Rüstəm Kamal
191
ГУЛУ АЬСЯС:
ЮМРЦ СЯСDƏN TANIMAQ
Qulu Ağsəs öz tərcümeyi-halının təsirini ömründə və
sözündə həmişə hiss edib. Ömür onun üçün mücərrəd anlayış
deyil, konkret bir obyektdir. "Ağsəs" Qulunun sadəcə adı deyil,
həm də ilk şeiridir. "Ağsəs" - assosiativ başlanğıcdır və sondur.
Kitabının üzqabığında yazır: "1969-cu ilin 20 aprel günü
atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya
təşrif buyurdum. Kişi məni ixtiyar yaşında dünyaya
gətirdiyinə görə hakimi-mütləqin qəzəbinə tuş gəldi və
qara-qırmızı vərəqəylə oyundan uzaqlaşdırıldı. Odur ki,
özümü yaşamağa deyil, boşluğu doldurmağa məhkum
olmuşlardan sayıram". Qulu Ağsəsin ömürdən danışması
ölümü unutmamasıdır. "Ağsəs" ömrünün və sözünün
miqyasынı müəyyənləşdirir. Onun üçün ömür ata ölümündən
başlayır. Poetik ömür Ağsəs kişinin ölümünün davamıdır.
Qulunun müdrikлiyi şair pozası deyil, cavan yaşında
təcrübənin paylaşması cəhdidir. Ömür, ölüm, sevgi haqqında
ona görə danışa bilir ki, ömrü təcrübəyə malikdir. Təcrübə
yaşla deyil, şairin içinə qalaq-qalaq yığılan səs və sözlə
baglıdır.
Bu axşam bir niyyət tutaq:
Gün batsın, qürub qalsın.
Bəs ömrü nəylə qorxudaq-
Yerində durub qalsın?!
Yaxud:
Bir udum havaya veririk ömrü
Mənzilə çatmamış o da qurtarır.
Gündüz havalanır.....
Rüstəm Kamal
192
amma ki, ölmür,
Hava qaralanda adam qurtarır.
Onun yaddaşında və nitqindı etnoqrafik-məişət layları-
süxurları çox görümlüdür. Dil oyunu " etnoqrafik məna
zonasını" başqa kontekstə salır. Qulunun getdiyi yol - dilin
poetik yaddaşını şeirin qrammatikasına tabe etdirməkdir,
metonimiyanın imkanlarını genişləndirməkdir. Məsələn: Axır
çərşənbədə od üstündən tullanmaq акты öz metonimik həllini
belə tapır.
Dərdin, azarın tökülsün
Üstümdən addadım səni.
Qulu Ağəsəsin шеирдя "saxladığı məsafə" (distansiya)
mənalararası distansiyadır. Istənilən şeiri götürün. O, sətri,
sözü bir-birinə bağlayan məsafəni həssaslıqla duyur, bir-
birindən uzaq, yad mənaları belə tamamlaya bilir - əlbəttə,
yerində və vaxtında tapılmış (deyilmiş!) bənzətmələr və
paralelizmlər hesabına!
Qulu Ağəsəs шеир мяканыны - frazemləri, ideomatik de-
yimləri, nitq etiketlərini мətnin toxumasına ustalıqla yeridə
bilməкля йарадыр:
Kimsən, nəçisən, ay Allah,
Heç səndən baş tapammadıг.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq
Yaxud:
Eşit, yoldadır artıq
çapır çin atım sənə.
Söz atıb tutammadım,
Rüstəm Kamal
193
indi can atım sənə.
Şair, mənaları данышыг dilindən aralayıb айырыб poetik
obraz zonasına gətirmək istəyir. "Birgə yaşayışı" mümkün
olmayan mənaların üz-üzə эятирдиб toqquşdurmaгла obrazı
(metaforanı) təzələmək məqsədi güdür.
Xatirəyə çöküb səsim
Paslı tüfənglər kimi.
Yaxud
Ləpələr uğunub gedir
Külək ağzın açmamış.
Гулу Аьсясдя «о дцнйа»нын ишарятляри gecə zülməti,
qaramat, qara tüstü, bayquş, it ulaması ölüm obrazlarıdır. Qara
rəngin simvolikası бу obrazların «тцндлцйцнц» biraz da
qatılaşdıрыr.
Hər yeri qaramat basıb
Ağzımda dişə qədər...
Yaxud:
Mən də qara tüstü kimi
Çıxım başından, qurtaraq.
İt ulaması, bayquş сяси мифоложи дцшцнъядя нящс,
bədbəxt олаъаглардан хябяр верир.
Bayaqdan bayquş ulayır
Qonşu itinin üstünə.
Yaxud:
Rüstəm Kamal
194
Bu itlər niyə kirimir
Alır sükutu əlimdən.
Dərdi böşqaba çəkirəm
Gələn bax budu əlimdən.
Peyzaj obrazlar psixoloji durumu əks etdirir. Elə burdaca
qeyd edək ki, Qulunun peyzaj duyumu narahat-mistik, hətta
deyərdim ki, bədbin əhvalının işarəsinə çevrilir. Тящкийя
ахары sakit, rahat görünsə də, sözdən (içdən) bir xaos boylanır.
Itirir yarpaq balasın
Yaxasın cırır ağaclar.
Külək dil qəfəsə qoymur
Təntiyir axır əlac da.
Ölüm mövzusu Azərbaycan инсан üçün həmişə дцнйа
haqqında щаггында, həyat haqqında fəlsəfi düşüncələrinin
predmeti olubdur. Oktavio Pas bir essesində yazır ki, "dərin,
ümum bəşəri kult olan ömür kultu həm də ölüm kultudur.
Onlan bir-birindən ayırmaq olmaz. Ölümü inkar edən
sivilizasiya əввəl - axır həyatın inkarı fikrinə düşəcək" (Пас О.
День всех святых, праздник мертвых // Пас О.
Избранное М., Терра, 2001, с.268).
Сon ilлəр poeziyamızda санки ölüm mövzusunun ba-
yağılaşması, ontoloji mənadan məhrum olması prosesi gedir.
Ölüm fəlsəfi kateqoriya kimi deyil, mənasız, profan bir
nəsnənin вя щадисянин adı kimi poetik kontekstə salınır
ölümün mənaca adiləşməsi şeirin мистик щавасыны xeyli
zəiflədir.
O nədi gendən ağaрыr?
Dostları ilə paylaş: |