Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

Rüstəm Kamal 
 
187 
 
Yaxud:  
 
Xəfif gülümsəməyə bənzər suların üzündə  
Bilinənlə bilinməzin sınırı - yakamoz  
... mənə daha çox şeylər söləyir, biləsən  
gəzəri ruh, yaxud da şər vaxtında yakamoz. 
 
Bu şeiri isə Platonun fəlsəfəsində magara divarındakı tonqal 
kölgəsi obrazı ilə şərh etmək yerinə düşər. Xatırlayaq: qaranlıq 
magaranın  mərkəzində  tonqal  yanır,  bu  tonqalın  önündə  rəqs 
edən qadının kölgələri divara düşür; qadınla divar arasında üzü 
divara  doğru  bir  adam  oturur  və  kölgələrin  titrəyişini  izləyir, 
ancaq  qadını  və  tonqalı  görmür.  Bu  dünya  suların  üzündəki 
yakamoz və ya mağara divarındakı kölgədir. 
Gizli  sitatlar  poeitk  mətni  üzvi  surətdə  tamamlayır.  Onun 
şeir  stixiyası  qoşma,  gəraylı  stixiyasından  qidalansa  da 
(N.Cəfərov),  həmin  janrların  arxitekturası  onun  modern 
təfəkkürü  tərəfindən  yenidən  qurulur.  Forklor  ənənəsindən, 
ozan  aşıq  yaradıcılığından  klassik  poetik  təcrübədən  ibarət 
lüğət tərkibi müasir leksika ilə qaynayıb qarışaraq çox üslublu 
(polistilistik) bir mətn bütövlüyü yaradır. 
Etimadın 
şeirlərini 
bizi 
Nəsiminin, 
Y.Əmrənin, 
M.V.Vidadinin  Məhtimqulunun  türkün  kollektiv    təhtəlşüurun   
elementləri,      etnik-  mədəni  sisteminin  ədəbi  mifologiyanın, 
türk  dilinin,  mifologemləri  olması  qənaətinə  gətirir.  Etimadın 
özü də sözü də həmin mifoloji məkanda (qətiyyən) özgələşir. 
 
Candı amanatdı, lələ, 
Yiyəsi gəlib aparır 
Ha cırna, cığallıq elə, 
Döşləyir alıb aparır  
 


Rüstəm Kamal 
 
188 
 
Etimad  Başkeçidin  hardasa özü  mifofeldir, yəni gərarlıya, 
qoşmaya  qədərki  dilin  təbiətini,    söyləmələrin  mifoloji  
mahiyyətini duymaq bacarığındadır. 
Türk  sözünün  şərəfli  keçmişi,  poeitk  dilə  gözlənilməz 
qayıdışı,  Etimadın  şeir  məkanında  gerçəkləşir.  Çox  güman  ki, 
Etimad özü də sözlərin sehrinə cazibəsinə düşməklə azadlığını 
da  müəyyən  qədər  itirə  bilərdi.  Əgər  bir  çayı  iki  dəfə  keçmək 
mümkün  deyilsə,  bir  sözün  tarixini  (və  taleyini!)  iki  dəfə 
yaşamaq  olarmı?  Hər  halda  Etimad  cəsarətli  bir  ədəbiyyat 
kişisidir ki, çırmalanıb bu «çayı» keçmək istəyir: 
 
Şam иşığı boyda, Yastı bir binə 
Gələn gəldi, 
Quru yerdə əyləndi. 
Əldən-ələ haqda dilə bir abdal 
Yara-yara qalxdı. Dördə əyləndi 
Bu köndələn köhnə xırman yeridi, 
Uçuq könül kor bayquşun piridi, 
Baxtsız kimsə dastan boyu yürüdü, 
Qismətini görə-görə əyləndi 
 
Etimadın цслубу və inanc dünyası, цслуб və етикасы  ич-
ичядир.  Əslində  Etimadın  şeirləri  bütöv  fəlsəfi  sistemдян 
эялир.  Və  bu  nə  qədər  tanış  və  doğma  olsa  da,  onun  də-
yərlərini,  anlamlarını  Etimad  yaratdığı  mənalar  yerarxiyasında 
yerləşdirə bilibdi. 
 
 
Görklü tanrı! 
Bir balaca misirinin həvəsində 
Kimi atlı, kimi yayaq - 
Şahid sənsən! 
 


Rüstəm Kamal 
 
189 
 
Düzümünə,  nəfəsinə  görə  «Kitabi  Dədə  Qorqud»da  Oğuz 
bəylərinin Allah-təalaya yalvarışlar bənzəmirmi»! 
 
Yucalardan yucasan, 
yücə tənrı! 
Kimsə bilməz necəsən, 
Görklü tənri! 
Sən adəmə tac oldun, 
Şeytana lənət qıldun, 
Dərgahdan sürdün... 
 
Və  yaxşı  haldır  ki,  bu  şeirlərində  inancların  (yəni  ilkin 
inancla  islam  inancı  arasında)  kəskin  qarşıdurma  yoxdur, 
əksinə - üzvi vəhdətə nail olmaq cəhdi vardır ( bu cəhd hardasa 
çağdaş  latış  şairi  Uldis  Berzenşin  bu  mövzuda  poetik 
təcrübələrini  mənə  xatırlatdı)  bu,  yalnız  şairin  dünyagörüşünü 
suxurlaşmış  qatı  ilə  həm  də  qutsal  mətləbləri,  obraz  və 
motivləri  əsrlər  boyu  canına  hopdurmuş  poezyamızın  yaddaşı 
ilə bağlıdır. 
 
Qətlə qatırına hay vuruldumu? 
Nə davran, nə dalan, nə cinas eylə. 
Bir şəhər verilsin sultan könlünə, 
Endir Allahınnan iltimas eylə 
 
Eтиmad-Başkeçid  мцəyyən  səbəblər  uзцндян  (obyektiv  və 
subyektiv) bizdən uzaq düşmüş düşüncə - əxlaq цслубуну bizə 
yenidən  doğmalaşdırыб  классик  şeirimizin  əsirinə  -  yesirinə 
çevrilmiрми? Hər halda Etimad шеирлярини o ruhda yazır ki, 
Yunus  Əmrə,  Şah  Xətayi,  Molla  Vəli  Vidadi  Aşıq  Paşa,  Pir 
Sultan  Abdal,  Qaracaoğlan,  Aşıq  Şenlik,  Aşıq  Veysəl,  Nazim 
Hikmət...  anlaya  bilsin.  Onun  sözü  varislərə  yox,  əcdadlara 
yönəlibdir.  Əhməd  Yəsəviйя,  dərvişляря  ozanlara,  Anadolu 
aşıqlarına ünvanlanıbdır. 


Rüstəm Kamal 
 
190 
 
Söz bir arc misalı, gen dünyaya inad 
Bircə yol sanımağı üstlər yaşamaqdan 
Azmı duyduq bu öfkəli vızıltıları 
  Arı yeşiyi misalı açılan hər kitabdan  
 
Bu  şeirlərin  psixologiyası  müdrik  kişinin  psixologiyasıdır, 
ovqat mövqeyi  - Ağsaqqal,   Dərviş,  Yolçu  mövqeyidir. Epik 
qocanız dünyaya, qədərə məna vermək cəhdidir. 
 
Harda pir, 
Harda niyyət, 
Harda əhlət! 
Yolçu istəməsə də yol gözləməz - 
 
Qədərilə  baş  -  başa  qalmış  yolun  ən  qadir  yolçusu  daşdır 
əlbət!  Шаирин  inanc  məntiqi  budur:  xatırlamaq  unutmaq 
üçündür; yaşamaq həvəsi ilə ölüm istəyi arasında щеч бир fərq 
yoxdur. 
Dünyanı 
anlamaq, 
sirr 
pərdələrini 
yırtmaq 
mümkünsüzdür; bütün olacaqlar cənabi - haqdan gəlir və s. 
Bütün  «öfkəli  vızıltılar»,  bütün  xırım-xırda,  mənasız  şeylər 
yalnız  mənalar  dünyasında  kəsb  edir.  Bu  şeirlərdən  dua 
(ustadnamə, vücüdnamə...) ətri əskiki olmasa da onların içində 
Sözün  hipnozu,  İşarə  hipnozu,  Kitab  hipnozu  var.  Bir  «türk 
sindromu» var. Yəni E.Başkeçid mahiyyətcə Qızılbaş, Bəhtaşi, 
Nəгbəndi,  Təkətürkmən,  Borçalı,  Osmanlı  ruhuna  açıb 
göstərməkля  məşğuldur.  E.Başkeçid  Qafqaziyada,  Kıprızda, 
Kosovada,  Xorasanda,  Hələbdə,  Allahın  kölgəsi  altında 
yaşayan türkün taleyini göstərməklə məşğuldur. 
 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə