Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   55   56   57   58   59   60   61   62   63

Rüstəm Kamal 
 
221 
 
Ona görə də, ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi və 
əxlaqı  dəyərlər  kontekstində  qiymət  verməyin  tərəfdarıydı. 
“Əlifba  mənəvi  mədəniyyətin,  milli  yaddaşın  cismləşməsi, 
etnik dəyərin maddi vücud kəsb etməsidir”. 
O,  Azərbaycan  ədəbiyyatını  ömrünün  və  milətin  ən  ali 
mənəvi  sərvəti  hesab  edirdi.  Onun  fikrincə,  alimin,  ədəbiy-
yatşünasın  müqəddəs    borcu  bu  sərvəti  etnik  toplumun  ruhsal 
tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir 
və  ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq  bu  borcu  nə  qədər  tez 
həkk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman və 
millət qarşısında məsuliyyəti artar. 
Yaşar  müəllim  yazılarında,  çıxışlarında  “Şəxsiyyət”  anla-
mına  xüsusi  önəm  verirdi.  Təsadüfi  deyil  ki,  yazılarının  və 
kitabının birini belə adlandırmışdı: “Şəxsiyyət-meyardır”. “Və-
təndaş”,  “şəxsiyyət”  və  “ziyalı”  məhfumların  bir  çox  hallarda 
sinonim  kimi  işlədirdi  və  bu  mənaları    bir  dəyər  birləşdirirdi- 
tarixi-mənəvi yaddaşa malik olmaq! Vətəndaşı səciyyələndirən 
əsas psixoloji əlamət isə narahatlıq idi. “Vətəndaş narahatlığı” 
Yaşar müəllimin sevdiyi ifadələrdəndir. 
Zahirən  həmişə  sakit  görünən,  heç  vaxt  emosiyasını  üzə 
vurmayan  bu  müdrik  kişi  cəmiyyətdə,  ədəbiyyatda  gedən 
proseslər,  mənəvi  dəyərlərin  aşınması  ilə  bağlı  narahatlığını  
gizlədə bilmirdi.  
Yaşar  Qarayev  fəlsəfəsinin  təməl  dəyərlərindən  biri  də  za-
man  kateqoriyası  idi.  Kim  onun  kabinetində  olubsa,  yəqin  ki 
masasının  üstündəki  bir  lövhəni  yaxşı  xatırlayır:  “Vaxt  sər-
vətdir”  sonun  yaşam  dünyasında,  düşüncə  sistemində  zaman 
məkandan  üstün  mövqeyə,  üstün  dəyərə  malik  idi,  hətta  mən 
deyərdim  ki,  məkan  ikinci  dərəcəli  meyar  idi.  O,  həmişə  iç 
məkanını  dış  məkanların  müdaxiləsindən,  zorakılığından 
qorumağa çalışırdı. 
İstənilən  məkan  (elmi  konfransda,  iclasda,  evdə,  dağda-
bağda,  İstanbulda  Şəkidə)  Yaşar  Qarayevin  iç  zamanına    tabe 
olurdu, yəni “indiki zaman”da olurdu. 


Rüstəm Kamal 
 
222 
 
Klassik  mətnlərə    də  zaman  kontekstində  məna  verirdi, 
mətnlərin  zaman  üzrə  hərəkəti  -  dövriyyəsi  ona  mədəni 
“miqrasiyanı” anlamağa kömək edirdi. “Xəmsə”, “Kitabi-Dədə 
Qorqud”,  “Kəmalöddövlə  məktubları”,  “Molla  Nəsrəddin”, 
“Fyüzat”,  “Hophopnamə”...  kimi  mətnlərin  zaman  dövriyyəsi 
məhz    milli  mətn  mədəniyyətimizi  və  mənəvi  sərvətimizi 
yaratdığına və formalaşdırdığına inanırdı. 
90-cı  illərdə  bir  məqaləsinin  adı  diqqətimi  çəkmişdi: 
“Cəsarət  sərvətdir”.  Mütəfəkkir  ümid  edirdi  ki,  zamanların 
kritik  məqamlarında  şəxsiyyət  mifi  yaranır  və  yalnız 
şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan 
qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu 
topluma çatdırmaq istəyirdi. 
 Elə həmin dövrdə Milli Elmlər Akademiyasında qafalarında 
“demokratiya,  yenidənqurma”  havası  ilə  bir  qrup  “cəsarətli” 
peyda  olmuşdu,  güncdə-bucaqda  böyük  alimin  dalınca  danışır 
ona  qarşı  intriqalar,  şantajlar  qururdular.  O,  isə  “olimp” 
sakitliyini  qoruyur,  başını  aşağı  salıb  klassik  məqalələrini 
yazırdı.  Səhv  etmirəmsə,  “Tarix:  yaxından  və  uzaqdan” 
kitabını  nəşrə  hazırlayırdı.  Azərbaycan  ədəbiyyatı  tarixinin 
yeddi cildliyi üzərində düşünürdü. Təəssüf  ki, onun ancaq bir 
cildini görə bildi. O “qapıda hansı minilliyin” (O.Mandelştam) 
olduğunu  yaxşı  bilirdi.  Bizim  isə  böyük  ustadımızı  qorumağa 
cəsarətimiz çatmırdı.  
Bunun ağrısını indi də çəkirik... 
 
 
 
 
 
 
 


Rüstəm Kamal 
 
223 
 
МЯММЯД ГОЪАЙЕВ: 
ÖMRÜN DİALOQ İMKANI 
 
Deyilənlərə  görə,  bu  dünyada  oxucuları  iki  yerə  bölürlər: 
Dostoyevskini  oxuyanlar  və  oxumayanlar.  Bakı  Slavyan 
Universitetinin  professoru  Məmməd  Qocayev  birincilərdəndir, 
yəni  Dostoyevskini  həm  oxuyub,  həm  də  yetərincə  öy-rənib. 
Azərbaycan  kimi  kiçik  bir  ölkədə  Məmməd  müəllim  kimi 
dosto-yevskişünasın  varlığı  ən  azından  Azərbaycan  rusisti-
kasına və filoloji fikrinə xeyli hörmət gətirir, filoloji fikrimizin 
ləyaqətini artırır. 
Fyodor  Mixayloviç  Dostoyevski  professorun  yalnız  əzəli 
sevgisi,  peşəkar  araşdırma  mövzusu  və  obyekti  deyil,  həm  də 
rus  dahisi  ilə,  klassik  rus  ədəbiyyatı  ilə  юмцрлцк  təmasы-
ünsiyyət aktıdır, dialoq imkanıdır. 
Məmməd  müəllimin  təhtəlşüur  hadisələri,  arxetip  nəzəriy-
yəsi  ilə  (K.Q.Yunq  psixologiyası  ilə)  ciddi  maraqlanmasının 
bir (və əsas!) "səbəbkarı" da Dostoyevskidir. 
M.Baxtinin  "Dostoyevski poetikasının  problemləri" kitabını 
tərcümə etməси дя ona taleyin işidir... 
M. Baxtində o qədər diskursiv  gedişlər, еля эизли dalanlar 
var  ki,  bir  neçə  alim  ömrü  də  kifayət  etməz.  M.  Baxtin  fiziki 
şəxs  deyil,  mətnlər  toplusudur,  intertekstdir.  M. Baxtin  fikirlə 
yox  (tavtologiyaya  görə  üzr  istəyirəm),  ideyalarla  düşünür. 
Baxtinin  ideyalarını  inkişaf  etdirmək  ona  görə  çətindir  ki,  bu 
ideyalarla  mübarizə  (mübahisə  etmək)  aparmaq  sadəcə 
mümkünsüzdür. 
"Dostoyevski  poetikası"nın  tərcüməsi  bir  daha  göstərdi  ki, 
M.Baxtin  universal  dialoq  fəlsəfəsini  ortaya  qoyub.  Bir  insan 
başqa bir insanı tanımağa, başqası ilə dialoqa ehtiyac duyur. 
Jak  Derrida  щесаб  едирди  ки,  istənilən  nitq  totalitardır, 
yəni  başqasını  anlamağa  meylli  deyil.  Bəlkə  doğrudan  da 
dialoq  mümkünsüzdür.  Ancaq  Baxtin  daha  böyük  kəşf  edir  - 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə