Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

Rüstəm Kamal 
 
191 
 
ГУЛУ АЬСЯС:  
ЮМРЦ СЯСDƏN TANIMAQ 
 
Qulu  Ağsəs  öz  tərcümeyi-halının  təsirini  ömründə  və 
sözündə  həmişə  hiss  edib.  Ömür  onun  üçün  mücərrəd  anlayış 
deyil, konkret bir obyektdir. "Ağsəs" Qulunun sadəcə adı deyil, 
həm də ilk şeiridir. "Ağsəs" - assosiativ başlanğıcdır və sondur. 
Kitabının  üzqabığında  yazır:  "1969-cu  ilin  20  aprel  günü 
atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya 
təşrif  buyurdum.  Kişi  məni  ixtiyar  yaşında  dünyaya 
gətirdiyinə  görə  hakimi-mütləqin  qəzəbinə  tuş  gəldi  və 
qara-qırmızı  vərəqəylə  oyundan  uzaqlaşdırıldı.  Odur  ki, 
özümü  yaşamağa  deyil,  boşluğu  doldurmağa  məhkum 
olmuşlardan  sayıram".  Qulu  Ağsəsin  ömürdən  danışması 
ölümü  unutmamasıdır.  "Ağsəs"  ömrünün  və  sözünün 
miqyasынı  müəyyənləşdirir.  Onun  üçün  ömür  ata  ölümündən 
başlayır. Poetik ömür Ağsəs kişinin ölümünün davamıdır. 
Qulunun  müdrikлiyi  şair  pozası  deyil,  cavan  yaşında 
təcrübənin  paylaşması  cəhdidir.  Ömür,  ölüm,  sevgi  haqqında 
ona  görə  danışa  bilir  ki,  ömrü  təcrübəyə  malikdir.  Təcrübə 
yaşla  deyil,  şairin  içinə  qalaq-qalaq  yığılan  səs  və  sözlə 
baglıdır.  
 
Bu axşam bir niyyət tutaq:  
Gün batsın, qürub qalsın.  
Bəs ömrü nəylə qorxudaq- 
Yerində durub qalsın?!  
 
Yaxud: 
 
Bir udum havaya veririk ömrü  
Mənzilə çatmamış o da qurtarır.  
Gündüz havalanır.....  


Rüstəm Kamal 
 
192 
 
amma ki, ölmür,  
Hava qaralanda adam qurtarır. 
 
Onun  yaddaşında  və  nitqindı  etnoqrafik-məişət  layları-
süxurları  çox  görümlüdür.  Dil  oyunu  "  etnoqrafik  məna 
zonasını"  başqa  kontekstə  salır.  Qulunun  getdiyi  yol  -  dilin 
poetik  yaddaşını  şeirin  qrammatikasına  tabe  etdirməkdir, 
metonimiyanın  imkanlarını  genişləndirməkdir.  Məsələn:  Axır 
çərşənbədə  od  üstündən  tullanmaq  акты  öz  metonimik  həllini 
belə tapır.  
 
Dərdin, azarın tökülsün  
Üstümdən addadım səni. 
 
Qulu  Ağəsəsin  шеирдя  "saxladığı  məsafə"  (distansiya) 
mənalararası  distansiyadır.  Istənilən  şeiri  götürün.  O,  sətri, 
sözü  bir-birinə  bağlayan  məsafəni  həssaslıqla  duyur,  bir-
birindən  uzaq,  yad  mənaları  belə  tamamlaya  bilir  -  əlbəttə, 
yerində  və  vaxtında  tapılmış  (deyilmiş!)  bənzətmələr  və 
paralelizmlər hesabına! 
Qulu  Ağəsəs  шеир  мяканыны  -  frazemləri,  ideomatik  de-
yimləri,  nitq  etiketlərini  мətnin  toxumasına  ustalıqla  yeridə 
bilməкля йарадыр: 
 
Kimsən, nəçisən, ay Allah,  
Heç səndən baş tapammadıг.  
Özün qurduğun dünyada  
Sənə bir iş tapammadıq 
 
Yaxud: 
Eşit, yoldadır artıq  
çapır çin atım sənə.  
Söz atıb tutammadım,  


Rüstəm Kamal 
 
193 
 
indi can atım sənə. 
 
Şair,  mənaları  данышыг  dilindən  aralayıb  айырыб  poetik 
obraz  zonasına  gətirmək  istəyir.  "Birgə  yaşayışı"  mümkün 
olmayan  mənaların  üz-üzə  эятирдиб  toqquşdurmaгла  obrazı 
(metaforanı) təzələmək məqsədi güdür.  
 
Xatirəyə çöküb səsim  
Paslı tüfənglər kimi. 
 
Yaxud 
 
Ləpələr uğunub gedir 
Külək ağzın açmamış. 
 
Гулу  Аьсясдя  «о  дцнйа»нын  ишарятляри  gecə  zülməti, 
qaramat, qara tüstü, bayquş, it ulaması ölüm obrazlarıdır. Qara 
rəngin  simvolikası  бу  obrazların  «тцндлцйцнц»  biraz  da 
qatılaşdıрыr. 
 
Hər yeri qaramat basıb  
Ağzımda dişə qədər...  
 
Yaxud: 
 
Mən də qara tüstü kimi  
Çıxım başından, qurtaraq. 
 
İt  ulaması,  bayquş  сяси  мифоложи  дцшцнъядя  нящс,  
bədbəxt олаъаглардан хябяр верир.  
 
Bayaqdan bayquş ulayır  
Qonşu itinin üstünə.  
Yaxud: 


Rüstəm Kamal 
 
194 
 
 
Bu itlər niyə kirimir  
Alır sükutu əlimdən.  
Dərdi böşqaba çəkirəm  
Gələn bax budu əlimdən. 
 
Peyzaj  obrazlar  psixoloji  durumu  əks  etdirir.  Elə  burdaca 
qeyd  edək  ki,  Qulunun  peyzaj  duyumu  narahat-mistik,  hətta 
deyərdim  ki,  bədbin  əhvalının  işarəsinə  çevrilir.  Тящкийя 
ахары sakit, rahat görünsə də, sözdən (içdən) bir xaos boylanır. 
 
Itirir yarpaq balasın  
Yaxasın cırır ağaclar.  
Külək dil qəfəsə qoymur  
Təntiyir axır əlac da. 
 
Ölüm  mövzusu  Azərbaycan  инсан  üçün  həmişə  дцнйа 
haqqında  щаггында,  həyat  haqqında  fəlsəfi  düşüncələrinin 
predmeti  olubdur.  Oktavio  Pas  bir  essesində  yazır  ki,  "dərin, 
ümum  bəşəri  kult  olan  ömür  kultu  həm  də  ölüm  kultudur. 
Onlan  bir-birindən  ayırmaq  olmaz.  Ölümü  inkar  edən 
sivilizasiya əввəl - axır həyatın inkarı fikrinə düşəcək" (Пас О. 
День  всех  святых,  праздник  мертвых  //  Пас  О. 
Избранное М., Терра, 2001, с.268). 
Сon  ilлəр  poeziyamızda  санки  ölüm  mövzusunun  ba-
yağılaşması,  ontoloji  mənadan  məhrum  olması  prosesi  gedir. 
Ölüm  fəlsəfi  kateqoriya  kimi  deyil,  mənasız,  profan  bir 
nəsnənin  вя  щадисянин  adı  kimi  poetik  kontekstə  salınır 
ölümün  mənaca  adiləşməsi  şeirin  мистик  щавасыны  xeyli 
zəiflədir.  
 
 
O nədi gendən ağaрыr?  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə