Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   55   56   57   58   59   60   61   62   63

Rüstəm Kamal 
 
224 
 
dialoq  simulyakrı.  O  bir-birinə  pərçimlənmiş  monoloqları 
dialoq kimi düşünməyə vadar edir ("Dostoyevski poetikası"nın 
tərcüməsi məni bu kiçik haşiyəni çıxmağa məcbur etdi). 
Dəfələrlə  müşahidə  etmişəm  ki,  Məmməd  müəllim  kafedra 
müdiri  kimi  monoloqa  yox,  həmişə  dialoqa  üstünlük  verir. 
Kafedra əməkdaşlarının  monoloqu Məmməd  müəllimin  məka-
nında щямишя dialoqa çevrilir. Ona görə də bu kafedrada daim 
sakitlik, bir ziyalı tolerantlığı, xoşgörü, qarşılıqlı anlaşma hökm 
sürür. Məmməd müəllimlə söhbət etmək həmişə asandır, çünki 
özünü  bərabər  səviyyəli  həmsöhbət  kimi  aparыр,  dialoq  heç 
zaman monoloqa keçmir. 
Məmməd müəllim kimi insanların yaşamı, düşüncə tərzi bir 
roman  janrıdır.  Onunla  görüşüн,  ünsiyyətин  süjeti  heç  vaxt 
tamamlanmır, yekunlaşmır. Tale fabulası yeni situasiyalar, yeni 
məqamlar tələb edir. 
Professor Məmməd Qocayev klassik Azərbaycan ziyalısıdır. 
Səs  tembrindən  tutmuş  mimikasına  və  jestinə  qədər.  Zəif  dis-
sertasiyada pozitiv məqamlar araması (və tapması), gənc alimə, 
həmkarına  yardım  əli  uzatması  -  bir  sözlə,  klassik    alimə 
yaraşan nə varsa, onda var. 
Zəngin  həyat  təcrübəsi,  ailəyə  bağlılığı,  урватлы  абырлы 
йашам  insana  sevgi  onun  müdrik  ağsaqqal  obrazını 
tamamlayır.  Bu,  son  dərəcə  sakit,  həlim  insanın  səs-küylü 
universitet  dəhlizlərində  və  auditoriyalarında  görünməsi, 
cəsarətlə deyərdim ki, ayrıca bir аура чевряси йарадыр. 
Onun  sakit  enerjisi  tədqiqat  əsərlərinin  pafosunda,  məqalə-
lərinin təhkiyəsində aydın görünür.        
"Qoca"  adının  karmasının  Məmməd  müəllimin  taleyinə, 
onun obrazına təsiri olması qənaətindəyəm. 

"Qoca" türk  epik 
ənənəsində  ağsaqqallara,  tayfaların  sanballı  kişilərinə,  gənəş 
(məsləhət  -  məşvərət)  bəylərinə  verilən  tituldur.  Mənəvi 
yüksəkliyin, aliliyin simvoludur.                                                       


Rüstəm Kamal 
 
225 
 
Məmməd  müəllim  nədən  yazırsa  yazsın,  araşdırmalarda 
yalnız  metodoloji-nəzəri  deyil,  həm  də  şəxsiyyət  vəhdəti 
görünür.  Onu  rasional  toxumaya  malik  olan  ədəbi  мятн  az 
maraqlandırır. 
Onu irrasional motiv, güclü təhtəlşüur axınları, bədii əsərdə 
şüuraltı səltənət daha çox çəkir. 
Klassik rus ədəbiyyatı M.Qocayevin sabit araşdırma obyekti 
olsa da, bir Azərbaycan türkü kimi milli ədəbiyyatımız, folklor 
xəzinəmiz  də  onun  diqqət  мяркязиндядир.  Bu  nənada, 
dostoyevskişünas alimin "Koroğlu" poetikasına müraciəti mənə 
təbii göründü. 
Nəzəriyyə  təsərrüfatını  mükəmməl  bilən  dəyərli  alim 
"Koroğlu"  eposunun  poetikasını  elə  sadə  dildə  və  üslubda 
yazıb  ki,  sanki  Koroğlu  mifoloji,  epik  qəhrəman  deyil, 
yaxından tanıdığı, görüb eşitdiyi, xatirələrində yaşatdığı gerçək 
bir  obrazdır.  Bu  yazıda  imkan  düşmüşkən  gənc  tədqiqatçının 
konspekt dəftəri üçün bir neçə tezis seçib təqdim edirəm: 
"Eposda  qohumluq  hissi  də  qəhrəmanlıq  poetikasına  tabe 
olur." 
"Satira qəhrəmanlıq eposunun poetikasına ziddir." 
"Şəhər  meydanlarında  quyular  mənəvi  baxımdan  tərsinə 
çevrilmiş Çənlibel zirvəsidir." 
"Eposda  ictimai  ierarxiya  mənəvi  ierarxiya  ilə  əvəz  olunur. 
Eposda 
psixoloji 
proses 
hadisələr 
prosesinə 
tabedir, 
psixologiya hadisədən doğur" və s. 
Tezislərin sayını artırmaq да olar. Ancaq Məmməd müəllim 
bu  fikirləri   tezisləri  mətnin  toxumasına üzvi  surətdə elə daxil 
edir ki, onları ümumi təhkiyədən ayırmaq da çətin olur. 
Nə  yaxşı  ki,  universitetlərimizdə  Məmməd  müəllim  kimi 
kişilərin  boyu  görünür,  səsi  eşidilir.  Nə  yaxşı  ki,  Məmməd 
müəllimin  tale  ilə,  Tanrı  ilə,  onu  sevənlərlə  və  çox  sevdiyi 
milləti ilə dialoqu davam edir. Dialoq alim xoşbəxtliyinin əsası 
deyilmi? 
 
 


Rüstəm Kamal 
 
226 
 
İNTİQAM QASIMZADƏ: 
“ÖMÜR BİR ÜMİD GƏMİSİ” 
 
İntiqam  müəllim  haqqında  bu  kiçik  yazı  subyektiv 
müşahidələrin,  təhtəlşüur  qənaətlərin  nəticəsidir.  Bu  yaxınlara 
qədər  İntiqam  müəllimlə  ünsiyyətimiz,  yol  yoldaşlığımız,  bağ 
qonşuluğumuz,  nə  bilim  nəyimiz  olmayıb.  Mən  Mingəçevirdə 
yaşayırdım,  o  Bakıda.  İldə,  ayda  bir  dəfə  Yazıçılar  Birliyinin 
dəhlizində, pilləkanında verdiyimiz salamdan başqa... 
Ancaq  ilk  ciddi  tanışlığımız  və  süjetsiz  bir  ədəbiyyat 
söhbətimiz bugünkü kimi yadımdadır. 
Mən  onun  yaşını  mənsub  olduğu  ədəbi  nəslin,  yaxud  sevgi 
ilə söhbət açdığı, xatırladığı insanların (Mikayıl Müşfiq, Rəsul 
Rza,  Anar,  Yusif  Səmədoğlu,  Ələkbər  Salahzadə,  İsa 
İsmayılzadə...)  taleyi  konteksində  anlaya  bilirəm.  Lap  yəqin 
bilirəm  ki,  o  da  öz  ömrünün  miqyasını  Azərbaycan 
ədəbiyyatının,  "Azərbaycan"  jurnalının  tarixi  konteksində 
dəyərləndirir və anlayır. 
O, 
Azərbaycan 
ədəbiyyatının  landşaftını,  relyefini 
mükəmməl  bilən,  dəyərləndirən  bir  topoqrafdır.  "Azərbaycan" 
jurnalı  kimi  ədəbi  orqana  rəhbərlik  etmək  qürur  gətirəcək  bir 
məsələdir.  İntiqam  müəllim  əgər  ömründə  bir  cümlə 
yazmasaydı  belə,  yenə  də  ədəbiyyat  kişisinin  şərəfli  taleyini 
yaşamış olardı. Buna qəti şübhəm yoxdu... 
İntiqam  müəllimin  bir  ədəbiyyat  kişisi  kimi  üstünlüyü  və 
gücü (bir redaktor kimi də!) ondadır ki, ədəbi nəsillərin ritmini, 
ahəngini  duyur,  ona  kənardan  müdaxilə  etmir,  əksinə  onu 
vahid,  ümumi  ritm  məcrasına  yönəldir,  yəni  qarşıdurmanın  , 
təzadların vəhdətini, tamlığını həssaslıqla görür və tamamlayır. 
Qəribədir:  bir  çox  şeirlərinin  məna  məkanı  da  qarşıdurmalar 
üzərində qurulur. 
İntiqam  Qasımzadənin  təbiətini,  ədəbiyyat  davranışını  K. 
Levi-Strosun semiotik qarşıdurmalar təsnifatı ilə ("çiy-bişmiş", 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə