Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

Rüstəm Kamal 
 
195 
 
Çatıb axıрыn çağırır.  
Məni çağıran çağırır,  
Açın yaxamı, gedim. 
 
Qulu Agsəsdə ölüm çox intim hadisə kimi, gündəlik mütləq 
hadisə kimi yaşanılır. Olüm dərk olunan, yaşanılan yoxluqdur. 
Yuxu,  ölüm-itim  mövzuları  mətnlərə  bir  sufi  ovqatı  ("xalq 
sufiliyi"),  bir  nisgil-xiffət  gətirir.  Bu,  Qarabağ  müharibəsində 
itkin  düşən  məktəb  dostu  Xaliqə  həsr  etdiyi  şeirində  aydın 
sezilir:  
 
Allaha baxmasaydım,  
Girməzdim yuxuma da.  
Torpaq kimi soyuyur – 
Ən isti, yaxın adam. 
 
Той-вай гаршыдурмасы юлц-дири, qarşıdurmasının fəlsəfi 
əvəzediciси oлur. 
 
...Diri yаxan sığыnır  
Ölü torpağын təkinə. 
...Toyuna çağırmadın,  
Vayına çağır дərsi. 
...Mən onu itiyim kimi sevdim,  
O məni tapдыıgы qədər... 
 
Гулу  Аьсяс  дцнйанын  ясас  образы  Allah-Mənadır. 
Mənanın mövcudluğu-dünyanın mövcudluğudur. - "Sənsən hər 
yer..."  kitabın  adı  yaxşı  seçilibdir.  O  hər  şeyi  anlamağın  ilk 
fokusudur.  "..  Səndə  nə  var  çəkir  məni".  Sorğu-sual  heyrət-
təəccüb, şübhə, giley-güzar... - hamısı bu fokusa bağlıdır. Onun 
varlığının təzahürünün mümkünsüzlüyü də Mənadır. 
Quлu Ağsəsin  Allahлa  bu qədər ərk-yana davranışı genetik 
inanc yaddaşından və bir də türk düşüncəsinin tipologiyasından 


Rüstəm Kamal 
 
196 
 
irəli  gəlir.  "Türklər  qədim  dövrlərdən  başlayaraq,  öz 
Tanrıları ilə sıx mənəvi-ruhi təmasda olmuş, ondan qorxub 
çəkinməmiş, əksinə, ona könüldən bağlanmış, İslamı qəbul 
edəndən  sonra  həmin  sadəlövhlük,  səmimilik  müsəlman 
Allahına  münasibətdə  də  özünü  göstərmişdir"  (Nizami 
Cəfərov). 
Qulu  Ağsəsин  Tanrıyla  ünsiyyətинdə  rəsmiyyət  yoxdur. 
"Mən  -  Sən"  ünsiyyət  kanalı  özünü,  dünyanı...  anlamaq 
durumudur. Və anlamaq aktı o zaman başlayır ki, "Mən" "Sən" 
məkanına  сясля  daxil  olur.  О,  Танрынын  варлыьына 
ешитмякля инаныр. 
 
Demə, nə eşidirsən  
Nə səsin çıxır sənin.  
...Beləymişsən, yaxşı ki,  
Tanıdım axır səni. 
 
Bu  tipli  şeirlər,  (inanıram  ki,  onun  ömür  fəlsəfəsinin  tərkib 
hissəsidir)  onun  fiziki-mənəvi-psixoloji  varlığının  hüdudlarını 
müəyyənləşdirir.  Bu  şeirlər  şair  Qulu  Ağsəsin  yaşam 
sadəlövhlüyünün poetik isbatıdır: 
 
Nə boydasan görən heylə?  
Bir ölçüyə gəlmirsən.  
Bäş çəkmirsən qulıfarынa 
Bizə niyə gəlmirsən?.. 
Cecəni mənə tapşıran  
Xeyirdimi, özü yatmır... 
 
"Kitabi-Dədə  Qorqud"da  Oğuz  bəylərinin  Uca  Yaradana 
duası-yalvarışı da belə səmimidir:  
 
Ucalardan ucasan!  


Rüstəm Kamal 
 
197 
 
Kimsə bilməz necəsən!  
Əziz Tanrı! 
Sən anadan doğulmadın  
Sən atadan olmadın.  
Kimsə rizqin yemədin  
Kimsəyə güc etmədin  
Qamu yerdə əhədsən,  
Allahü-səmədsən! 
 
Qulu  Ağsəs  öz  ömrünün  mənasına  və  miqyasına    hörmət 
qoyan şairdir. 
 
 


Rüstəm Kamal 
 
198 
 
RƏFAIL INCƏYURD: LƏHCƏНИН ШЕИРИ 
 
Rəfail  İncəyurdun bir şair kimi dəyişməz, ürəkdən inandığı 
ədəbi-estetik mövqeyi və əxlaqı var.  
Onun  şeirləri  ilə  yaxından  tanış  olan  istəkli  oxucu 
göstərəcək ki, şair sözlə ömrün sərhədini artıq ayırmaq istəmir. 
Şeir ömrün, ömür də şeirin məntiqini tamnam müəyyənləşdirir. 
Rəfail  öz  ömür  yaşamına  qıraqdan;  dostlarına,  yaxınlarına, 
el-obasına  isə  içdən  baxmağı  bacarır  (“Kiminsə  içinə  hənir 
gətirdi…”). 
Rəfail İncəyurd saz şeirinin formalarına sədaqətlidir və bunu 
yurd  yerimizə, dilimizə candan-qandan  bağlılığı kimi anlamaq 
gərəkdir. 
Hər  şeyin  ötəri,  keçici  olduğu    bir  zamanədə  ədəbi-bədii 
dəyərlərə bağlılığın xoş bir niyyətlə, qətiyyətlə və inamla dədə-
baba  sözünü  yazıb  oxumasını  ancaq  alqışlamaq  lazımdır.  O, 
Vaqifi,  Aşıq  Ələsgəri,  Abbas  Tufarqanlını,  Səməd  Vurğunu, 
Hüseyn Arifi… görüb eşidibdir. 
Rəfail  İncəyurdun  sözü  üçün  ləhcə-şivə  ilham  mənbəyi, 
poetik sözü “eydirmək” imkanıdır, nazlanması, ərklənməsidir. 
Onun  şeirlərində  ləhcənin  “görünməsi”,  israrla  eşidilməsi 
yurd  sevgisinin  və  qanın  səsinin  başqa  bir  adıdır,  torpağın 
qorunması  cəhdidir.  Ləhcə  bəzən  sözün  məkan  mənsubluğunu 
göstərməklə yanaşı, təkrarsız məna-intonasiya qatı yaradır: 
 
Ürəyimiz boyda olaq, 
Hər pənahda, hoyda olaq. 
Noola, kənddə toyda olaq 
Külləyələr qara sajı, 
Elə döymü Aşıq Hajı? 
 
Burada  “j”  səsinin  intensivliyi  şüeirin  etnik-bədii  ovqatını 
və obrazını mükəmməl şəkildə tamamlayır. 


Rüstəm Kamal 
 
199 
 
Rəfailin  “Qıjıtnamə”lər  adlandırdığı  bölüm  (mənim  çox 
sevdiyim) İncə Dərəsinin şifahi nitq stixiyası, incəlilərin folklor 
təfəkkürü ilə bağlıdır. 
Ənənəvi  obrazlar,  deyimlər  canlı  nitq  hadisəsidir  və  Rəfail 
İncəyurdun  poetik  mədəniyyətinin  iç  dünyasıdır,  poetik  dilini 
anlamaq kodudur. Rəfaildə elə  obrazlar, deyimlər  dəsti var ki, 
şairin  öz  ovqatını,  xarakterini,  sevgili  xalqının  taleyini 
anlamağa kifayət edir. 
O,  şeirləri    uşaqlığını,  gül-çiçəyini,  doğmaların-yaxınların 
adlarını  unutmamaq  üçün  yazıbdır.  Ömrün  50-sindən  sonar 
tanınması  yazın  (uşaqlığın-ilkinliyin,  başlanğıcın)  da  tanınma 
işarəsi  olur  ki,  şairin  yaş  və  xatirə  şeirlərinin  nisgili  də  elə 
burdandır: 
 
Bildirçin hürkütdüm, xam at tovladım,  
Çər-çəpiş teylədim, quzu qovladım. 
Bütün fəsillərə şeir payladım- 
Könlümün sahibi təkcə yaz oldu. 
 
Rəfail İncəyurd ləhcə  nisgilini  sözə çevirməyi bacarır. Hər 
sözündə бу nisgilin xəzəl xışıltısı “eşidilir”. 
Onun  şeirlərində  “lal”  söz  yoxdur,  ancaq  söz  qışqırmır, 
çığırmır. Hər şeirin içində bir qımqımı havası, cinas cəhdi yatır. 
Saz  Rəfail  İncəyurdun  ləhcəsinə  müdrik  ağsaqqal  obrazını 
gətirib, sözün ibrət-nəsihət dərəcəsini artırıb: 
 
İncəyurd der: barrandı küt kündələr, 
Zaman özü əyrisini rəndələr. 
Nəkaradı bu fənada bəndələr 
Bir Allah var, bir də haqqın qılıncı. 
 
Göy  yiyiəsi  ilə  ünsiyyət  onun  şeirlərinin  ontoloji 
məsələsidir.  Mübarək  mənalar  dünyası  onun  poetik  lüğətini, 
rədifini-qafiyəsini  təşkil  edir.  Nəcib  Fazil  Qısakürək  deyir: 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə