə ahırlar. N.Əbdülrəhmanlı rəhmdil
yazıçıdır: öz qəhrəmanlarına qarşı ürəyi yumşaqdır.
N.Əbdülrəhmanlı şifahi nitqin effektini yazыйа-təhkiyə
effektinə çevirə bilir. О, гəhrəmanın başına gələnləri bütün
təfərrüatı ilə, bütün xırdalıqları ilə xatırlaya-xatırlaya yazır.
Jnun
sevdiyi
məkan
-
ünsiyyət-situasiya
məkanıdır.
A.P.Çexovda olduğu kimi, Nərimanın эюз yaddaşı kiçik, o
qədər də nəzərə çarpmayan situasiyaları və detalları
göstərməklə məşğuldur. Oнун personajları situasiyalarla
бирляшиб вящдят йарадыр. Situasiya yazıçı üçün personaj
yaratmağın sınanılmış üsuludur.
"Yalqız" romanı müxtəlif situasiyaiarın bir-birinə ustalıqla
pərçimləndiyi bir böyük cümlədir, tükənməyən monoloqdur.
Müxtəiif hadisələr, adamlar, üzlər, səslər görüşür, çulğaşır,
təhtəlşüur ахынына çevrilir. Hiss olunur ki, görüb bildikləri
haqqında artıq susa bilmir, ürəyini boşaltmağa imkan axtarır.
İctimai problemləri, umu-küsüsünü, giley-güzarını fəlsəfi-
sosial refleksiyaya çevirmək üçün bir macal axtarır.
Yazıçının təhtəlşüuru, yazıçı xarakteri nəsrin ovqat xəttini
müəyyənləşdirir.
Müəllif müdaxiləsi lirik ricətlərlə, tematika səciyyəsi -
emosional, bəzən sentimantal ovqatla yüklənmiş bədii
detallarla baş verir.
"Yadıma düşdü, dünəndən bəri siqaret çəkməmişəm,
ağzım acı dadırdı, bayaq qutudan çıxardığım eləcə stolun
üstündə qalmışdı, onu mətbəxdən götürüb, mətbəxdən
keçdim, eyvanın qapısnı açdım: külək aynabəndin iki sınıq
şüşəsinin yerinə bərkitdiyim qəzet parçalarını yırtmışdı,
arabir içəri girəndə uğultu qoparırdı." ("Yalqız").
"Yalqız" romanında təsvir də var, ancaq bu təsvir şifahi
тящкийянин nəzarəti altındadır. "Yalqız" öz mahiyyətinə görə
Rüstəm Kamal
127
şifahi nitq fenomenidir. Romanın şifahi üslubiyyatı, onu,
tutalım, hardasa Puşkinin nəsrinə bənzədir. Puşkin də şifahi
nitqin bu cür təhkiyə mexanizminə bəraət qazandırırdı.
Бirinci şəxsin dilindən верилян romanда ilk baxışdan
"яlaqəsiz", "pərakəndə" щалдадыр: sərbəst "sənədliliyin"
saxlanılması, məişət təfərrüatlarının verilməsi, hətta bəzi
obrazların altında real şəxslərin, o cümlədən müəilifin
tanınması. Yəni bu romanda təhkiyə texnikası, ifadə manerası
əsərin qəhrəmanıdır.
Anatomiya taleyin özüdür və ya adıdır. Deyəsən, qoca Freyd
belə deyirdi: Kişi, Qadın - ümumiləşdirilmiş adlardır.
Ümumiləşdirilmiş ad mifoioji təfəkkürdən gələn məsələdir.
Nərimanın bütün əsərlərində тяръцмейи-щалынын möhürü
var. Ömrü-günü, görüb-götürdükləri süjet üçün ilk mənbədir.
Bu nəsr ekzistensial təcrübə mə-nasinda onun bioqrafiyasından
ayrılmazdır. Nəriman özünün ekzistensial tayına oxşarlığını
yaxşı dərk edir. Obrazlar, situasiyalar travmalar haqqında ilkin
informasiyalardır.
Süjet-təhkiyə işarələri içində bədən fantazmı, Qadın ehtirası,
arzu olunan qadm bədəninin obrazının fantazmı "gizlənir".
Qadın bədəni "başqa dünyaya keçidi mümkün edən yüksək
səviyyəli" qapılar "olabilər" (M. Eliade). Bütün qadınları əldə
etməyin mümkünlüyü "aranılır", qadınla kişi arasında distan-
siya "öiçülür", qadın kosmologiyanın, universiumun bir
hissəsinə, yaxud mərkəzinə çevirilir. N.Əbdülrəhmanlının nəsr
dili kişi optikası funksiyasını yerinə yetirir, bu optika bədəni
tam şəkildə, yəni dil bədənin təsvirini çox yaxından "götürür".
N.Əbdülrəhmanlıda Kişi taleyi üçün nəzərdə tutulmuş qadın
qurbanlıq olmaqdan imtina etmir - qadın kişini qəbul etməyə
həmişə hazırdır. Mətn məkanında o (qadın obrazı işarə kimi) öz
məkanı ilə, öz miqyası ilə məhdudlaşır, kifayətlənir. Kişi
Qadınını yanına qayıdır. Bu qayıdış Kişinin rahatlığıdır,
rahatlıq tapmasıdır, xaosun kosmosa keçməsidir.
Dostları ilə paylaş: |