Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

Rüstəm Kamal 
 
200 
 
“Biz şeiri iman içində bilmişiz”. Rəfailin şeirləri Tanrıya yalnız 
dərin  inamın  nəticəsi  deyil,  həm  də  daha  çox  Uca  Yaradanla 
(Göyün  yiyəsi,  rəhim  yiyəsi…)  ünsiyyətin  nəticəsi  kimi 
doğulur. Çox yaxşı haldır ki, xalq sufiliyi onun  söz sünyasına 
əxlaq dəyərləri ilə daxil olur. Bu mübarək  məna-dəyər çevrəsi 
bəlkə, özünün də “tale mətni”ni müəyyənləşdirir?! 
 
Nədi savab, nədi günah, 
Sənə bəlli, Ona agah. 
Nə istəsən verir Allah, 
İstəməyə üzün ola.  
 
Yaxud: 
Hamı halallığa güldü beləcə, 
Hamı tumarladı balta sapını. 
Bir çürük zəmanə  gəldi beləcə, 
Buyurun: qiyamət döyür qapını…   
 
Azərbaycan  şeirində  “dərd”  sadəcə  psixoloji  durumun  adı 
deyil, həm də obraz-anlayışıdır. Işi-peşəsi dərddən dilə gəlmək, 
dərddən danışmaqdır. Dərd şairi Göyə bağlayan fövqəl gücdür. 
Rəfailin dostlara üz tutub söylədiyi şeirlər də sadəcə  ithaflar 
deyil,  yükü, mətləbi könül  dərdli pıçıltıları, sığınmalardır. 
Rəfail  İncəyurdun  dərdində,  ağrısında  sakit  bir  şükranlıq 
havası  hakimdir.  R.İncəyurd  ömrünün  və  şeirin  emosional-
ovqat  süjetini  itki  motiv  təşkil  edir.  Itki  (dost  itkisi,  torpaq 
itkisi,  keçən  günün  itkisi…)  ağrısı  (mövzusu)  onun  sözünün 
gücünü  dəyərləndirməyə  imkan  verir.  Şeirlərin  emosional 
süjeti təsirli, təbii və hətta, görümlüdür. 
 
Dağlardan nə yazaq, ozan dədələr, 
Badələr dağları bada verdilər. 
Birinə qaçılmaz düyünlü nisgil, 
Birinə çəkilməz əda verdilər. 


Rüstəm Kamal 
 
201 
 
 
Baxt-yığval  bu şairin ömür təcrübəsinin  və  yaddaşının  əsas 
obrazıdır.  (Məsələn:  qarışqa  baxtına  yanan  şairin  “qarayığval” 
epiteti  ilə  şərəfləndirməsi:  “Qarayığval  qarışqalar  qara 
filnən tutaşdısa, neyləyəcək?”). 
Qəribədir:  onun  söz  dünyasında  sanki  qadın  obrazına  yer 
yoxdur.  Sevgi  şeirlərində  də  etnik  əxlaq  var.  Qoşma-gəraylı 
qrammatikası  (sintaksisi)  məhz  ləhc  sintaksisinə  və  əxlaqına 
tabedir… 
 
 
 


Rüstəm Kamal 
 
202 
 
БАЩАДЫР ФЯРМАНЫН БАЩАР 
ЦМИДЛЯРИ 
 
Бащадыр  Фярман  Gəncənin  urvatlı,  dəyərli  şairlərindən 
biridir, чцнки онун sözündə əxlaqı, tərbiyəsi görünür. Bahadır 
müəllimin  şəxsiyyətinə  və  sözünə  yaxından  bələd  olдуьум 
цчцн deyirəm. Bahadır Fərmanда ürək söhbət edir, щяр шейи 
цряк xatırlayır. Hətta epitetləri, təşbehləri də qafanın quraması 
deyil,  ürəkdən  gəlir.  Ancaq  ürəyi  olan  şairlər  dağla,  daşla, 
ağacla insan arasında fərq qoymur.  
And  içəndə  “Qoşqar  haqqı”  deyən  bir  elin  oğlu  başqa  cür 
ola  bilməzdi.  Üzünün  qırışlarını,  dağ  cığırlarını  bənzədən  bir 
şair başqa cür yaza bilməzdi.  
Bahadır  Fərmanın  şeirlərini  oxumaq  da  xeyirlidir,  çünki 
şeirlərində bolluca işıq yuva salıbdır. 
Və  hərdən  mənə  elə  gəlir  ki,  onun  шеирляриндя 
“gecələrin”  içindən  də  işıq  topası  boylanır.  Işıqla  zülmətin 
kəskin  qarşıdurması  yoxdur.  Bütün  təbiət  obyektləri,  təbiət 
hadisələri  işıq  -  od  mahiyyətlidir.  Ona  görə  də  çıraq,  çılçıraq, 
ulduz, şimşək, ocaq onun sevdiyi poetik obrazlardır. 
 
Yandır işıqları, gülsün qəlbimiz, 
Ay bahar ətirlim, tutum əlindən. 
Sənin işığını gözləyirik biz,  
Bir gecə, bir ürək, bir də, bir də mən.  
 
Bəzən bütöv bir psixoloji durumu od obrazı ilə təqdim edir. 
Diqqət yetirin: 
 
Hirsindən içindən şimşəkmi çaxdı, 
Nifrəti canını yandırdı, yaxdı. 
Ata ocağına yad kimi baxdı, 
Odu ayaqladı, közdən yıxıldı. 


Rüstəm Kamal 
 
203 
 
 
Bahadır  Fərman  üçün  Daşkəsənin  işıq  təcəssümü,  nur 
məkanı olması da bu üzdəndir. 
 
Güney işıq, 
quzey işıq. 
dağlar nurla yaraqlanıb. 
Bu şəhərin qotaz-qotaz işıqları 
ulduzlara çataqlanıb. 
 
Şair  kənd  axşamının  təsvirində  də  “işığ”ın  işarətlərini 
axtarır, ишыг-од деталларыны эюрмяк истяйир. 
 
Pozulmuş misra tək görünür cığır, 
Yanır çəmənlərin böcək şamları. 
Günəşi ötürüb kəndə qayıdır 
Soğança qoxulu kənd axşamları. 
 
Məhz  içindəki  işıqdan  həmişə ümid cücərir. Ümid duyğusu 
onun  ömür-gün  məkanını  işıqla  doldurur.  Bир  insan  ümidini 
bundan zərif necə ifadə etmək olar?! 
 
Ümidim göyərdi, qəlbim göyərdi 
Bahardan yapışan budaqlar kimi 
 
Bahadır  Fərmanda  ümid-təsəlli  kimi  durumlar  bahar 
mövsümü ilə əlaqədardır.  
Insana xas olan psixoloji durumunu, jest-mimikalarını təbiət 
üzərinə  keçirməsi  mifopoetik  düşüncəsindən  gəlir.  Folklora, 
mifologiyaya az-çox bələd olan bir adam kimi deyə bilərəm ki, 
onun şeirləri ilə əcdadlarımızın metaforik dünyagörüşünü bərpa 
etmək olar: 
 
Dəlisov küləklər batdı günaha, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə