Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   55   56   57   58   59   60   61   62   63

Rüstəm Kamal 
 
235 
 
söhbətləri  yada  salın)  onun  kimi  кишилярин  епик  образына  
həmişə ehtiyac var. 
 
 


Rüstəm Kamal 
 
236 
 
CAVANŞİR YUSİFLİ:  
ÖMRÜN POETİK SIXLIĞI 
 
"Mən  ədəbiyyatşünas deyiləm, mən 
tale adamıyam"  
V.Sklovskinin B.Eyxenbauma məktubundan 
 
Cavanşir  Yusiflinin  ədəbi  taleyi  ona  qardaşı,  görkəmli 
tənqidçi  Vaqif  Yusiflinin  "Cavanşir"  adını  verən  gündən 
başlayıb. Deməli, Cavanşir düz əlli ildir ki, ədəbiyyatdadır. 
Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: 
Cavanşir  Yusifli  ədəbiyyat  haqqında,  bədii  mətn  və  əsər 
haqqında  fərqli  nəzəri  təcrübələr  və  ənənələr  kontekstində 
düşünə və yaza bilən beş - altı filoloqumuzdan biridir. 
Cavanşir  mətni  (bəzən  "tekst"  yazır)  çox  sevir.  Mətnlə 
davranmağı, işləməyi bacarır. 
Onun  sevdiyi  filoloji  mövqe  -  kontekstinin  (estetik,  ide-
oloji...  .)  tapılması  və  mətnin  (R.Bart  kimi,  o  da  mətnlə  əsəri 
fərqləndirir) hüdudlannı və "sıxlıq dərəcəsini" göstərməsidi. 
Sevdiyi  şairlərin  (Nəsimi,  Ə.Kərim...)  yaradıcılığına 
Tınyanov  prinsipini  -"şeir  sırasının  sıxlığı"  prinsipini  tətbiq 
edir. Cavanşir semantik əlaqələri yalnız qonşu sözlər arasında, 
sətirdə,  beytdə  deyil,  bütövlükdə  şeirin  simmetrik  yerləri 
arasında da aparır. 
Çağdaş  poeziyamızın  istedadlı  nümayəndələrinə  həsr  olun-
muş  məqalələrini  xatırlamaq  və  gözdən  keçirmək  kifayətdir. 
Азярбайъанда  пoeziya  haqqında  ən  yaxşı  yazanlardan  biridir 
Cavanşir. 
Onu poeziyada "dilin  arxa planı" maraqlandırır. Onu yaxın-
uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və 
s. maraqlandırır. 
Cavanşirin  bütün cəhdləri XX  əsr  Azərbaycan poeziyasının 
iyerarxiyasını  anlamağa  yönəlib.  Yazılarından  və  söhbətlə-


Rüstəm Kamal 
 
237 
 
rindən gəldiyim qənaət budur:  bu ədəbiyyatda hər kəsin  yerini 
gözəl və dəqiq bilir.Və heç vaxt ölçü həddini itirmir. 
Onun  sevimli  şairlərini  mən  də  tamyıram."Əli  Kərim 
xəstəliyi " ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir 
böyük  şairinə  mən  də  "yaxınlaşa"  bildim.  Əli  Kərimə  həsr 
olunmuş ağıllı kitabma kiçik bir söz də yazdım... 
Cavanşir  janrından  asılı  olmayaraq,  bütün  əsərlərə  poeziya 
bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir. 
Cavanşir  hətta  klassik  Azərbaycan  komediyalarını  poeziya 
kimi araşdırır. 
Cavanşirin  şairliyindən  də  xəbərim  var.  İlk  dəfə  bir  neçə 
şeirini  bir  soyuq qış axşamı,   Baksovetdə  bir kafedə oxumağı 
da  yadıma gəlir.  Bu şeirləri oxuyandan  sonra ağlıma gələn  ilk 
nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- 
daha  doğrusu,  hansısa  sürreal  bucaq  altında  kəsişir.  Bəzən 
predmetin  mənası  və  simvolik  obrazı  arasında  əlaqəni  pozur. 
Cavanşirin poetik mətnlərində (N. Sarrotda olduğu kimi) vahid 
obyekt  yoxdur,  fraqmentlərə  -  "kubiklərə"  (məsələn,  "Lal" 
şeiri) bölünür və hər birinin şəffaf süjeti var... . 
O,  Azərbaycan  poeziyasını  struktur  baxımdan  təşkil 
olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır...  
FИLOLOQ  (həm  də  yazan  oxucudur)  “öyrəniləcək  mətni 
əks etdirir”, böyüdür, çoxaldır... 
Mətn  özlüyündə  assimetrik  hadisədir.  Ağ  səhifə  “tabula 
rasa”  müəllif  müdaxiləsi  ilə  pozulan  mütləq  assimetrik 
durumda  olur.  Və  Filoloq  həmişə  simmetriyanin  bərpasına 
çalışırş. İlkin mətnin filoloji mətnlə üst-üstə düşməməsi filoloq 
üçün müşkül çevrilir. 
(Məhz  X.L.Borxesin  «Pyer  Menar»,  “Don  Kixot”müəllifi” 
adlı  hekayəsində  mütləq  identiklik  haqqında  söhbət  açır.  Bir 
filoloq  “Don  Kixot”un  ilkin    mətninin  mütləq  eyniliyinə  nail 
olmaq  istəyir.  Üst-üstə  düşməyən,  ümumi  mənzərəyə  assi-
metriya  gətirən  yeganə  şey  elə  Borxesin  hekayəsidir  ki, 


Rüstəm Kamal 
 
238 
 
Servantesin “Don Kixotun”u arasında aralıq (qalın güzgü kimi) 
rolunda çıxış edir). 
Cavanşir  Yusifin  görkəmli  şairimiz  Əli  Kərim  haggında 
araşdırmasını oxuyanda nədənsə həmin hekayəb yadıma düşdü. 
Və istədim ki, yazam: Cavanşir Yusifli, Əli Kərimin şeirlərinin 
müəllifi. 
O,  Əli  Kərimin  mətnlərinin  gizli  identikliyini,  onların 
semantk  iyerarxiyasını  bərpa  etməyə  çalışır.  Cavanşir  yazı 
texnikasını səciyyələndirən metodlardan biri – ilk baxışdan bir-
birlə  əlaqəsi  olmayan  mətnləri  bir  semantik-konseptual 
müstəvidə  birləşdirmək  qabiliyyətidir.  Bu  araşdirma  o  qədər 
bütöv  süjet  məntiqinə  malikdir  ki,  hətta  örnək  gətirdiyi 
mətinlərin  (fraqmentlərin)  montajını  görmək  mümkünszdür. 
Ümumiyyətlə,  montaj  bir  figur  kimi  onun  filoloji  yaradı-
cılığında  (sürrealistlərin  montaji,  Eyzenşteynin  kinomontaji, 
Bodlerin kaleydoskopu kimi) önəmli yer tutur. 
Əli  Kərim  poeziyası  cağdaş  Azərbaycan  şerinin  migyasını 
genişləndirmiş  və  sınırlarını  dəyişdirmişdir.  Və  bizi  bu 
miqyasın varlığına  inandırır. 
Əli Kərimdə ədəbi dilə əsl poetik  münasibəti görürük, yəni 
normaların  qorunub  saxlanmasıni  deyil,  poetik  dilin  pozitiv 
inkşafını  görürük.  Ə.Kərim  nəsnələrin  və  hadisələrin  duru-
munda dilimizinpoetik təcrübəsini nümayiş etdirir. 
Əli  Kərim  başqa  şairlərin  (Füzuli,  S.Vurğun,  N.Hikmət) 
yalnız  təcrübəsini  təkmilləşdirmir,  ona  təzə  ruh  verir,  istiqa-
mətini  başqa  tərəfə  yönəldir,  zahirdə  yox,  içdə  bişmiş  ekspre-
mentlərə  gedir,  poetik  mətləb  icadı  sahəsində  özü  yeni  baza 
yaradır”. 
Əli  Kərimin  poetik  sisteminin özünəməxsusluğu ondadir ki 
hamıya  tanış  olan  ənənəvi  klişelərə,  standart  təhkiyə  gediş-
lərinə,  qafiyələrə,  tarixi-etnoqrafik  detallara  yeni  poetik  dəyər 
(səviyyə,  məna)  qazandırır,  şeirin  süjet  (məna)  bütövlüyünü 
ustalıqla bərpa edir. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə