Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

Rüstəm Kamal 
 
204 
 
Xəzəl tonqalını budaq görəcək. 
Bir bağban dedi ki, ağaclar daha 
Yuxuda nəğməli yarpaq görəcək.  
 
Bu  düşüncə  типи  olmasaydı,  poetik  müşahidələrindəki 
heyrət  duyğusu  da  qalmazdı.  Çağdaş  şeirimizdə  uşaq  saflığı 
olan şairlərin seyrəlməsi ürək ağrıdan hadisədir.  
 
Hərdən qəzəblənib sənə daş atır 
Kinli təpələrin gədası, dağlar  
 
Yaxud  
 
Çoban tütəyinin səsində otlar 
Yağışı süd olan bulud sürülər. 
 
Təbiət  varlıqlarının  və  hadisələrinin  mahiyyətini  epitetlərlə 
verməsi,  xüsusən  feli  sifət    tərkibli  epitetlərlə  mənalandırması 
həmin dünyagörüşündən gəlir.  
 
Öpdü çiçəkləri bozköynək duman, 
Sel içən dərələr məhəbbət uman... 
Körpə cüyürləri qorxutdu yaman  
Od yeyən şimşəyin hədəsi, dağlar. 
 
Bahadır Fərman şeirlərinin süjeti görüş situasiyaları üstündə 
qurulur.  O,  xəyalında  canlandırdığı,  fikrində  tutduğu,  yad-
daşında əzizlədiyi görüşlərin gerçəkliyinə inanır. Ancaq bu cür 
şair  müharibə  veteranı  Asqol  Muradın  görüşünə  gələnlərin 
sayını  (beş  qoca  kişi,  150  arvad)  xatırlamaq  olar,  şəhid 
balaların  ruhlarını  salamlamaq  olar.  (“Xoş  gördük,  Səbuhi! 
Xoş gördük, Vaqif!”) 


Rüstəm Kamal 
 
205 
 
Bir  şeiri  var  -  “Uşaqlıq  sevincim”  adlanır.  Atası  cəbhəyə 
gedəndə  onunla  görüşə  bilməyən  illərboyu  bunun  çəkdiyi 
əzabını  çəkən  insanın  ifadəsidir.  Əlbəttə,  bir  də  ilk  eşqin,  ilk 
görüşün xatirə həzinliyi də tez-tez ürəkdə ya da düşür.   
 
Arabir gül gətir görüş yerinə 
Burda dəfn olunan eşqi xatırla.  
 
Ürəyinin  döyünmə  ritmi  görüş  məqamlarını  xatırlama 
tezliyindən  asılı  olur.  O,  həmişə  doğma  yerlərlə  görüşün 
həsrətini, görüşün  mutluluğunu yaşayır. Bir-iki il  bundan öncə 
Gəncədə  dostlarımla  (M.Dəmirçioğlu,  İ.İsaq,  B.Fərman,  Saleh 
müəllim)  Daşkəsən  dağlarına  getmək  qərarına  gəldik.  Onda 
Bahadır  müəllimin  bu  görüşə  necə  həyacanla  getdiyi  indi  də 
gözümün qabağındadır. Bəlkə onda ürəyində pıçıldayırmış: 
 
Ulu Qoşqar, ulu dağım, xoş gördük. 
Dağ inamım, dağ ümidim, gərəyim. 
Yalçın qaya, tənha palıd, sərt yoxuş, 
Dağ keçisi, körpə əlik-göyçəyim.  
 
Bahadır  Fərmanda  ürək  sadəcə  ontoloji  kateqoriya,  yaxud 
vacib  fizioloji  orqan  deyil,  ömrün  kədərlə,  sevinclə  yazılmış 
salnaməsidir, ən etibarlı yaddaşın adıdır. Onda yaddaş ağrısı ilə 
ürək ağrısı var.  
Yurd  yeri  ilə,  uşaqlığı  ilə  görüş  həmişə  ürəyi  ilə  görüşə 
çevrilir. Bu görüşlərin bircə iştirakçısı var - ürək.  
 
Məni görüb düz üstümə yüyürdü 
Ötən ildən burda qalan ürəyim. 
 
Onun  xatirə  yaşantıları  ürəkdə  yerləşir.  Uşaqlıqdan 
uzaqlaşdıqca  keçən  günün  kədəri  ilə  ürəyi  daha  çox  yüklənir. 


Rüstəm Kamal 
 
206 
 
Bu  qədər  xatirə  ağırlığına  və  obrazlara  ancaq  şair  ürəyi    tab 
gətirə bilərdi.  
 
Bulaq həzin-həzin ağlar içində 
Mamırlı dağları yalayıb gedər. 
Bu nisgil, bu ağrı biçimdə  
Kövrək ürəkləri dalayıb gedər.  
 
Bahadır Fərmanın poeziyası o qədər təmənnasız, səmimi və 
təmizdir  ki,  ruhunun  içini  görə  bilirsən.  Şübhəsiz,  bu  təmən-
nasızlıq,  canıyananlıq,  xoşgörü  obrazların  zərifliyinə  və  deyi-
min istiqanlılığına da təsir edibdir.  
 
Bənövşə qoynunda gördüyünü damla  
Sənsiz ağlamışam, gözümdən düşüb 
 
Yaxud  
 
Dəli şəlaləyə düşüb islanır 
Mamırlı qayanın şirin yuxusu. 
 
Uşaqlığın xəritəsini doğma, unudulmaz landşaft obrazlarının 
və təbiət obyektlərinin  adları  ilə  bərpa edilir. O, bu adları  itirə 
biləcək varlıqlar kimi elə əzizləyir, elə oxşayır ki... 
Səmimiyyətlə  boynuma  alıram:  xalqımızın  inanc  düşüncə-
sində, mifoloji dünyagörüşündə bulağın qutsal olması, ziyarət – 
pir  yeri  olmasını  ilk  dəfə  Bahadır  Fərmanın  şeirindən  bildim. 
Kəndindəki Pir bulağı müqəddəs yer kimi xatırlayır.  
 
Pir bulağım, pirim mənim, 
A dupdurum, birim mənim... 
... “A billurum, bulanmağım 
Varlığımı əzir”, - dedim 


Rüstəm Kamal 
 
207 
 
Durult məni, ağrı dolu  
Ürəyimi nəzir dedim.  
 
Bahadır  Fərman  kimi  шаирлярин  hesabına  millətimizin 
coğrafi yaddaşı qorunub saxlanılıbdır.  
Bahadır  Fərmanın  bu  dünyada  qoruya  biləcəyi  daha  bir 
dəyər  var  -  ürəyinin  işığı.  Ondan  muğayat  olsun.  Çünki 
qabaqda həmişə bahar var.  
 
 
 


Rüstəm Kamal 
 
208 
 
UZAQDA BİR EL VAR - SÖZÜ BƏLLİ, 
BƏLLİ... 
 
Ağ  Təhlə  -  Qara  Təhlə  adları  nədənsə  yaddaşımda  Türkün 
ulu  abidəsi  “Kitabi-Dədə  Qorqud”da  İç  Oğuz-Dış  Oğuz 
adlarını  canlandırır.  Sayğıdəyər  oxuculara  təqdim  olunan  bu 
kitabda  Təhlə  elinin  tarixi,  etnoqrafiyası,  folkloru    ilə  bağlı 
yığcam,  müfəssəl  oçerk  verildiyindən  tələm-tələsik  etimoloji 
yozumlarla,  kulturoloji  gümanlarla  kimsəni  yormaq  istəmirik. 
Oçerkin  müəllifi  ilə  razıyıq  ki,    toponimlərin  tərkibindəki  ağ-
qara  yalnız  rəngi  bildirmir,  yaxud  dəyər  mənasını  (böyük, 
kiçik, qüdrətli, xeyir) ifadə  etmir. Qədim türklərin tədqiqatçısı 
Annamarı  Qaben  belə  nəticəyə  gəlir  ki,  türk  toponimikasında 
istifadə  olunan  bəzi  rənglər  lokal  əhəmiyyətlidir.  “Rənglərin 
simvolik  mənası”  adlı  araşdırmasında  ağ  rəngin  qərbi,  qara 
qəngin  şimalı  bildirdiyini  qeyd  edir.  Ağ  Təhlə-Qara  Təhlə 
qədim türkün landşaft təsəvvürləri (qara-dağlıq, yüksəklik. Ağ-
düzənlik,  sulu  mənalarında)    ilə  də  bağlı  ola  bilər.  Bu  “ləmsi 
şəkər,  ləhcəsi  xoş”  (Sabir    Əlim  Xəlilli),  “  bol  şülənli,  ağban 
evli” yurd yerimizin özünəməxsus söz landşaftı var. 
Bu  elin  qeyrətli  oğullarının    zəhmətilə,  sevgisi  ilə  araya-
ərsəyə  gətirilmiş  bu  antologiyanın  məqsədi  Gürcüstandakı 
Azərbaycan  türklərinin      bərəkətli  poetik  sözü  haqqında  geniş 
təsəvvür yaratmaqdır. 
Nədənsə    həmişə  düşünmüşəm  ki,  Təhlə    çökəyi,  Borçalı 
çökəyi ilə iç-içə olsa da, Qarayazı, Qaraçöp, Borçalı, Qazax bir 
dəryanın  damlaları  olsa  da,  şerlərin  şivəsi,  işvəsi  fərqli 
olmalıdır. 
Təhlə  şairlərinin  etno-poetik  portiretini  təxminən  belə 
cızmaq olar. Təhləlilər qoşmanı son dərəcə qənaətnən deyirlər. 
Qoşma, gəraylı  nəfəsi ən  yaxşı  halda üç  bəndə çatır. Qətiyyən 
qafiyə israfına yol vermir. Təhlə şairi qafiyə,  sinonim dalınca 
qaçmır. İçindəki mətləbin  izharına önəm verir. Xəstə Qasımın, 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə